Cümə günü, 30 may 2025
     

Yaxın Şərqdə dinlərin və sivilizasiyaların müharibəsi başladı

Image

Avropa İttifaqı (Aİ) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqlə bağlı mövqeyini dəstəkləyir. Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Aİ səfirlərinin iclasında çıxışı zamanı deyib: 

"Ərdoğanı dinləyirdim, o da Qərbə müraciət edərək deyirdi ki, siz yenə səlib müharibəsi istəyirsiniz? Bunlar çox təsirli ifadələrdir. Biz bu münaqişənin genişlənməsinin qarşısını almaq üçün əlimizdən gələni etməliyik".

Bununla yanaşı, Cozep Borrell Yaxın Şərqdə baş verənləri dinlərin və sivilizasiyaların müharibəsi kimi xarakterizə edib: "İsrail-Fələstin silahlı qarşıdurması artıq İsraillə ərəb dünyası arasındakı savaş deyil. Bu, dönüş nöqtəsidir. Hazırda baş verənlər dinlərin və ya sivilizasiyaların müharibəsidir". İsrailin özünümüdafiə haqqının olduğunu söyləyən ali nümayəndə bunun beynəlxalq hüquq çərçivəsində həyata keçirilməli olduğunu bildirib: "Mülki şəxslər qorunmalıdır". Borrellin sözlərinə görə, humanitar vəziyyətin görməzdən gəlinməsinin mənfi nəticələri ola bilər: "İnsan faciələrinə göz yumularsa, vəziyyət əvvəl-axır əksinə çevrilə bilər". Aİ rəsmisi bildirib ki, Ağ Evin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan oktyabrın 7-nə qədər deyirdi ki, region 10 illərdir heç bu qədər sakit olmayıb: "Belə bir korluğu necə izah edə bilərik? Bu ziddiyyətə necə münasibət bildirə bilərik?". Ekspertlər qeyd edir ki,  minlərlə günahsız insanın həyatına son qoyan, dövlətlərin sərhədlərinin pozulması ilə nəticələnən və artıq dini zəminə də əsaslanan münaqişələrin sayı ildən-ilə artmaqdadır. Sosial münasibətlərdə nifrət və düşmənçiliyin yayılmasında, zorakı radikalizm, ekstremizm, terrorizm, o cümlədən silahlı münaqişələrin yaranmasında din faktoru önə çıxarılır. Elə baş vermiş terror hadisələrinin əksəriyyəti d’ din uğrunda "müqəddəs müharibə" apardıqlarını bildirən silahlı qruplaşmalar tərəfindən törədilir. Terrorizmin səbəblərinin arasında dindən siyasi məqsədlərlə istifadə edilməsi xüsusi çəkiyə malikdir. Görünən odur ki, bu gün din öz mahiyyətindən uzaqlaşdırılaraq, sürətlə siyasiləşdirilir. Şübhəsiz, bunda bəzi qüvvələrin öz maraqlarını təmin etmək üçün dindən vasitə kimi istifadə etməsi böyük rol oynayır. Təəssüflər olsun ki, İslam dünyası özü bu proseslərin acınacaqlı nəticələrindən daha çox əziyyət çəkir. Yaxın Şərqdə baş verən hadisələri yenə nümunə kimi göstərmək olar. Terrorizm, ekstremizm və silahlı münaqişələrə görə bəzi müsəlman ölkələrində dövlətin idarəetmə mexanizmləri iflasa uğrayıb, de-fakto ərazi bütövlükləri pozulub. Hər gün İslam coğrafiyasında terror hadisələri, silahlı münaqişələr nəticəsində onlarla insanın həyatına son qoyulur. İnsanlar öz yurd-yuvalarından didərgin düşürlər. Həmin insanlar özləri istəmədən miqranta çevrilir və Avropanın qapılarını döyməyə məcbur olur. Buna paralel olaraq, bəzi Qərb dövlətlərində radikal millətçi elementlər bu prosesdə din amilini qabardaraq, ondan siyasi məqsədlər üçün istifadə edirlər. Onlar miqrant statusunda gələn müsəlmanlara "çağırılmamış qonaq" qismində baxır və onları cəmiyyət üçün təhlükə mənbəyi kimi göstərməyə çalışırlar. Nəticədə cəmiyyətdə ksenofobiya, xüsusilə də İslamofobiya meylləri güclənir. Məsələnin səbəblərinə daha dərindən nəzər saldıqda bütün bunların siyasi məqsədlər üçün edildiyi aydın olur. Dinin siyasiləşdirilməsi həddən artıq təhlükəli, qlobal təhlükəsizliyə ciddi təhdid yaradan bir problemdir.

