"Seçki kimi mürəkkəb prosesdə qanunvericiliyin tələblərinin pozulmamasına çalışırıq"
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masada çıxışı zamanı bəyan edib ki, Azərbaycanda keçirilən seçkiləri daxili aktorlarla yanaşı xarici təşkilatlar da izləyirlər. Seçki kimi mürəkkəb prosesdə qanunvericiliyin tələblərinin pozulmamasına çalışırıq. Müxtəlif qurumlarla həyata keçirdiyimiz maarifləndirmə tədbirlərinin də məqsədi budur və bu format ilkdir.
"Qeydə alınmış 7 namizədin 5-i siyasi partiya təmsilçiləridir. Hazırda müşahidəçilərin sayı 20 minə çatıb. Hesab edirəm ki, seçkiyə qədər bu rəqəm 50 minə yaxınlaşacaq".
Mətləb