Cümə günü, 23 may 2025
     

Sülh uzanır - Ermənistan Batumi müqaviləsinin şərtlərini yerinə yetirməli olacaq...

Image

Azərbaycanla sülh müqaviləsinin imzalanmasının uzadılmasının Ermənistan üçün daha böyük fəsadlara gətirib çıxaracağına dair bu ölkədə etiraflar artır. Burada vurğulanır ki, məsələnin uzanması, xüsusən də sərhədlərin müəyyən edilməməsi indiki halda Ermənistandan başqa heç kimə zərər etmir. 

Ermənistanın "Qraparak" nəşri bunlar fonunda yazır: "Bu günlərdə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan "24 news" nəşrinə verdiyi müsahibədə "Vətəndaş Müqaviləsi" Partiyasının bir sıra tezisləri ilə çıxış edib. Marukyan bildirib ki, Ermənistanda ləğv edilmiş Qarabağdakı qondarma qurumun heç bir "institutu" fəaliyyət göstərməyəcək, bu, milli təhlükəsizlik məsələsidir. Bu bir faktdır ki, Azərbaycan otuz il ardıcıl olaraq, addım-addım irəliləyərək öz məqsədinə çatdı - nəhayət, Qarabağı nəzarət altına aldı, indi isə İlham Əliyev İrəvan, Göyçə və Zəngəzurdan danışır. Bəs Ermənistanın indiki hakimiyyəti nə edir? "Qarabağ"ın müxtəlif "strukturları"nı ləğv edir, parlamentdə müxalifətlə mübarizə aparır və onları ittiham edir, "Qarabağ hakimiyyəti"ni Qarabağı təhvil verməkdə günahlandırır, hətta "artsax" sözünü lüğətimizdən çıxarırlar. Marukyanın bu açıqlaması da təsadüfi deyildi. Bu, Nikol Paşinyan hakimiyyətinin bugünkü məğlubiyyət tezislərindən biridir". Erməni politoloq Suren Surenyants isə vurğulayır ki, Ermənistan hakimiyyəti bu gedişlə ölkə üzərində nəzarəti itirəcək: "Ermənistan hakimiyyəti israrla Brüssel platformasına nail olmağa çalışır, halbuki, Azərbaycan bu formata marağını itirib. Brüssel platforması Avropa İttifaqının Azərbaycanın enerji resurslarından əhəmiyyətli dərəcədə asılılığı kontekstində Ermənistanın maraqlarına xidmət etməyəcək. Və bu asılılığı çox aydın şəkildə Almaniya xarici işlər naziri Berbok İrəvanda keçirdiyi mətbuat konfransında alman jurnalistin Azərbaycana qarşı sanksiyalarla bağlı sualına cavab verərkən nümayiş etdirdi, Bakıya qarşı heç bir sanksiyaların olmayacağını bildirdi". Politoloqun fikrincə, Nikol Paşinyanın təklif etdiyi "Dünyanın kəsişməsi" ideyası regionda gerçəkləşməyəcək: "Paşinyan 2022-ci ildən başlayaraq ardıcıl olaraq 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini müzakirə etməkdən yayınmağa çalışır. 9-cu bəndə əsasən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılmalı, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verməlidir, nəqliyyat əlaqələrinə nəzarət isə Rusiya Sərhəd Xidmətində olmalıdır. 9-cu bənd Ermənistan ərazisindən eksterritorial dəhlizin mövcudluğunu nəzərdə tutmur, lakin bu, Ermənistan ərazisindən keçən adi marşrut da demək deyil. Başqa sözlə, bu bəndə əsasən, Ermənistan vasitəsilə əlaqə eksterritorial dəhlizlə adi yol arasında bir növ ara variantdır". Bununla yanaşı, Surenyants qeyd edib ki, Ermənistan hakimiyyəti nəyin bahasına olursa olsun, bu bənddən qurtulmaq qərarına gəlib: "Paşinyan bu maddənin müzakirəsindən qaçmaq üçün Qərbin "ötürməsi" ilə Qarabağla bağlı "plankanı" aşağı salmağa başladı. Məntiq belə idi: Qərbi Zəngəzuru xilas etmək üçün Qarabağı qurban vermək və Ermənistanın cənub bölgəsindən eksterritorial dəhlizin açılmasının qarşısını almaq. Amma müharibədə məğlub olmuş ölkə bir məsələdə güzəştə getməklə öz yazılı öhdəliyindən qaça bilməz. Sonrakı hadisələr də göstərdi ki, Qarabağ itirildikdən sonra Zəngəzur dəhlizi ilə bağlı söhbətlər nəinki səngimədi, əksinə, Türkiyə bu gündəmi daha fəal şəkildə təbliğ etməyə başladı. Əgər Azərbaycan dəhliz məsələsində indi daha barışdırıcı ritorikaya riayət etməyə başlayıbsa, Türkiyə daha sərt mövqe tutur. Nəzərə alaq ki, Ankara daha geniş diplomatik resursa malikdir".

