Bazar ertəsi günü, 19 may 2025
     

Bu beynəlxalq təşkilatlar 2000-ci ildən sonra Azərbaycanı belə vəziyyətə salmaq istəyirdilər...

Image

Abutalıb Səmədov: "Hər il Azərbaycan müxalifətinə və QHT-lərə  milyonlarla dollar pullar xərcləndi, yardımlar edildi ki, onlar ələ alınsın və Qərbin maraqlarına xidmət istiqamətində fəaliyyət göstərsinlər" 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həm region, həm də Qərb dövlətlərinin, onların beyin mərkəzlərinin, fond və institutlarının hədəfində olub. Bu fikri təsadüfən söyləmirik. Yaşadığımız dönəmdə ayrı-ayrı beynəlxalq təşkilatların "humanitar" jestlərinin şahidi olmuşuq. 

Əslində isə, onların məqsədi Azərbaycanda öz təsirlərini gücləndirmək olub. Təbii ki, bütün gücü ilə cəmiyyətimizə nüfuz etmək istəyən bəzi təşkilat və institutlar qara niyyətlərini büruzə verməkdən çəkinməyiblər. Biz o qurumların siyahısına baxsaq görərik ki, onlar arasında Azərbaycanın xoş gələcəyini görmək istəyən bir dənə də olsun təşkilat olmayıb. Araşdırmalar zamanı  məlum olur ki, 2000- ci illərdən başlayaraq ABŞ-ın USAİD, Fridrix Nauman və digər fondların Azərbaycanda əsas  fəaliyyətləri ölkə içində xaos, qarşıdurma, itaətsizlik yaratmağa yönəlmişdi və onlar bu istiqamətdə çox çirkli fəaliyyət həyata keçirmək yolunu tutmuşdular. Təbii ki, onların əsas hədəflərindən biri vətəndaş cəmiyyəti institutlarını özlərinə cəlb etmək və onlar vasitəsilə cəmiyyətimizdə öz maraqlarına uyğun təbliğat qurmaq olub. Dövləti zəiflətmək, gücdən salmaq, inkişafının qarşısını almaq niyyəti güdən bu qurumlar  elə əhval yaratmaq istəyirdilər ki, dövlət də, xalq da  torpaqlarımızın işğalda olması faktı ilə barışsın və onu geri qaytarmaq barədə düşünməsin. Dövlətimizin gücdən düşməsini istəyirdilər ki, ərazilərini işğaldan azad etmək gücü olmasın. Çox təəssüf ki, adı bəlli təşkilatların məqsədi bu olub və bu yöndə çalışıblar. Amma onların heç bir çirkin niyyəti həyata keçmədi. 

"...Onları mövcud reallıqlarla barışmaq istiqamətində yönləndirmək üçün müxtəlif fondlar qızğın fəaliyyətə başladılar"

