Bazar günü, 25 may 2025
     

Müstəqil Azərbaycan tarixində ilk - ölkənin hər bir guşəsində bayrağımız dalğalanır...

Image

Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Xankəndi şəhərində parad keçiriləcək.  Xatırladaq ki, noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərində parad olacaq və bununla bağlı bütün zəruri addımlar atılıb. 

Paradda Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, xüsusi təyinatlı və digər silahlı birləşmələrin keçidi olacaq. Həmçinin düşməndən qənimət kimi götürülən hərbi texnikalar nümayiş etdiriləcək.

Qeyd edək ki, 1991-ci il dekabrın 28-də Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan ordusu Xankəndi şəhərini və Kərkicahan qəsəbəsini separatçılardan azad edib. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Dövlət Bayrağını ucaldıb. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər  2023-cü ildə tamamlandı. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə separatçı rejimin ləğv edilməsi, Azərbaycanın hər bir qarış torpağı üzərində suveren hüququnun tam bərpa edilməsi kimi tarixi missiya yerinə yetirildi. 2023-cü il oktyabrın 15-də Ali Baş Komandan Azərbaycan Bayrağını Xankəndidə, Ağdərədə, Xocalıda və Xocavənddə ucaldaraq xalqımıza 30 ildən çox səbrlə gözlənilən ən böyük müjdəni - tam qələbə xəbərini verdi. Dövlət başçısı Xankəndidən xalqa müraciətində böyük qürur hissi ilə bildirdi ki, son 20 il ərzində verdiyi bütün vədlər, qarşıya qoyduğu bütün vəzifələr icra edildi. Tarixi zəfərimizi həzm edə bilməyən bədxahlar bir daha miskin duruma düşdülər. Məsələnin bu tərəfinə nəzər salan Milli Məclisin deputatı Ülvi Quliyev qeyd edir: "Bədxahlarımızın növbəti səhvi onunla bağlı oldu ki, onlar tarixdə şəxsiyyət, lider faktorunun əhəmiyyətini unutdular. Böyük dövlət adamı Uinston Çörçill vaxtilə belə demişdi: "Siyasət də müharibə kimi həyəcanlı və təhlükəlidir. Müharibədə bizi bir, siyasətdə isə dəfələrlə öldürə bilərlər". Ermənistana himayədarlıq edən dairələr bu gün də anlamırlar ki, Azərbaycan prezidenti ümumxalq maraqlarımızın qorunması yolunda ilk gündən hər cür fədakarlığa hazır olub və bu, indi də belədir. Heç bir qüvvə prezident İlham Əliyevi bu yoldan döndərə bilməz! Beynəlxalq münasibətlərin aparıcı aktorlarından bəzilərinin açıq və ya gizli şəkildə mane olmaq cəhdlərinə baxmayaraq, "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması ilə bir daha sübut edildi ki, Azərbaycan xalqı və onun lideri ilə təhdid və hədə tonunda danışıq üslubu heç bir nəticə verməyəcək. Cəmi birgünlük antiterror tədbiri isə ölkəmizin suverenliyinin tam şəkildə təmin olunmasına xidmət edən növbəti tarixi uğurumuzdur. Onların hər birinin arxasında prezident İlham Əliyevin beynəlxalq hüquqa, tarixi ədalətə və dövlət maraqlarımıza söykənən qətiyyətli mövqeyi, qəhrəman ordumuzun şücaəti, xalqımızın birliyi və öz prezidentinə tərəddüdsüz inamı dayanır... Bir həqiqəti bilməliyik. Bilməliyik ki, Ermənistanın havadarları, yumşaq desək, Azərbaycanın tarixi zəfərindən, iki əsrlik anti-Azərbaycan siyasətlərinin iflasa uğramasından heç də məmnun deyillər. Ona görə də əldə etdiyimiz tarixi zəfərin miqyasını və bu qələbənin hansı dövlətlərin, hansı dairələrin maraqları ilə üst-üstə düşmədiyini dəqiq bilməli və onları unutmamalıyıq. Elə prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında söylədiyi bu tarixi gerçəkliyi isə gələcək nəsillərə çatdırmalıyıq: "Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu qələbənin tarixi əhəmiyyəti daha böyükdür".

