KÖHNƏ VERSİYA            

Türkmənistandan bizə gələn qaz kəsildi, ikimiz də ziyan görəcəyik - səbəb...

Image

Bu günlərdə İran Milli Qaz Şirkəti (NIGC) bildirib ki, Türkmənistan və Azərbaycan İran üzərindən iki ölkə arasında qaz mübadiləsinin dayandırılmasına səbəb olan problemi həll etmək üçün danışıqlar aparır. Qurum onu da vurğulayır ki, 2024-cü il yanvarın 1-dən Türkmənistandan Azərbaycana İran ərazisindən qaz tədarükü müvəqqəti dayandırılıb. 

Açıqlamada bildirilir ki, Bakı və Aşqabad bu məsələ ilə bağlı danışıqlar aparır və iki ölkə arasında razılıq əldə olunandan sonra svop tədarükü bərpa ediləcək.

Xatırladaq ki, 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə əsasən, İran Türkmənistandan aldığı qazı Azərbaycana 2022-ci ilin yanvarında nəql etməyə başlayıb. Müqavilə İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kub metrə qədər türkmən qazının nəqlini nəzərdə tutur. 2022-ci il iyunun əvvəlində Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ouci arasında anlaşma memorandumu da imzalanıb. Memorandumda Türkmənistandan Azərbaycana İran vasitəsilə qaz nəqlinin iki dəfə artırılacağı nəzərdə tutulub. Bununla 2022-ci ildə tərəflər İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün illik həcmini 2 milyard kubmetrdən 4 milyard kubmetrə çatdırmaq barədə razılığa gəliblər. Bu sazişə görə, Türkmənistan qazı Türkmənistan-İran sərhədində alqı-satqıya çıxarılır və İran-Azərbaycan sərhədində İran qazının ekvivalenti ilə dəyişdirilir. Başqa sözlə, Türkmənistan qazı İranın şimal-şərqində İrana idxal olunur, əvəzində şimal-qərbdə həmin ölçüdə qaz Azərbaycana təhvil verilir. Azərbaycan baxımından sözügedən saziş ixrac edilən qazın həcmini artırmağa kömək göstərir. Unutmaq olmaz ki, Türkmənistan qazı daha ucuzdur. Bu, həm türkmən qazının maya dəyərinin daha az olmasından, həm də dünya bazarına məhdud çıxış imkanlarından qaynaqlanır. Beləcə, Azərbaycan Türkmənistandan ucuz qiymətə əldə etdiyi təbii qazı daxili bazara yönəldir və onun yerinə, öz qazını daha baha qiymətə Avropa ölkələrinə satır. Türkmənistanın özünə isə bu müqavilə ixrac kanallarını genişləndirmək baxımından çox önəmlidir. Eyni zamanda, ölkə qaz satışından gəlir götürmək imkanı da qazanır. İrana gəlincə, bu ölkə müqavilədən həm gəlir əldə edir, həm də ölkənin qaz qıtlığından əziyyət çəkən, Türkmənistana yaxın yerləşən şimal əyalətlərini qazla təmin edə bilir. İran tərəfi öz ərazisindən keçən qazın bir hissəsini tranzit haqqı kimi ölkə daxilində qıtlıq yaşanan ərazilərə sərf edir. Müqavilənin bitmə tarixi yoxdur. Türkmənistan və Azərbaycan rəsmiləri indiyədək məsələ ilə bağlı rəsmi açıqlama verməsələr də, hər iki ölkənin mediasında yayımlanan materiallar problemlə bağlı bəlli təəssuratlar yaradır. Niderlandda qeydiyyatdan keçən “Turkmen.news” saytı yayımladığı yazısında adını açıqlamadığı mənbələrə istinadla bildirib ki, qaz tədürükünün dayanması tərəflərin qiymətdə razılaşmaması ilə bağlıdır. Çünki türkmən tərəfi svop anlaşması çərçivəsində Azərbaycana verdiyi təbii qaz üçün daha yüksək qiymət tələb edir. Saytın iddiasına görə, Türkmənistan tərəfi Azərbaycanın hər min kubmetr üçün təklif etdiyi qiyməti (135-140 dollar) yetərli saymır.