"Alyans" strateji araşdırmalar mərkəzinin sədri Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, "Dağlıq Qarabağ" münaqişəsi deyilən problemin həlli məqsədilə 1992-ci ilin martında yaradılan ATƏT-in Minsk qrupu ötən müddət ərzində Azərbaycana 5 təklif təqdim etmişdi. "Bu təkliflərin heç biri bizi qane etmirdi və mahiyyəti də ondan ibarət idi ki, Azərbaycan mövcud reallıqları qəbul etsin. Onlar öz məqsədlərini gizlətmirdilər də. Azərbaycan Prezidenti də dəfələrlə deyib ki, vasitəçilər hər dəfə onunla görüşəndə təklif edirdilər ki, Azərbaycan mövcud reallıqlarla barışsın. Bu istiqamətdə ən çətin danışıqlar 2001-ci ilin aprelində ABŞ-da oldu. Təklif olundu ki, Azərbaycan "Dağlıq Qarabağ" və Laçın dəhlizini Ermənistana versin və bunun qarşılığında Naxçıvan Azərbaycanın əsas hissəsinə dəhliz əldə etsin. Bİr neçə gün danışıqlar davam etdi və Azərbaycanın bugünkü Prezidenti İlham Əliyevin tutduğu birmənalı mövqe ona gətirib çıxardı ki, ulu öndər Heydər Əliyev də bu təzyiqlərə sonuna qədər müqavimət göstərdi və təklif qəbul olunmadı. Həmin dövrlərdən başlayaraq Azərbaycandakı vətəndaş cəmiyyəti qurumlarını, siyasi partiyaları ələ almaq, onları mövcud reallıqlarla barışmaq istiqamətində yönləndirmək üçün müxtəlif fondlar qızğın fəaliyyətə başladılar. Hər il Azərbaycan müxalifətinə və QHT-lərə  milyonlarla dollar pullar xərcləndi, yardımlar edildi ki, onlar ələ alınsın və Qərbin maraqlarına xidmət istiqamətində fəaliyyət göstərsinlər. Bəziləri heç bunu gizlətmir də. Məsələn, 44 günlük müharibə ərəfəsində Milli Şuranın liderlərindən biri olan Əli Kərimli açıq şəkildə çıxış etdi ki, müharibədən, torpaqların hərbi yolla azad edilməsi fikrindən imtina etmək, Avropa Birliyinin təklif etdiyi planı qəbul etmək lazımdır, çünki müharibə itki deməkdir. Cəmil Həsənli Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılmasına qəti şəkildə etiraz etdi, "məqsədəuyğun deyil" dedi. Əlavə heç bir izahat da vermədi". Bu gün də xaricdə fəaliyyət göstərən televiziya kanallarının açıq şəkildə Qərbin məqsədlərinə xidmət etdiyini deyən A.Səmədov vurğuladı ki, ermənipərəst mövqedə təbliğat aparmaqdan çəkinmirlər. "Onlardan ötrü Paşinyan dünyanın ən "böyük", ən "müdrik" siyasətçisidir. Demək olar ki, iki-üç verilişdən biri onun tərifinə həsr olunur. Qərb dövlətləri və onların nəzarətində olan beynəlxalq təşkilatlar nə qədər çalışsalar da öz məqsədlərinə nail ola bilmədilər. Azərbaycan Prezidenti İlham Əliyev həm onların təzyiqlərinə, həm Azərbaycan müxalifətinin təzyiqlərinə sona qədər dayandı, öz mövqeyindən bir addım da geri çəkilmədi və biz tariximizin ən böyük qələbələrini qazandıq. Ancaq bu gün yenə də onlar eyni mövqedədirlər. Yenə də Azərbaycan hakimiyyətini tənqid etməkdə, ona qarşı mübarizə aparmaqda davam edirlər. İlk baxışdan  heç olmasa bu gün susmalı və qazanılan böyük qələbənin qeyd olunmasına imkan yaratmalıdırlar və özləri də sevinməlidirlər ki, belə böyük qələbə qazanılıb, bu qədər təzyiqlərə Azərbaycan dayanıb. Ancaq görünür onları maliyələşdirənlərin icazəsi olmadan tənqidlər bu gün də davam edir, Azərbaycan hakimiyyəti, Azərbaycana ağlagəlməz qələbələr gətirən İlham Əliyev hər gün tənqid olunur. Utanmadan, sıxılmadan bu adamlar bu gün də öz fəaliyyətlərini davam etdirirlər və onlara verilən pulları boşuna xərcləmədiklərini Qərbdəki ağalarına sübut etməyə çalışırlar. Bu cür beynəlxalq təşkilatların işinə, təbiidir ki, ermənilərin müdaxiləsi həddindən artıq güclüdür. Onların fəaliyyətinin yönlədirilməsində  ermənilər aktiv şəkildə iştirak edirdilər. Ona görə də, əsas hədəf Azərbaycan-Ermənistan münaqişəsinin Ermənistanın xeyrinə həll olunmasına nail olmaq idi. Çox ciddi təzyiqlərə, çox ciddi səylərə baxmayaraq ermənilər və onların nəzarətində olan beynəlxalq qurumlar heç nəyə nail ola bilmədilər. Sonda Azərbaycan qalib gəldi. Bu ilk növbədə Azərbaycan Prezidentinin böyük xidmətidir, ona ən çətin məqamlarda dəstək verən xalqımızın, ordumuzun xidmətidir. Qazanılan qələbənin əhəmiyyəti, çox güman ki, bu gün hələ çox dərk olunmasa da, gələcək zamanda, gələcək illərdə Azərbaycanın nə qədər böyük təzyiqlərə davam gətirdiyi və sonda nə qədər böyük qələbə qazandığı hamımıza aydın olacaq"-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA 




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

19.05.2025 / 18:29
Ermənistan Müdafiə Nazirliyində faşizmin tərənnümçüləri açıq təbliğata keçiblər - Rusiyadan gecikmiş etiraz...

19.05.2025 / 18:16
Ata veteran, qardaş müharibə iştirakçısı, özü də şəhid - Şəmkirin Könüllü kəndi, Zamanlı Əhməd...

19.05.2025 / 18:02
İsrailin maliyyə naziri: "Dünya bizi dayandıra bilməz"

19.05.2025 / 18:02
Kürd yaraqlılarıyla Suriya Silahlı Qüvvələri arasında şiddətli döyüşlər başladı

19.05.2025 / 17:52
Dünya analitikləri Putinin İstanbuldakı səhvinə xüsusi diqqət yetirirlər...

19.05.2025 / 17:39
Avropadakı antiazərbaycançılar Bakıya qarşı yeni demarşlar edə bilər - sammitdən narahat olanlar...