Ekspertin qənaətinə görə, hazırda Paşinyan "Dünyanın kəsişməsi" ideyası ilə 10 noyabr bəyanatının 9-cu bəndini sıradan çıxarmaq istəyir: "Bu, sadəlövh yanaşmadır və reallıqdan uzaqdır. Layihənin mümkünlüyünü qiymətləndirmək üçün digər regional oyunçuların maraqlarına və gündəliyinə baxmaq lazımdır: Türkiyə və Azərbaycana "Dünyanın kəsişməsi" yox, Zəngəzur dəhlizi lazımdır". Politoloq bildirib ki, Ermənistanın təhlükəsizliyi əsas regional aktorların siyasətindən və onlar arasında olan münasibətlərdən asılıdır: "İndi Ermənistanla Azərbaycan arasında münaqişənin regionallaşması var: mövcud ziddiyyətlərinə baxmayaraq, 3 regional ölkə - Rusiya, Türkiyə və İran arasında konsensus mövcuddur ki, regional məsələləri regional oyunçular həll etməlidir. Bunun fonunda Makron və ya Şoltsdan hansı gözləntilərimiz ola bilər? Geosiyasi reallıqlar demokratiya və digər illüziyalar haqqında danışmaqla müəyyən edilmir". Surenyants iddia edib ki, İlham Əliyev Ermənistanın ərazisini 10 min kvadratkilometr hesab edir: "1918-ci il Batumi müqaviləsində Ermənistanın ərazisi 10 min  kvadratkilometr idi. Əliyev məhz belə "sıxılmış" Ermənistanla sülh bağlamağa hazırdır". Azərbaycan isə hələ də Ermənistana sülh əlini uzatmaqdadır. Xarici işlər naziri Ceyhun Bayramov bu fonda qeyd edir: "Azərbaycan torpaqlarının 30 ildən sonra işğalının başa çatması və bu torpaqlarda suverenliyimizin bərpası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı yeni perspektivlər açır. Bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında bu normallaşma yalnız Azərbaycana və Ermənistana xidmət etməyəcək, bu, həmçinin region və onun sərhədləri xaricində istifadə olunmamış əməkdaşlıq imkanlarının açılmasını təmin edəcək. Fürsətdən istifadə edib Azərbaycanın sülh gündəliyini bir daha vurğulayıram. Biz qarşı tərəfdən də konstruktiv yanaşma və qarşılıqlı addımlar gözləyirik. Biz ümid edirik ki, bu xüsusi şans bir daha itirilməyəcək".

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

23.05.2025 / 22:14
Ermənistan baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib - FOTO

23.05.2025 / 21:37
“Lavrov Ağrıdağın fonunda - Türkiyəyə siqnal, İrəvana sual ünvanladı”

23.05.2025 / 21:34
Tramp 175 milyard dollarlıq “Qızıl gümbəz”lə kimə qarşı müharibəyə hazırlaşır...

23.05.2025 / 21:20
ABŞ-a görə, 907-ci düzəlişin taleyi Bakı-İrəvan sazişindən asılıdır...

23.05.2025 / 21:07
Fransa türmələri ağzınadək dolub, Makron Avropa ölkələrində icarəyə türmə axtarır - biabırçılıq...

23.05.2025 / 20:56
Erməni katalikosu Allahşükür Paşazadəyə həyasızcasına cavab verdi

23.05.2025 / 20:53
Rusiya və Ermənistan yeni təhlükəli Qarabağ oyununa başlamaq istəyirlər...

23.05.2025 / 20:39
“İbrahim razılaşmaları”, ya ABŞ-İsrail-Azərbaycan üçtərəfli sazişi - 907-nin ləğvi haradan keçir...

23.05.2025 / 20:26
Zəngəzur dəhlizi Ermənistandan çox İranı qıcıqlandırır... Səfirin aşırı bəyanatı...

