Bazar ertəsi günü, 2 iyun 2025
     

Ukraynanı yarı yolda qoyurlar - Ermənistan nəticə çıxarmalıdır...

Image

Postsovet məkanında Qərbin geosiyasi ambisiyaları üzündən ciddi əziyyət çəkən ölkələrdən biri də Ukraynadır. Qərbin fəal dəstəyi və təhriki ilə Rusiyaya qarşı savaşa başlayan Ukraynanı ABŞ və Avropa artıq yarı yolda qoymaqdadır. Belə ki, Ukraynaya maliyyə dəstəyi azalır, hərbi yardımlar vəd edilən həcmlərdə çatdırılmır. Uzaqmənzilli silahların verilməsindən isə bəzi hallarda ümumiyyətlə imtina edilir.

Yaxın Şərqdə başlanan müharibə isə Qərbin əsas diqqətini İsrail üzərində cəmləşdirməsi ilə müşayiət olunur. Bu halda Ukraynanın tədricən arxa plana keçməsi qeydə alınır. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı "The Economist" jurnalına müsahibəsində bildirir ki, Ukrayna ordusunun hücumları dalana dirənib. Onun sözlərinə görə, hücumları genişləndirmək və Rusiya ordusunun müdafiə xəttini yara bilmək üçün yeni texnologiyalar lazımdır, əks halda Ukrayna qoşunları cəbhədə irəliləyişə nail ola bilməyəcək. Komandan onu da əlavə edib ki, Ukrayna ordusunun ilk uğursuz əks-hücum əməliyyatından sonra o, bəzi ordu komandirlərini dəyişib və bir sıra briqadaların hərbçilərini ön cəbhəyə göndərib, lakin heç bir nəticə əldə olunmayıb. O bildirir ki, Ukrayna ilə Rusiya arasında münaqişənin hazırkı mərhələsi döyüşlərin statik və uzun sürməsi ilə xarakterizə olunan mövqe müharibəsidir. Onun sözlərinə görə, münaqişənin xarakterini manevr müharibəsinə doğru dəyişmək üçün Ukrayna bir sıra texnologiya və imkanlara, o cümlədən hava qüvvələri və radioelektron müharibədən tutmuş batareyaya qarşı mübarizəyə və mina partlayıcı avadanlıqlara qədər, sərmayə qoymalıdır. Zalujnı qeyd edib ki, indiki müharibədə hava məkanına nəzarət həlledicidir. Lakin Qərb bu məsələlərdə artıq Ukraynanın yanında yer almır. Açıq görünür ki, Qərb 2008-ci ildə Gürcüstanda olduğu kimi, indi də Ukraynanı meydanda tək qoyub. Bu vəziyyətdə Rusiya müharibəyə başlayarkən qarşısına qoyduğu hədəflərə nail ola bilməsə də, əməliyyatları dayandırmaq fikrində deyil. Ukrayna isə müharibənin fəsadlarını və şokunu yaşamaqdadır. Qərbin təhriki ilə müharibəyə sövq edilən ölkə hazırda ağır durumla qarşı-qarşıyadır. Ortada Qərbin vəd etdiyi hərbi, maliyyə dəstəyinin azalması halları var, torpaqları da azad olunmayıb. Rusiya isə bu şəraitdə yeni hücumlara hazırlaşır. Zalujnı da etiraf edib ki, Ukrayna qüvvələri döyüş meydanında gözlənilən uğurlara nail ola bilməyib və heç bir irəliləyiş baş verməyib. Kreml buna cavab olaraq bildirib ki, Ukrayna qələbə şansının olmadığını nə qədər tez başa düşsə, münaqişənin həlli yollarını bir o qədər tez tapmaq mümkün olacaq. Bu şəraitdə "New York Times" qəzeti yazır ki, bir çox ukraynalı, xüsusən də cəbhə xəttində olanlar fiziki və psixoloji yorğunluq yaşayırlar. Onlar müharibənin uzun sürəcəyinə inanırlar və artıq hər kəndin müharibədə həlak olmuş şəxslərin dəfn olunduğu qəbirləri var. May ayından başlayaraq oktyabr ayına qədər ukraynalıların hökumətə inamı əhəmiyyətli dərəcədə azalıb, 74%-dən 39%-ə düşüb. Nəşr qeyd edir ki, Ukrayna vətəndaşları özlərini güvənsiz hiss edir və pessimistliyə qapılıblar. Onlar qəzəblərini korrupsiyaya və Ukraynanı səmərəsiz şəkildə silahla təmin edən Qərb müttəfiqlərinə yönəldirlər. Ukrayna Silahlı Qüvvələrinin yay əks-hücumunun uğursuzluğu da əhali arasında bədbinliyin artmasına səbəb olub. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell də etiraf edir ki, Qərbin Ukraynaya yardımı azalır: "Biz Ukraynaya dəstəklə bağlı həmrəylimizi qorumalıyıq. Üzvlük statusunun verilməsi, hərbi, humanitar və maliyyə yardımları, eyni zamanda, Aİ ölkələri ilə Ukrayna arasında ikitərəfli kanallar vasitəsilə yardımlar, təhlükəsizlik zəmanətinin verilməsi bizim işimizin vacib elementləridir. Bu yardımlar Ukraynaya Rusiyanın müharibəsinə qarşı dayanmaq və öz ərazilərini azad etmək imkanı verir. Rusiyanın itkiləri var, ancaq Rusiya yenidən güclənə bilər".