Bu arada  Azərbaycan hökumətindəki mənbə “Trend”ə bildirib ki, Azərbaycan 2024-cü ildə Türkmənistandan 3 milyard kubmetrədək qaz almaq niyyətindədir. Lakin tərəflər kommersiya şərtləri ilə bağlı razılığa gələ bilməyiblər. Qeyd edilir ki, Aşqabadla İran ərazisindən svop qaz tədarükü ilə bağlı razılaşma uzadılmasa, Azərbaycanın 2024-cü ildə Türkmənistandan qaz idxal etməsinə ehtiyac olmaya bilər. Mənbə bunu 2024-cü ildən etibarən Azərbaycanda “Ümid” və “Abşeron” qaz-kondensat yataqlarından qazın tədarükünün önəmli dərəcədə artacağı ilə izah edir. Bu iki yataqdan çıxarılan təbii qazın həcmcə 2023-cü illə müqayisədə 3 milyard kubmetrə yaxın artacağı proqnozlaşdırılır. Deməli, Türkmənistandan qaz nəqli baş tutmasa da, Azərbaycan daxili qaz resursları hesabına qaz satdığı ölkələr qarşısındakı öhdəliklərini yerinə yetirə bilər. Türkmənistan və Azərbaycan mediasında gedən xəbərlərlə yanaşı, ABŞ-ın Türkmənistandakı səfirinin məsələ haqqında açıqlaması da diqqət çəkir. “Azadlıq” radiosunun məlumatına əsasən, səfir Metyu Klimou Türkmənistan qazının İran vasitəsilə svop tədarükünə ABŞ-ın münasibəti ilə bağlı suala cavabında deyib ki: “Bu, bir çox amillərdən asılıdır. Məsələn, İran vasitəsilə Azərbaycana svop qaz tədarükü sanksiyaları pozmur. Buna görə də tədarük bu sövdələşmənin necə strukturlaşdırılacağından asılı olacaq”. Səfir öz açıqlamasında uzun müddət gündəmdə olan, amma heç bir real addım atılmayan “Transxəzər” qaz kəməri barədə də açıqlama verib. Bu kəmər Xəzər dənizinin dibi ilə yeni qaz kəmərinin çəkilməsini nəzərdə tutur. Həmin kəmər vasitəsi ilə ildə 30 milyard kubmetrə qədər türkmən qazı Türkiyə və Avropa bazarına çıxarıla bilər. İran və Rusiyanın bu kəmərin tikintisinə qarşı olması layihənin gerçəkləşməsini əngəlləyib. ABŞ-ın Türkmənistandakı səfiri həmin kəmərlə bağlı bildirib ki, Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi də çox ağıllı ideyadır. Bu, mühəndislik baxımından da böyük problem deyil. Belə bir layihəni həyata keçirmək üçün siyasi və iqtisadi hesablamalar aparılmalı və Xəzər bölgəsi ölkələrinin və Avropanın marağı olmalıdır. Onu da qeyd edək ki, Azərbaycan və Türkmənistan arasındakı svop anlaşması son iki ildə bu iki ölkənin ticarət dövriyyəsini kəskin artırıb. Müqavilənin işə düşdüyü 2022-ci ildən əvvəl - 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi cəmi 105 milyon dollar idi. Eyni göstərici 2022-ci ildə beş dəfəyə yaxın artaraq 535 milyon dollara yüksəldi. Artımın səbəbi Azərbaycanın Türkmənistandan idxalının eyni dövrdə 71 milyon dollardan 510 milyon dollara yüksəlməsi ilə bağlı idi. Eyni dövrdə Azərbaycanın Türkmənistana ixracı isə, əksinə, 9 milyon dollar azalmışdı. 2022-ci ildən etibarən Türkmənistan Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi ölkələrdən birinə çevrildi. 2022-ci ildə Azərbaycanın ən çox idxal həyata keçirdiyi beşinci ölkə məhz Türkmənistan idi. Ötən ilə aid yekun göstəricilər açıqlanmasa da, ilk 11 ayla bağlı açıqlanan rəqəmlər dövriyyənin daha da artdığını göstərir. Belə ki, ilin ilk 11 ayında Azərbaycan və Türkmənistan arasındakı ticarət dövriyyəsi 740 milyon dollara çatıb və 2021-ci illə müqayisədə təxminən 7 dəfə artıb. Bu mənada, tərəflərin qiymətlə bağlı tezliklə razılığa gəlməsi gözlənilir.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031