Onu da qeyd edək ki, Xankəndidə Azərbaycan Bayrağının qaldırılması ilə Azərbaycan ərazilərində separatizmin bütün forma və təzahürlərinə, simvolikasına son verildi.  Bu, həm də xarici dairələrə, eləcə də fikrindən revanşizm xəyalları keçirənlərə konkret mesaj oldu. Bildirildi ki, Azərbaycan hər nə bahasına olur-olsun, öz ərazilərindən əsla vaz keçməyəcək. Artıq Xankəndi şəhərindəki hərbi parad da düşmənlər üçün növbəti konkret mesajdır.  Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Vətən müharibəsini zəfərlə başa vuran ölkəmiz bölgədə yeni reallıqlar yaradıb. Bu gün Azərbaycanın hər bir guşəsində üçrəngli Bayrağımız dalğalanır. İndi Azərbaycan işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işləri aparır. Beynəlxalq standartlara uyğun, müasir tipli kəndlər, qəsəbələr, şəhərlər salır. Erməni silahlılarının viran qoyduğu Qarabağ gülüstana çevrilib, orada yenidən həyat qaynamağa başlayır. İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin intensivləşməsi, erməni vandallarının dağıtdıqları infrastrukturun bərpası və yenilənməsi, iri şəhərlərin baş planlarının hazırlanması Böyük Qayıdış prosesini də tezləşdirir.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

25.05.2025 / 19:06
Rusiya Xarkov ətrafına 50 minlik qoşun yığır - Ukraynanın şimal-şərqindəki “qala şəhəri” təhlükədə…

25.05.2025 / 17:41
İsrail bütün zirehli qoşunlarını Qəzzaya yeritdi

25.05.2025 / 17:27
Stepaşin də ölmüş SSRİ-ni diriltməyə girişdi

25.05.2025 / 17:14
Zelenski ABŞ-ı Rusiyaya qarşı susqunluqda ittiham etdi

25.05.2025 / 16:59
İran qonşu ölkələrə Bəndər Abbasda müstəqil liman təşkilatları yaratmağı təklif etdi

25.05.2025 / 16:51
Rusiya üçün yay hücumu onun son şansı olacaq

25.05.2025 / 16:36
NATO PA-nın yaz sessiyasında Azərbaycanın media resurslarına qarşı kiberhücumlar barədə danışılıb

25.05.2025 / 16:28
Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi tamamlandı - 1000-ə 1000…

25.05.2025 / 16:11
Tramp dərin dövlətə savaş açdı – MTŞ-nin 100-dən çox əməkdaşı işdən çıxarıldı…

25.05.2025 / 16:05
Rusiyanın Ukraynadakı döyüş meydanında üstünlüyü getdikcə zəifləyir

25.05.2025 / 15:51
"Erməni Apostol Kiləsinin QMİ-nin İrəvan Qazılığının bərpası barədə qərarı ilə bağlı bəyanatını qınayırıq" - İcma

25.05.2025 / 15:28
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı davam edir - FOTO

25.05.2025 / 14:17
"Ukraynanın müharibədən sonra bərpasında Azərbaycanın dəstəyini gözləyirik" - Sibiqa

25.05.2025 / 13:55
Ceyhun Bayramov: "Rusiya ilə Ukrayna arasında Türkiyədə keçirilən danışıqları müsbət dəyərləndiririk"

25.05.2025 / 13:43
"Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmətə əsaslanır" - Ceyhun Bayramov

25.05.2025 / 13:20
Zelenski Prezident İlham Əliyevi təbrik edib

25.05.2025 / 12:58
Rusiya Ukraynaya bomba yağdırdı - çox sayda ölən və yaralanan mülki şəxs...