Belə savaşlar dünyanın iqtisadi nizamını da sürətlə pozur. Məsələn, ekspertlərin fikrincə, İsrail-Fələstin münaqişəsi digər ərazilərə də yayılarsa, bu, Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsinin həyata keçirilməsinin mümkünlüyünə və davamlılığına ciddi təhlükə yarada bilər. Ankara Yıldırım Bəyazit Universitetinin siyasi elmlər üzrə professoru Nazmul İslam hazırkı geosiyasi reallığın IMEC-in gələcək perspektivləri üçün acınacaqlı vəziyyət yaratdığını bildirib. O qeyd edib: "Etiraf etmək vacibdir ki, münaqişə Livan, Suriya və ya İran kimi digər regional ərazilərə yayılarsa, layihə iştirakçılarının səyləri tam effektiv olmaya bilər, çünki bu xalqlar birbaşa və ya dolayı yolla münaqişəyə qoşula bilər". Professorun sözlərinə görə, nəticə etibarilə, IMEC təşəbbüsü gələcəkdə təhlükəsizlik və siyasi problemləri əhatə edən müxtəlif müxalifətlə qarşılaşacaq. Buna baxmayaraq, Hindistan tərəfindən irəli sürülən və Qərb güclərinin rəhbərlik etdiyi təşəbbüs uzunmüddətli uğura hesablanıb və son nəticədə strateji rəqabət, xüsusilə Çinə və onun "Bir kəmər, bir yol" təşəbbüsü"  və Çin-Pakistan İqtisadi Dəhlizi  kimi təşəbbüslərə alternativ olmaq məqsədi daşıyır. Ekspertlər bildirir ki, qısamüddətli maneələr onun tərəqqisinə mane ola bilsə də, bu təşəbbüs uzunmüddətli dirçəlməyə hazırdır, çünki o, qarşıda duran siyasi, təhlükəsizlik, ticarət və biznes problemləri ilə mübarizə aparmağa qadirdir. Xatırladaq ki, IMEC sentyabr ayında Yeni Dehlidə keçirilən G-20 sammitində təqdim edilib. Onun məqsədi BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, İsrail və Yunanıstandan keçən marşrutla Hindistanı Avropaya bağlamaqdır. Sammitdə Hindistan, ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Fransa, Almaniya, İtaliya və Aİ arasında ticarətin artırılmasına, enerji resurslarının təmin edilməsinə və rəqəmsal əlaqənin inkişafına kömək edəcək IMEC-in yaradılması üçün anlaşma memorandumu imzalanıb. Bu sənədi imzalayan ölkələr məcburi maliyyə öhdəliyi götürməsələr də, iki ay ərzində dəhlizin yaradılması üçün Fəaliyyət Planı hazırlamağa razılaşıblar. IMEC-in ortaq nöqtələrindən birinin İsraildə olması planlaşdırılıb ki, bu da bölgədəki hazırkı eskalasiyanın fonunda narahatlıq yaradır. Hindistan İxrac Təşkilatları Federasiyasının baş direktoru Acay Sahai bildirib ki, hələ ki, İsrail-HƏMAS qarşıdurmasının layihəyə təsiri hiss olunmur. O əlavə edib: "Müharibə uzanmasa, Hindistanın narahat olduğu neft qiymətləri istisna olmaqla, bunun təsirini görə bilmərik. Neft qiymətləri artıq yüksəlib və yəqin ki, bu münaqişə bazarda daha çox gərginlik yaradacaq". Sahai logistika ilə bağlı narahatlığını ifadə edərək, münaqişənin yükdaşıma xərclərini artıra biləcəyini deyib, çünki donanmanın məhdud naviqasiyası və müharibə sığortası xərclərinin artması yükdaşımaların maliyyətini yüksəldəcək. Böhranlar, həmçinin kredit cəbhəsində də kiçik problemlə nəticələnə bilər və ehtimal ki, şirkətlərin, beynəlxalq sığorta və ya təkrar sığorta şirkətlərinin və Hindistanın İxrac Kredit Zəmanət Korporasiyasının rüsumları arta bilər. Hindistanlı ekspert vurğulayıb: "Bu münaqişənin daha geniş coğrafiyaya yayılması qlobal ticarətə çox mənfi təsir göstərəcək. Biz artıq Rusiya və Ukraynada baş verənləri görürük. Yəqin ki, Asiya körfəzi regionumuzda ikinci müharibəyə tab gətirə bilmərik".

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

29.05.2025 / 22:31
Ceyhun Bayramov amerikalı senator Stiv Deynslə görüşüb

29.05.2025 / 22:18
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

29.05.2025 / 21:32
Azərbaycan-Türkiyə-Pakistan üçbucağında yeni regional güc mərkəzi formalaşır...

29.05.2025 / 21:17
Paşinyanın yeni alternativi tapıldı - Moskvaya "emissar səfərləri" başladı...

29.05.2025 / 21:04
Avropa Birliyi Macarıstandan müstəqil siyasətin qisasını alır...