Borrell vurğulayıb ki, buna görə də yeganə həll yolu Ukraynaya yardımı davam etdirmək və bu ölkəyə dəstəklə bağlı həmrəyliyi qoruyub saxlamaqdır: "Hər iki müharibənin səbəbləri və nəticələri fərqlidir, ancaq gəlin səmimi olaq ki, Yaxın Şərqdəki böhran artıq bizim Ukrayna siyasətimizə davamlı təsir göstərir. Avropada müşahidə olunan ikili standartlar səbəbindən Ukraynaya beynəlxalq dəstək zəifləyə bilər. Cənubdakı qlobal ölkələr Ukraynada baş verənləri – bu müharibəni qlobal məsələ kimi deyil, regional məsələ kimi görür. Onlar düşünür ki, bu, Qərb dünyasının problemidir və hesab edirlər ki, biz bu problemi qısa zamanda həll etməliyik, çünki onlar bu müharibənin nəticələrini yaşamaq istəmir". Borrell onu da bildirib ki, Yaxın Şərqdəki müharibə və Ukraynadakı müharibə ilə bağlı həm də Avropada fikir ayrılığı var. Qərbin azalan dəstəyi fonunda Rusiya bəyan edir ki, müharibənin dayanması üçün Qərb Ukraynaya silah tədarükünü dayandırmalı, rəsmi Kiyev NATO və Avropa İttifaqına üzv olmaqdan imtina etməli və bununla bağlı öhdəlik götürməlidir. Kiyev yeni ərazi reallıqlarını tanımalı, yəni işğal altında olan və "referendum" yolu ilə Rusiyaya birləşdirilən ərazilərdən imtina etməli, eləcə də rus dili Ukraynanın həmin ərazilərində dövlət dili statusu almalıdır. Ukrayna Qərbin səbatsızılığı üzündən Rusiyanın diqtəsini qəbul etməyə məcbur edilir. İndi Qərbdə Koreya modeli əsasında Ukraynanın bölünməsidən bəhs edilir. Bütün bunlar Ukraynanın düşdüyü indiki durumun qonşu Gürcüstanı xatırlatdığını deməyə əsas verir. Baş verənlərdən dərs çıxarmalı olan ölkələrdən biri isə Ermənistandır. İrəvan Kremli hərbi müttəfiqlik anlaşmasını yerinə yetirməməkdə və Ermənistana Azərbaycanla müharibədə dəstək verməməkdə suçlayır. Belə qənaətə gəlinib ki, Rusiya Ermənistanı Azərbaycandan müdafiə etməyi bacarmırsa və yaxud bunu etmək istəmirsə, onda belə hərbi müttəfiqə ehtiyac yoxdur. Qərb də Ermənistanı bu məsələdə şirnikləndirir. Amma Gürcüstan və Ukrayna təcrübəsi Qərbin Ermənistanı da yarı yolda qoyacağını göstərir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

02.06.2025 / 12:05
Şərurun bu kəndləri qazsız qalacaq - XƏBƏRDARLIQ

02.06.2025 / 12:00
Pakistan səfirindən Azərbaycana TƏBRİK

02.06.2025 / 11:37
"Ancaq sui-istifadə edən qüvvələr var" - Fərid Şəfiyev

02.06.2025 / 11:25
"Güclü külək, leysan, sel və daşqın olacaq..." - FHN əhaliyə müraciət etdi

02.06.2025 / 11:11
2 gündə 30 kiloqrama yaxın narkotika aşkarlanıb - polis

02.06.2025 / 11:05
"Azərbaycanın inkişafında bu Universitetin öz rolu olacaq" - nazir

02.06.2025 / 11:01
"Azərbaycanda genişmiqyaslı islahatlar həyata keçirilir"- Prezident

02.06.2025 / 10:36
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi sabah dəfn olunacaq

02.06.2025 / 10:30
Cüdoçu qızlarımız Avropa Kubokunda 4 medal qazanıblar

02.06.2025 / 10:22
Cinsi təcavüz, təhqir - milyarder barədə ŞOK FAKTLAR!