23.05.2025 / 20:17
İznikdə Birinci Nikea Şurasının 1700 illiyi qeyd olunub

23.05.2025 / 20:14
"Azərbaycan və Gürcüstan arasında münasibətlər Cənubi Qafqazda sabitləşdirici rol oynayır" - Sahibə Qafarova

23.05.2025 / 20:09
Azərbaycanın üzərinə birbaşa hərbi müdaxilə öhdəliyi götürmüşdü - Ter-Petrosyanın boğazında qaldı...

23.05.2025 / 20:02
Prezident Administrasiyasının nümayəndəsi ADUPDK yanında İctimai Şuranın üzvləri ilə görüşüb

23.05.2025 / 19:55
AMİP kimi bu nümunəni daha hansı partiyalar göstərib?..

23.05.2025 / 19:52
Bakıda TDT daxili işlər nazirlərinin ikinci görüşü keçirildi - FOTO

23.05.2025 / 19:42
Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırdı

23.05.2025 / 19:41
Ermənistanla Azərbaycan qarşılıqlı olaraq bir-birinin namizədliyini dəstəklədi

23.05.2025 / 19:40
Bakı "İlin şəhəri" seçildi

23.05.2025 / 19:37
Sosial şəbəkələrdə şəkər, psarioz və xərçəngin müalicəsi “tapılıb” - əsl həkimlər nə deyir?..

23.05.2025 / 19:24
İsrail nüvə müharibəsinə başlayır - İran isə onu məhv edəcəyini bildirdi...

23.05.2025 / 19:11
"Avropa Siyasi Birliyinin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram" - Paşinyan

23.05.2025 / 19:05
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdamda keçirildi - FOTO

23.05.2025 / 18:58
Töhmət almış iki məktəb direktorunun günahı nə idi...

23.05.2025 / 18:44
Şərurlu İsfəndiyar məhkəmələrdə "savadsız adamam" ifadəsini tez-tez səbəbsiz işlətmir, onun hədəfi var...

23.05.2025 / 18:29
Netanyahu Makron və Starmeri HƏMAS-ı dəstəkləməkdə ittiham etdi

23.05.2025 / 18:27
Putin Vatikanı yox, İstanbulu seçdi

23.05.2025 / 18:27
“Keç bizim tərəfə Avropanı birgə ələ keçirək”

23.05.2025 / 18:26
Lavrov İrəvan Üniversitetində qızlara söz atdı

23.05.2025 / 18:24
ABŞ senatoru İmamoğlunun müdafiəsinə qalxdı

23.05.2025 / 18:17
Gürcüstanı həm boğur, həm də onun üstündən Orta Asiyaya yol axtarır - Avropanın istedadsız siyasəti...

23.05.2025 / 18:04
Tramp azərbaycanlı tələbələri də Harvarddan qovacaq - cəmi 6800 tələbə...

23.05.2025 / 17:56
Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək

23.05.2025 / 17:50
Ali Məhkəmənin "əsassız varlanma" qərarı yeni mübahisələrə əsas verdi...

23.05.2025 / 17:37
Rusiya-NATO müharibəsinin vaxtı açıqlandı - Azərbaycan kimin(sə) tərəfində olacaq...

23.05.2025 / 17:24
Qarmonçu Stepanyan şedevr Azərbaycan musiqilərini oğurlaya bilmədi...

23.05.2025 / 17:11
Azad rayonlarda “yaşıl enerji” mənbələri...

23.05.2025 / 16:54
İstanbul Böyükşəhər Bələdiyyəsində 4-cü dalğa həbs əməliyyatına start verildi

23.05.2025 / 16:54
Halit Ergenç və Rıza Kocaoğlu həbs edildi!

23.05.2025 / 16:51
Tramp Cənubi Afrikadakı “ağ soyqırımı” əsaslandırmaq üçün Konqo fotosundan istifadə etdi

23.05.2025 / 16:49
Şirvanda əhalinin su təchizatı belə həyata keçirilir

23.05.2025 / 16:37
Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına dair interaktiv xəritənin təqdimatı olub - FOTO

23.05.2025 / 16:26
Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.05.2025 / 16:12
Rusiya ələ keçirdiyi Ukraynanın Zaporojye atom stansiyasını işə salmağa hazırlaşır…

23.05.2025 / 15:50
Lənkəran Polis Şöbəsi maarifləndirici tədbir keçirdi - FOTO

23.05.2025 / 15:22
Məhkəmədə Levon Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqlədi

23.05.2025 / 15:19
Deputat Milli Məclisdə Elgündən DANIŞDI

23.05.2025 / 15:18
Dosent Faiq Ələkbərli Türkiyədə beynəlxalq simpoziumda məruzə edib

23.05.2025 / 14:43
Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Mehriban Əliyevanı təbrik etdi

23.05.2025 / 14:32
Tatarıstan lideri Prezident İlham Əliyevi təbrik edib

23.05.2025 / 14:20
Prezident Vergi Məcəlləsində dəyişikliyi təsdiqlədi

23.05.2025 / 14:12
Külli miqdarda narkotiki Bakıya gətirmək istəyən narkokuryerlər Yardımlıda yaxalandı

23.05.2025 / 13:55
Gürcüstan Aİ nümayəndəsini Tbilisi Aeroportundan geri qaytardı...

23.05.2025 / 13:48
Məleykə Abbaszadə bəzi təhsil ekspertlərini yıxıb sürüdü - pul qazanmaq xatrinə...

23.05.2025 / 13:20
Qazaxıstandan vurulan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - tədqiqat mərhələsindəyik...

23.05.2025 / 13:08
Почему армяне не любят Пашиняна? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.05.2025 / 12:55
"Erməni millətçiliyi və “bizimkilər” - yeni kitabı...

23.05.2025 / 12:47
Ali təhsil müəssisələrinə qəbul üçün müsabiqə şərtlərinin balı açıqlandı

23.05.2025 / 12:39
"Bəziləri Apelyasiyaya yazır ki, mənim səhvimi düz hesab edin" - Məleykə Abbaszadə

23.05.2025 / 12:25
Hikmət Hacıyev Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşdü

23.05.2025 / 12:12
Tramp məşhur Harvard Universitetini Çinə casusluqda ittiham etdi və qadağalar qoydu...

23.05.2025 / 12:08
Pezeşkian Prezident İlham Əliyevi təbrik edib

23.05.2025 / 11:57
Kaya Kallas Belqradda Vuçiçi küncə sıxdı - "inana bilmirəm ki, belə bir adamla"...

23.05.2025 / 11:50
Prezident: "Gələcək illərdə TDT daha böyük zirvələrə qalxa bilər"

23.05.2025 / 11:44
Ukraynanın XİN başçısı Putini sərrast vurdu...

23.05.2025 / 11:38
"Ölkələrimizdə daxili sabitlik olsa da təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var" - Prezident

23.05.2025 / 11:26
DİN ötən gün bank kartlarından oğurlanan vəsaitin məbləğini açıqladı

23.05.2025 / 11:11
Bu günkü ABŞ - İran danışıqları: müharibə yoxsa sövdələşmə? - CANLI

23.05.2025 / 11:02
Prezident İlham Əliyev TDT-nin DİN rəbərlərini qəbul etdi - FOTO

23.05.2025 / 11:01
Türkiyəli müğənni onu təhqir edən izləyicisini həbs etdirdi....

23.05.2025 / 10:50
Putin düyməyə basdı, ordu hərəkətə keçdi - Rusiya Ukrayna ilə sərhəddə bufer zona yaradır…

23.05.2025 / 10:23
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq

23.05.2025 / 10:15
Sumqayıtda 2 ədəd "Kalaşnikov" aşkarlandı

23.05.2025 / 10:07
ABŞ daha bir ölkəyə silah satır - 296 milyon dollarlıq MÜQAVİLƏ

23.05.2025 / 10:01
Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

23.05.2025 / 09:35
"Atletiko" 50 milyon avroluq futbolçu ilə yeni müqavilə imzaladı

23.05.2025 / 09:25
İtaliyada doğum kəskin azalıb - əvəzində 5 milyona yaxın qoca var...

23.05.2025 / 09:25
Bir müğənninin sözü ilə məktəb direktorunun işdən qovulması pis nümunə ola bilər...

23.05.2025 / 09:18
Ukrayna və Rusiya arasında “1000-ə 1000” formatında əsir mübadiləsi başlayır

23.05.2025 / 09:12
Daha 49 ailə Kəngərliyə köçürüldü

23.05.2025 / 09:07
Görkəmli şair Abbas Abdullanın 85 illik yubileyi qeyd olunub...

23.05.2025 / 09:00
Tramp CAR prezidentini də Zelenski kimi cəzalandırmaq istədi, ancaq alınmadı...

Azad rayonlarda “yaşıl enerji” mənbələri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678