29.05.2025 / 20:50
Azad edilmiş Laçından mesajların əsas istiqaməti - “lazımi ünvan”...

29.05.2025 / 20:44
Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda Azərbaycan ərazilərində mülki şəxslərə qarşı törətdiyi cinayətlərlə bağlı sənədlər tədqiq edilib - FOTO

29.05.2025 / 20:37
Əmiraslanov dedi və dəstək aldı - 65 tibb işçiləri üçün nə yaşdır ki...

29.05.2025 / 20:23
Tramp Əliyevin sülh, enerji və təhlükəsizlik kursunu tam dəstəklədi... Ziyanlı Bayden mərhələsi bitdi...

29.05.2025 / 20:10
Ukrayna sərbəst şəkildə Sibir şəhərlərini də vura bilər - dünya izn verdi...

29.05.2025 / 19:58
Hamı İrəvana nazirini göndərdi - Fiko özü gəldi...

29.05.2025 / 19:45
Laçın görüşü - Dehlidə İrəvanla gizli Zəngəzur müzakirələrinin üstü açıldı...

29.05.2025 / 19:32
Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır

29.05.2025 / 19:31
Dəyişən dünya düzəni Azərbaycanın diaspor siyasətində hansı yenilikləri tələb edir...(?)

29.05.2025 / 19:18
İbadət yerlərinin "rəislərini" QMİ yox, Komitə təyin edəcək - nə fərqi var?

29.05.2025 / 19:10
Vüqar Rəhimzadə: Azad Laçın Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz dostluğunun rəmzinə çevrildi

29.05.2025 / 19:05
Ermənistan delimitasiya danışıqlarının dalandan çıxmasına imkan vermir...

29.05.2025 / 18:51
Niyə məhz 28 Mayda, niyə məhz azad Laçından? - Bir proses başladı...

29.05.2025 / 18:44
Üç qardaş ölkənin strateji əməkdaşlıq modeli - Əhliman Əmiraslanov yazır...

29.05.2025 / 18:38
Bu həqiqətən böyük ədalətsizlik olub - erməni mediası İlham Əliyevdən sitatlar gətirir...

29.05.2025 / 18:31
"Ermənistan silahlı qüvvələrinin artilleriyası sanitar avtomobillərimizə və tibb işçilərinə atəş açırdı" - Zərərçəkmiş şəxs

29.05.2025 / 18:25
Üçtərəfli hərbi əməkdaşlıq böyük məkanda sülhü təmin edir - Laçında düstur müəyyən edildi...

29.05.2025 / 18:11
Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli müttəfiqlik və müdafiə sazişi... Proses başlanıb...

29.05.2025 / 17:57
Qərbi Zəngəzurda vəziyyət Müdafiə Nazirliyini xüsusi bəyanata məcbur etdi...

29.05.2025 / 17:56
Sadır Japarov Prezident İlham Əliyevi təbrik etdi

29.05.2025 / 17:49
Ermənistan parlamentinin sədri: "Müharibə olmayacaq, sülh olacaq”

29.05.2025 / 17:47
Uşaqları təhlükəli informasiyalardan qorumalıyıq!

29.05.2025 / 17:38
Azərbaycan, Türkiyə və Pakistan arasında 3 müasir mövzuda əməkdaşlıq başladı...

29.05.2025 / 17:25
Azad edilmiş rayonlarımızda dəfnə icazə verildi - Laçın ilk oldu...

29.05.2025 / 17:20
Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama - İrandan da dəstək gözləyirik...

29.05.2025 / 17:18
Kinematoqrafiya istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları hazırlanacaq - SƏRƏNCAM

29.05.2025 / 17:12
İsrail səfiri Holokostu təhqir edən ermənilərlə dostluq qurur... - VİDEO

29.05.2025 / 17:10
Daha 41 ailə Laçının Bəylik kəndinə köçürüldü

29.05.2025 / 17:05
Azərbaycan Xəzərin dayazlaşması ilə bağlı sammitin keçirilməsini təklif etdi

29.05.2025 / 17:02
Xorvatiyanın Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

29.05.2025 / 16:53
Xan Tanrı/Xan Tenqri dağı ətəklərində soyqırım faciələri...