25.05.2025 / 12:33
Tramp dünyada demokratiyanı ordu gücüylə yaymayacaq

25.05.2025 / 12:19
Ən böyük qızıl ehtiyatları yerin nüvəsində gizlənir

25.05.2025 / 12:03
Ceyhun Bayramov Andrey Sibiqa ilə görüşdü

25.05.2025 / 11:47
Moskvanın bütün hava limanları gecə saatlarında fəaliyyətini dayandırdı

25.05.2025 / 11:20
Tramp Rusiyanı ABŞ-ın hipersəs raket texnologiyasını oğurlamaqda günahlandırdı

25.05.2025 / 10:55
Prezident İlham Əliyev Misir Senatının sədrini qəbul edib - FOTO

25.05.2025 / 10:28
Prezident İlham Əliyev İordaniya Kralına təbrik məktubu ünvanlayıb

25.05.2025 / 10:06
Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - FOTO

24.05.2025 / 22:30
Cinayətkar pişik! Polisi dişlədi, pəncə izləri götürüldü

24.05.2025 / 22:18
Kiyev Kremllə birbaşa dialoqa can atır

24.05.2025 / 20:32
Azərbaycanın universitet rektorları öz məzunlarının taleyinə niyə bu qədər biganə qaldılar?

24.05.2025 / 20:08
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub

24.05.2025 / 19:52
ABŞ Nümayəndələr Palatasının üzvü Qəzza zolağına nüvə bombası atmağa çağırdı

24.05.2025 / 19:19
Ərdoğan Suriya lideri ilə görüşdü

24.05.2025 / 19:15
Ukrayna ilə müharibənin Rusiyaya sürprizləri: -“Doğum və ölüm nisbətı Rusiyada niyə gizlədilir?

24.05.2025 / 19:13
Pakistan hava məkanını Hindistan təyyarələri üçün bağladı

24.05.2025 / 18:19
Hindistan ordusu Pakistan vətəndaşlarına atəş açdı - sərhəddə gərginlik yenidən yüksəldi...

24.05.2025 / 17:42
ABŞ-ın vitse-prezidentindən gözlənilməz açıqlama - ABŞ-ın mübahisəsiz hökmranlığı dövrü bitdi…

24.05.2025 / 16:51
Bakı Təhsil İdarəsindən uşaq bağçasında kommunal problemlərə dair iddialara reaksiya...

24.05.2025 / 16:37
Sumqayıtda kartlardan 2750 manat oğurlayan qadın saxlandı

24.05.2025 / 16:22
Avropa Birliyi Viktor Orbanı müstəqil siyasətinə görə mayın 27-də cəzalandıracaq...

24.05.2025 / 16:07
İran ilk hava taksisini istifadəyə verdi

24.05.2025 / 16:05
Riyaziyyatdan buraxılış səviyyəsi ilbəil aşağı düşür - DİM-in islahatlarının iflası, ya tədrisin keyfiyyəti?

24.05.2025 / 15:52
Türk Dövlətləri Təşkilatının əsas siyasi hədəfi Bakıda bəyan edildi...

24.05.2025 / 15:44
“Vanetsyan Ermənistanın baş naziri postuna namizəd ola bilər”

24.05.2025 / 15:37
İrəvan qazısı necə işləyəcək, İrəvana gedəcəkmi?- Başqa suallar da var...

24.05.2025 / 15:21
Budapeşt Zirvə görüşü Türk dünyasının həmrəyliyinə və rifahına mühüm töhfəsi ilə yadda qaldı

24.05.2025 / 14:45
Ermənistanda 5-ci kolonun fəallaşması fonunda Köçəryanın Moskva səfəri

24.05.2025 / 14:30
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə xatirə abidəsi qurulub

24.05.2025 / 14:08
"İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi qərarını alqışlayırıq" - İcma

24.05.2025 / 13:50
DİN bir gündə bank kartlarından oğurlanan vəsaitin məbləğini açıqladı

24.05.2025 / 13:34
88 min dollara yaxın pulu ölkədən çıxaran şirkət cərimələndi...