19.05.2025 / 17:25
Paşinyan 2 şüarla seçki təbliğatına başladı - gənclərə xüsusi tapşırıq verildi...

19.05.2025 / 17:12
Avropa siyasi sammiti Azərbaycana yeni münasibət ştrixlərini ortaya çıxardı...

19.05.2025 / 16:57
Rusiya Finlandiya sərhədinə qoşun yığır – NATO ölkəsi narahatdır...

19.05.2025 / 16:37
Dünyanın neft "nəhəngləri" xam neftin uzunmüddətli ucuzlaşmasına hazırlaşır...

19.05.2025 / 16:33
Sumqayıt Dövlət Dram Teatrında “Sehrli Yaylıq” uşaq tamaşasının premyerası olub

19.05.2025 / 16:18
Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kq narkotik və psixotrop maddə aşkarlandı

19.05.2025 / 16:04
Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib

19.05.2025 / 15:29
Almaniya səfiri diplomatların Gürcüstanda məhkəmələrə təsir göstərdiyini etiraf etdi...

19.05.2025 / 15:15
Məhkəmədə nümayiş olunan videoda Ermənistanın keçmiş prezidentinin Azərbaycanın suveren ərazilərinin işğalının məqsədi və səbəbləri barədə fikirləri dinlənilib

19.05.2025 / 14:41
“Rusiyanın “Yars” Qitələrarası Raketinin buraxılışı uğursuz oldu”

19.05.2025 / 14:40
Xocalı qatili Köçəryan Sülh müqaviləsini kağız parçasına bənzətdi

19.05.2025 / 14:36
Putin Avropanın gücsüzlüyünü hər gün ortaya qoyur...

19.05.2025 / 14:34
Durov Fransa kəşfiyyatının Rumıniyada prezident seçkilərinə müdaxilə cəhdini ifşa etdi…

19.05.2025 / 14:20
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

19.05.2025 / 14:09
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

19.05.2025 / 13:52
Terrorçu dəstə üzvləri xaricdə yaxalanaraq ölkəyə gətirildi - VİDEO

19.05.2025 / 13:45
ISW: “Kreml müharibəni bitirməyi düşünmür”

19.05.2025 / 13:22
Azərbaycan-İran birgə hərbi təliminin açılış mərasimi keçirildi - FOTO

19.05.2025 / 13:10
Ещё раз о Р. Кочаряне! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

19.05.2025 / 12:32
“Zəngəzur dəhlizi 3-4 il ərzində...” - Türkiyənin nəqliyyat naziri

19.05.2025 / 12:05
4 Avropa lideri Trampla danışdılar - nəticə?

19.05.2025 / 12:00
Cavanşir Feyziyev: "Xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib"

19.05.2025 / 11:40
Ötən il də 3:0, bu il də 3:0 - "Neftçi"dən rekord

19.05.2025 / 11:35
Azərbaycanda miras və vərəsəliklə bağlı yeni qanun təklif edilir

19.05.2025 / 11:22
Sahibə Qafarova Madridə gedib

19.05.2025 / 11:16
2 gündə 36 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - Polis

19.05.2025 / 11:10
Yunus Oğuzun "Cengiz han" romanı çapdan çıxdı

19.05.2025 / 11:05
Avstraliya Ukraynaya istifadə olunmuş 49 tank göndərdi

19.05.2025 / 11:03
Rusiya-Ukrayna müharibəsi yalnız bir halda bitəcək - CANLI

19.05.2025 / 10:30
Yenə "prius", yenə qəza...

19.05.2025 / 10:25
İsrail bombaladı, Qəzzada 151 nəfər öldü

19.05.2025 / 10:17
İki gündə bank kartlarından 15 min manatdan çox vəsait oğurlanıb

19.05.2025 / 10:11
İran vətəndaşlarını saxlayan Britaniyaya etiraz etdi

19.05.2025 / 10:04
Qazaxıstanda itkin düşən təyyarə 8 saat sonra tapılıb

19.05.2025 / 09:35
"Agentimə dedim ki..." - Mahir Emreli "Bild"ə danışdı

19.05.2025 / 09:26
İsraildə 18 yaşlı İran cəsusu yaxalandı

19.05.2025 / 09:20
ABŞ Senatı Trampın qənaət tədbirlərini dəstəklədi

19.05.2025 / 09:16
"Toyota" mopedlə toqquşub, 1 nəfər ölüb

19.05.2025 / 09:12
Hikmət Hacıyev Əli Əkbər Əhmədian ilə görüşüb

19.05.2025 / 09:06
"Qalatasaray" 25-ci dəfə Türkiyə çempionu oldu!