29.05.2025 / 16:34
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda şəhid ailələrini və Culfada 100 yaşlı sakini evlərində ziyarət edib

29.05.2025 / 16:33
28 May Müstəqillik gününə həsr olunmuş konsert keçirilib

29.05.2025 / 16:29
Prezident Ərdoğan İranı Zəngəzur dəhlizini dəstəkləməyə çağırdı

29.05.2025 / 16:28
Suriyalı iş adamı Ukraynanı on minlərlə pilotsuz təyyarə ilə təmin edir

29.05.2025 / 16:21
Əbdülxaliq Hüseynovun “sən azadsan ” laylası

29.05.2025 / 16:07
Araz Musayevin Antalyada bıçaqlanması ilə əlaqədar 6 nəfər saxlandı

29.05.2025 / 15:50
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

29.05.2025 / 15:26
Oman Sultanı Prezident İlham Əliyevi təbrik etdi

29.05.2025 / 15:25
"Ermənistan silahlı qüvvələri qadağan olunmuş mərmilərdən istifadə edirdilər" - Aprel döyüşlərində yaralanmış hərbçi

29.05.2025 / 14:19
Polis həbsdə olan şəxsin 11 il əvvəl törətdiyi daha bir cinayətin üstünü açdı...

29.05.2025 / 14:04
İran Azərbaycana Biləsuvar gömrük məntəqəsinin iş saatının artırılmasını təklif etdi

29.05.2025 / 13:50
DİN narkotiklərin dövriyyəsinə qarşı əməliyyat keçirdi

29.05.2025 / 13:25
Prezident İlham Əliyev BƏƏ-nin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib - FOTO

29.05.2025 / 13:18
Hərbi qulluqçumuz Kəlbəcərdə minaya düşdü

29.05.2025 / 13:10
Азербайджан жестко ответил Лаврову! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

29.05.2025 / 12:53
İsrailin İrəvandakı səfiri İlham Əliyevdən nümunə götürsəydi, çox yaxşı olardı...

29.05.2025 / 12:45
Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb - RƏSMİ AÇIQLAMA

29.05.2025 / 12:38
Müdafiə Nazirliyi Ermənistanın yalanını ifşa etdi - növbəti təxribatlarına zəmin yaratmağa cəhd edirlər

29.05.2025 / 12:26
“Lavrovun Ermənistana səfəri də Sünikdə konsulluğun açılması məsələsini həll etmədi”

29.05.2025 / 12:25
Moskva münaqişəyə son qoymaq planını ABŞ-la bölüşməkdən imtina etdi

29.05.2025 / 12:13
Laçından kimlərə tarixi mesajlar verildi?

29.05.2025 / 12:04
ABŞ və Almaniya Putini yeni sanksiyalarla hədələdi

29.05.2025 / 12:04
Ağdam sakini göbələk zəhərlənməsindən öldü

29.05.2025 / 12:00
Mask Trampın daxili xərclər haqqında qanun layihəsindən narazılığını bildirdi

29.05.2025 / 11:55
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

29.05.2025 / 11:41
Bakıda 5 tondan çox narkotik vasitə yandırılaraq məhv edilib

29.05.2025 / 11:28
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etmək fikrində olmadığını bildirdi

29.05.2025 / 11:22
“Rusiya Gürcüstanda təsirini artırır, Ermənistanla münasibətlər pisləşir”

29.05.2025 / 11:13
"815” Çağrı Mərkəzinə aprel ayı ərzində 13 minə yaxın zəng daxil olub

29.05.2025 / 11:06
BƏƏ şirkətinə 50 milyon dollar investisiya yatırıb - Fond açıqlama yaydı

29.05.2025 / 11:03
Putinin yeni yeni tələbləri sadəcə absurddur - CANLI

29.05.2025 / 11:00
Türkiyə mediası Ərdoğanın Laçın səfərindən yazır

29.05.2025 / 10:35
Bu Hollivud ulduzu ilə şəkil çəkdirmək 550 dollardır...

29.05.2025 / 10:26
52 nəfər şübhəli saxlanılıb - polis

29.05.2025 / 10:20
Şabran sakini yol qəzasında öldü

29.05.2025 / 10:16
"Azərbaycanla əlaqələrimizi çox yüksək qiymətləndiririk" - ABŞ rəsmisi

29.05.2025 / 10:09
Cənubi Koreyada təyyarə qəzası olub - 4 nəfər itkin düşüb

29.05.2025 / 10:05
Ərdoğan ABŞ-a gedir? - Hakan Fidandan açıqlama

29.05.2025 / 10:02
Həftəsonu 45 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək

29.05.2025 / 10:00
Xətai rayonunun bir hissəsi 4 saat işıqsız qalacaq

29.05.2025 / 09:46
Liseylərə qəbulla bağlı bu qadağa aradan qaldırıldı

29.05.2025 / 09:30
"Zadəganlar" Konfrans Liqasının qalibi oldu

29.05.2025 / 09:22
Almaniyadan Rusiyanı qəzəbləndirəcək QƏRAR

29.05.2025 / 09:13
Mask Ağ Evi tərk edir: -“Mənim səlahiyyət müddətim başa çatmaq üzrədir”

29.05.2025 / 09:12
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Laçına səfərindən görüntülər paylaşılıb - VİDEO

Dəyişən dünya düzəni Azərbaycanın diaspor siyasətində hansı yenilikləri tələb edir...(?)

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678