24.05.2025 / 11:24
Qobustanda 2 avtomobil toqquşub

24.05.2025 / 11:15
"Azərbaycanda 2600-dən artıq vəkil fəaliyyət göstərir" - Anar Bağırov

24.05.2025 / 11:04
Tunar Cahangirov – Rənglərlə danışan gənc İstedad

24.05.2025 / 10:25
“Şamaxı” “Qarabağ”a, “Sabah” “Neftçi”yə qarşı

24.05.2025 / 10:15
"Çin mallarına yeni tariflər tətbiq edin" - Trampdan Avropa İttifaqına TƏLƏB

24.05.2025 / 10:08
BAAU-da “Türk dövlətləri gənclərinin həmrəyliyinin gücləndirilməsinə ideoloji dəstək” adlı tədbir keçirilib

24.05.2025 / 09:27
Səsi yayılan direktorun məsələsini kim araşdırmalıdır - Bakı Təhsil, ya kriminalistlər?...

24.05.2025 / 08:42
92 benzinin qiyməti iyunun 1-dən dəyişə bilər...

23.05.2025 / 23:23
"Beş il əvvəl Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz xəyal kimi qəbul oluna bilərdi" - Hikmət Hacıyev

23.05.2025 / 22:14
Ermənistan baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib - FOTO

23.05.2025 / 21:37
“Lavrov Ağrıdağın fonunda - Türkiyəyə siqnal, İrəvana sual ünvanladı”

23.05.2025 / 21:34
Tramp 175 milyard dollarlıq “Qızıl gümbəz”lə kimə qarşı müharibəyə hazırlaşır...

23.05.2025 / 21:20
ABŞ-a görə, 907-ci düzəlişin taleyi Bakı-İrəvan sazişindən asılıdır...

23.05.2025 / 21:07
Fransa türmələri ağzınadək dolub, Makron Avropa ölkələrində icarəyə türmə axtarır - biabırçılıq...

23.05.2025 / 20:56
Erməni katalikosu Allahşükür Paşazadəyə həyasızcasına cavab verdi

23.05.2025 / 20:53
Rusiya və Ermənistan yeni təhlükəli Qarabağ oyununa başlamaq istəyirlər...

23.05.2025 / 20:39
“İbrahim razılaşmaları”, ya ABŞ-İsrail-Azərbaycan üçtərəfli sazişi - 907-nin ləğvi haradan keçir...

23.05.2025 / 20:26
Zəngəzur dəhlizi Ermənistandan çox İranı qıcıqlandırır... Səfirin aşırı bəyanatı...

23.05.2025 / 20:24
Lukaşenko Prezident İlham Əliyevi təbrik etdi

23.05.2025 / 20:17
İznikdə Birinci Nikea Şurasının 1700 illiyi qeyd olunub

23.05.2025 / 20:14
"Azərbaycan və Gürcüstan arasında münasibətlər Cənubi Qafqazda sabitləşdirici rol oynayır" - Sahibə Qafarova

23.05.2025 / 20:09
Azərbaycanın üzərinə birbaşa hərbi müdaxilə öhdəliyi götürmüşdü - Ter-Petrosyanın boğazında qaldı...

23.05.2025 / 20:02
Prezident Administrasiyasının nümayəndəsi ADUPDK yanında İctimai Şuranın üzvləri ilə görüşüb

23.05.2025 / 19:55
AMİP kimi bu nümunəni daha hansı partiyalar göstərib?..

23.05.2025 / 19:52
Bakıda TDT daxili işlər nazirlərinin ikinci görüşü keçirildi - FOTO

23.05.2025 / 19:42
Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırdı

23.05.2025 / 19:41
Ermənistanla Azərbaycan qarşılıqlı olaraq bir-birinin namizədliyini dəstəklədi

23.05.2025 / 19:40
Bakı "İlin şəhəri" seçildi

23.05.2025 / 19:37
Sosial şəbəkələrdə şəkər, psarioz və xərçəngin müalicəsi “tapılıb” - əsl həkimlər nə deyir?..

23.05.2025 / 19:24
İsrail nüvə müharibəsinə başlayır - İran isə onu məhv edəcəyini bildirdi...

23.05.2025 / 19:11
"Avropa Siyasi Birliyinin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram" - Paşinyan

23.05.2025 / 19:05
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdamda keçirildi - FOTO

Azad rayonlarda “yaşıl enerji” mənbələri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678