19.05.2025 / 09:00
Buxarest meri prezident seçkilərində öndədir

18.05.2025 / 22:23
"Bəzi xarici qüvvələr regiona müdaxilə etməyə, geosiyasi intriqalar aparmağa cəhd edirlər" - Hikmət Hacıyev

18.05.2025 / 22:08
Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib - FOTO

18.05.2025 / 21:50
PKK liderlərinin xəyalları puç oldu

18.05.2025 / 20:05
Şərəfli ömrün ləyaqətli yolçusu - FOTO

18.05.2025 / 19:46
Hacıyev bir daha Ermənistana Konstitusiyasının dəyişdirilməsi zərurətini xatırlatdı

18.05.2025 / 19:33
Rusiya bu gecə Ukrayna ərazisinə qitələrarası raket buraxacaq

18.05.2025 / 17:15
Hikmət Hacıyev Tehranda Dialoq Forumunda iştirak edir...

18.05.2025 / 17:06
ABŞ-dan Rusiyaya sanksiya xəbərdarlığı - Ukrayna danışıqlarında irəliləyiş olmasa…

18.05.2025 / 16:43
SEPAH və Azərbaycan ordusu Qarabağda birgə təlimlər keçirir

18.05.2025 / 16:27
Əminə Əliyeva dünya çempionu oldu - VİDEO

18.05.2025 / 14:38
Papa Leo ilk xarici səfərini Türkiyəyəyə edəcək

18.05.2025 / 14:23
“Euronews” Paşinyan və Əliyevin Tirana görüşünə diqqət çəkdi

18.05.2025 / 14:07
Rusiya və Ukrayna atəşkəslə bağlı sənədlər hazırlayır

18.05.2025 / 13:50
İlk araşdırma - İmamoğluna səs verəcək AKP və MHP-çilərin rəyi...

18.05.2025 / 13:42
Faiq Ələkbərli Qazaxıstanda Türk xalqlarına aid müqəddəs məkanların dini-fəlsəfi aspektlərindən məruzə edib

18.05.2025 / 12:49
Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir - FOTO/VİDEO

18.05.2025 / 10:25
Aeroportda başqasının mallarının şəxsi əşya adı altında gömrükdən keçirilməsi yolverilməzdir - Komitədən xəbərdarlıq...

18.05.2025 / 09:45
Putinin İstanbula niyə getmədiyi məlum oldu - Kremlin Krım şərtinə qarşı Kiyevin Rüstəm Umarov gedişi…

17.05.2025 / 22:53
Kremldən Putinlə Tramp arasında telefon danışığına hazırlıq getdiyi bildirildi

17.05.2025 / 21:41
Kreml Putin-Zelenski görüşünə “yaşıl işıq” yandırdı - ancaq bir şərti var...

17.05.2025 / 20:53
Ərdoğan Azərbaycanın diaspor rəhbərinə vəzifə verdi...

17.05.2025 / 20:17
İmamoğludan hökumətə: Aldansanız da, aldatmayın!

17.05.2025 / 19:50
"Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropada dialoq və əməkdaşlığa verdiyi önəmi bir daha təsdiqləyir" - Vüqar Rəhimzadə

17.05.2025 / 19:44
Avropa Azərbaycanın balanslı geosiyasətində mühüm çəkiyə malikdir - 6-cı Zirvə təsdiqlədi...

17.05.2025 / 18:09
Əliyevlə görüşdə Makronun "Azərbaycan peşmançılığı" aydın görünürdü...

17.05.2025 / 17:43
Baş Prokurorluq və DİN Gəncədə məktəblinin ölümü ilə bağlı məlumat yaydı

17.05.2025 / 17:20
Ermənistanın Qafqazda Avropanın əsas tərəfdaşı xəyalları puç oldu - Əliyevin 6-cı Zirvə həmləsi...

17.05.2025 / 17:06
İran prezidenti Donald Trampın ziddiyyətli bəyanatlarından təəssüflənib

17.05.2025 / 16:57
Diplomatik oyun: danışıqlara kim mane olur - Ukrayna, yoxsa Rusiya?

17.05.2025 / 16:33
Azərbaycan Avropanın vacib tərəfdaşı statusunu daha da bərkitdi - antiazərbaycançı komissarlar uduzdu...

17.05.2025 / 13:55
Ermənilər Qüdsdə də “Artsax” tamaşasını səhnələşdirmək istəyir

17.05.2025 / 13:39
İstanbul görüşünə getməməklə Putin böyük risqə getdi, lakin “qazandı”

17.05.2025 / 13:26
Zelenskinini yenə tənqid edən Tramp Putinlə görüşməli olduğunu bildirdi

17.05.2025 / 13:15
Nəcməddin Sadıkovun göstərişi ilə 800 min manat verilib - MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmə...

Yeni dünya düzəni ərəfəsində Azərbaycanın beynəlxalq inteqrasiyasının əsas 2 istiqaməti...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678