Dünyanın ən zəngin beş insanının sərvəti 869 milyard dolları keçdi...
İsveçrənin Davos kurort şəhərində başlayan Dünya İqtisadi Forumu (WEF) öncəsi İngiltərənin “Oxfam” qeyri-hökumət təşkilatının yaydığı hesabatda qeyd olunub ki, 2020-ci ildə bəri dünyanın ən zəngin beş insanının sərvəti 114 faiz artıb və 869 milyard dolları keçib. Bunun əksinə, beş miyyard insan da yoxsullaşıb.
“Oxfam” hesab edir ki, dünyada cəmi 10 il müddətində ilk trilyonçu meydana çıxa bilər, amma yoxsulluğun aradan qaldırılması üçün iki əsrdən çox vaxt lazımdır. Hesabatda deyilir: “Dünyanın ən varlı beş insanın sərvətləri 2020-ci ildən bəri saatda 14 milyon dollar artaraq 405 milyard dollardan 869 milyard dollara çatıb. Amma həmin illər ərzində təxminən beş milyard insan yoxsullaşıb”.
“Oxfam”ın icraçı direktoru Amithab Baher son 3 il ərzində şirkətləri daha da varlanması və qlobal yoxsulluğun artmasının səbəbini izah edib: “Şirkətlər işçiləri sıxışdırmaq, vergidən yayınmaq, dövlət sektorunu özəlləşdirmək və iqlim böhranını təşviq etmək yolu ilə böyük pullar əldə ediblər. Onlar, eyni zamanda, demokratiya və insan haqlarını baltalayırlar. Heç bir qurum və ya fərd iqtisadiyyat və insanların həyatı üzərində bu qədər gücə sahiblənməməli, açıq desək, heç kimin milyard dolları olmamalıdır”.
Hesabatda qeyd olunur ki, qlobal miqyasda insanlar minimum əməkhaqqı ilə daha çox və uzun saatlar çalışırlar. Təqribən 800 milyon nəfərin qazancı inflyasiyanın səviyyəsindən aşağı olur və onlar son iki ildə təxminən 1.5 trilyon dollar itiriblər.
ZÜMRÜD