02.06.2025 / 10:17
“Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi” - İlham Əliyev

02.06.2025 / 10:15
Ermənistan polisi üçün 810 min dollarlıq 15 maşın

02.06.2025 / 10:12
Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir

02.06.2025 / 10:07
Sabirabadda yeniyetmə oğlan kanalda boğulub

02.06.2025 / 10:03
İsrailin bir günlük bombardmanı 32 fələstinlinin həyatına son qoydu

02.06.2025 / 10:00
Bu gün Yasamalın bu ərazilərində qaz olmayacaq

02.06.2025 / 09:40
Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir - YENİLƏNƏCƏK

02.06.2025 / 09:29
Ukraynanın Rusiyaya təqdim etdiyi memorandumda nələr var?

02.06.2025 / 09:26
"Qaz 53" işıq dirəyinə çırpılıb, sürücü ölüb

02.06.2025 / 09:20
Bu gündən Bakı Enerji Həftəsi işə başlayır

02.06.2025 / 09:14
Neymar Braziliyada qalmaqal yaratdı - meydandan qovuldu!

02.06.2025 / 09:08
Polşa yeni prezidentini elan etdi

02.06.2025 / 09:02
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik edib

01.06.2025 / 23:18
Ukraynadan Rusiya aviasiyasına böyük zərbə… Bazalar vuruldu, çox sayda hərbi təyyarə məhv edildi - ŞOK TƏFƏRRÜATLAR…+ VİDEO

01.06.2025 / 22:16
Putinin vertolyotuna dron hücumu hazırlanmış ssenari imiş - ifşa....

01.06.2025 / 21:19
Millimiz dünya çempionu oldu!

01.06.2025 / 20:33
Kəlbəcərdə traktor minaya düşdü

01.06.2025 / 18:49
Rusiya aviasiya dünyasına sarsıdıcı zərbə vuruldu

01.06.2025 / 18:31
ABŞ-ın keçmiş kəşfiyyat şefi Putinin planlarını ifşa etdi - Ukraynadan sonra bu ölkəni işğal edəcəklər…

01.06.2025 / 16:08
Fransa qarışdı – polislə toqquşmalarda 2 nəfər öldü, 559 nəfər saxlandı…

01.06.2025 / 15:20
Terrorçular Suriya prezidentini “kafir” elan etdilər

01.06.2025 / 14:16
Kremlin ideoloqu: “Türk xalqı artıq gələcəyini Ərdoğanda görmür”

01.06.2025 / 12:41
Makronun daxili işlər naziri öz xalqını "barbar" adlandırdı…

01.06.2025 / 12:38
Rusiya İstintaq Komitəsi Bryanskdə çökən körpünün partladıldığını açıqladı...

01.06.2025 / 11:56
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib - YENİLƏNDİ

01.06.2025 / 10:18
Rusiyada körpü qatarın üstünə uçdu - yeddi ölü, çox sayda yaralı var...

01.06.2025 / 09:35
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib - FOTO

01.06.2025 / 00:07
İlham Əliyev 2004-cü ildəki referenduma uyğun kursu davam etdirir, yunan deputatın əsəbi yersizdir...

31.05.2025 / 22:23
Prezident İlham Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib - FOTO/VİDEO

31.05.2025 / 22:06
Səudiyyədən İrana xəbərdarlıq - Ya ABŞ-la razılaşın, ya da İsrailin hücumuna hazır olun...

31.05.2025 / 20:33
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regional məsələləri müzakirə edib

31.05.2025 / 19:04
ABŞ Cənubi Qafqazda yenidən fəallaşır - Tramp siyasəti dəyişir...

31.05.2025 / 18:41
Xorvatiya lideri Aİ-ni yıxıb sürüdü - ölkələrə yalandan üzvlük sözü verib onlardan müəyyən güzəştlər qoparmağa çalışırlar...

31.05.2025 / 18:30
Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa və Ağdamda olublar

31.05.2025 / 18:18
Bakı-İrəvan sazişinin yeri və zamanı hələ müzakirə edilmir - Qriqoryan məqsədli təhrifə yol verdi... 2 şərt icra olunub ki?...

