İsrail Beynəlxalq məhkəmədə təklənir, lakin genosid iddiasını qəbul etmir...
Məlumdur ki, bir neçə gün əvvəl Cənubi Afrika Respublikası Beynəlxalq Haaqa məhkəməsində İsrailə qarşı iddia qaldırıb və İsrailin Qəzzadakı əməllərinin "genosid" kimi tanınmasını istəyib. Məhkəmənin üzvləri arasında genosidin tanınmasını istəyənlər sayca çoxalmağa meyllidir. İsrail isə iddiaları qəbul etmir və əksinə, HƏMAS-ın genosid törətdiyini iddia edir. İsrailin vəkil Malkom Şou hətta bildirib ki, Beynəlxalq məhkəmə genosidi təyin etmək səlahiyyıtinə malik deyil. Qəribə yanaşmadır...
Xatırladaq ki, Qəzzaya İsrailin təcavüzü başlayandan 24 minə yaxın fələstinli öldürülüb.İsrail tərəfdən öldürülənlər sivil və hərbçilər birlikdə bir neçə yüz nəfər təşkil edir.
Namiq Quliyev