31.05.2025 / 17:52
İmamoğlu: “16 milyon istanbullunu bir-bir həbsəmi atacaqsan?”

31.05.2025 / 17:35
"Ermənistanın Azərbaycan ərazilərini minalaması səbəbindən 397 nəfər həlak olub və yaralanıb" - XİN

31.05.2025 / 17:20
Ermənistanda kilsə-hakimiyyət qarşıdurması kəskinləşir...

31.05.2025 / 17:07
Elon Maskın niyə gözü göyərib?

31.05.2025 / 16:44
Tramp Ukrayna danışıqlarında Medinskini bu səbəbdən Kremlin adamı kimi görmək istəmir...

31.05.2025 / 16:03
“Belə çıxır ki, bu küfr edənlər heç oruc tutmurlar”: Nikol Paşinyan ruhanilərdən əl çəkmir

31.05.2025 / 16:01
Rusiya Ukraynanın sülh danışıqlarına gəlməməsindən qorxuya düşüb

31.05.2025 / 15:42
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb...

31.05.2025 / 15:06
Goranboyda mülki şəxs minaya düşdü, sol ayağı amputasiya edildi

31.05.2025 / 14:48
Polis əməliyyat keçirdi, 9 kiloqram narkotik aşkarlandı

31.05.2025 / 14:23
Sərhəddə mobil telefon əməliyyatı - təhqiqatçı islah işlərinə məhkum edildi

31.05.2025 / 13:11
Avroparlamentin Kipr deputatı İlham Əliyevin sözlərindən yanıb yaxıldı...

31.05.2025 / 11:29
Paşinyan kilsəni dövlət sistemindən silib atmaq fikrindədir ...

31.05.2025 / 11:28
Katalikos Paşinyana - Məni bu vəzifəyə sən seçə bilməzsən....

31.05.2025 / 11:26
Tramp iyunun 2- də İstanbula ruslarla danışığa nümayəndə göndərməyəcək...

31.05.2025 / 11:20
ABŞ- da 47 milyon dollar COViD pulunu yemiş 14 erməni tutuldu....

31.05.2025 / 10:20
Goranboyda qardaş bacısını bıçaqlayıb

31.05.2025 / 10:13
Paşinyan hökm etdi- Katalikosu dövlət seçməlidir...

31.05.2025 / 10:02
Müstəntiqlər səfirlikdə əməliyyat keçirdilər....Müttəfiqlərin arası dəyir...

31.05.2025 / 09:28
Tik tok-da qadınları şantaj edən 19 yaşlı dələduz saxlanılıb

31.05.2025 / 09:27
Azərbaycandan xaricə kütləvi qızıl axını var...

31.05.2025 / 09:17
Daha 38 ailə Laçına yola salınıb

31.05.2025 / 09:10
Bu axşam Çempionlar Liqasının finalı olacaq

31.05.2025 / 09:03
“Kilsə Paşinyana mane olan yeganə strukturdur”

31.05.2025 / 08:42
Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdi

31.05.2025 / 08:42
Rus turistləri Bakıya gəlməkdən niyə çəkinir - məsələdə siyasi çalar ehtimalı...

30.05.2025 / 22:43
Tərtərdə daha bir mülki şəxs minaya düşdü

30.05.2025 / 22:10
Gəncənin bombalanmasının Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və tapşırığı əsasında həyata keçirildiyi məhkəmədə elan edilib - FOTO

30.05.2025 / 21:26
Kreml Qarabağdan İrəvana köçmüş erməniləri hələ də "unuda bilmir"...

30.05.2025 / 21:12
ABŞ-Azərbaycan əlaqələrində böyük imkan - Senator 907-nin ləğvinə eyham vurur?..

30.05.2025 / 20:57
Azərbaycanı iqlim risqləri gözləyir - Xəzər barədə sammit qərarı verildi...

30.05.2025 / 20:43
Rusiya Ukraynaya memorandum təklif etdi, ancaq elə şərt qoydu ki...

30.05.2025 / 20:39
Qərb Rusiyaya neft və qaz üçün Ukraynaya verdiyi yardımdan daha çox pul ödədi

30.05.2025 / 20:30
"Azərbaycanlılar qayıdıb Ermənistanda yaşayacaq" - Paşinyandan şok xəbər... Müxalifət qalxdı...

30.05.2025 / 20:17
Trampın komandası dağılır - həssas Mask iflası öncədən görür?

30.05.2025 / 20:03
Tramp və Putinin "mehriban düşmənçiliyi" davam edir - arada Ukrayna əldən gedir...

Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456