Çərşənbə günü, 30 aprel 2025
     

“…Əgər şəhid olsam, başını dik tut. Dəfnimdə bayrağı oğlum Hüseynə versinlər” - Beşinci yazı

Image

…Bu fikir, əslində, qeyrətli bir Vətən oğlunun (öz) ismətli həyat yoldaşına son güvəni, son tapşırığıdır. Bu, həm də Turalın həyat yoldaşına - möhkəm ol, balalarımıza həyan dur, - demək anlamıdır. Ürəyin hiss etdiyini gözlər də duyur. Tural son dəfə həyat yoldaşına elə bu duyuq gözlərlə baxmışdı...

Nəhayət Həsənovanın dediklərindən:

- Əvvəl Musanın, sonra Turalın şəhid xəbərini eşitdik. Noyabrın 4-də xəbər gəldi ki, Musa idarə etdiyi tankda yanaraq həlak olub. Müəyyən müddət keçəndən sonra onun nəşini gətirdilər, dəfn etdik. Düşünürdüm ki, digər övladım Tural sağdır. Onunla təsəlli taparam. Dekabrın 8-i isə onun şəhid olduğu xəbəri gəldi. Belə anladıq ki, Tural da Musa kimi neytral zonada qalıb. Ona görə xəbər tuta bilmirdik...

Turalın ölüm xəbərindən sonra bütün ümidlərim puç oldu. Sabaha dikilən arzularımın hamısı gözlərim kimi soldu. İnanmıram ki, bundan sonra insan kimi yaşaya bilim. Mən artıq bir müqəvvayam. Mən artıq şölələri keçmiş qaranlıq otağam...

Nəhayət xanım başını aşağı dikir, susur və xeyli vaxtdan sonra deyir:

- Balalarımdan mənə 4 nəvə yadigar qaldı... Musanın 2 qızı, Turalın isə 2 oğlu var. Əlbəttə, onlar böyüyəcək, yaşa dolacaq. Ancaq necə?! Bütün günü "ata" deyib duracaq, anladıqca da köz olacaqlar. Nə vaxtsa onları boynubükük görsəm, həmin an ölərəm.

Qəfil iki damla yaş Nəhayət xanımın gözlərini yandırır. Ah çəkir və deyir:

- Atasız uşaqlar atalı uşaqlar kimi böyüyə bilmir. Onlara gözlərinin yağını da yedirtsən, içlərində bir atasızlıq dərdi qalır. Nəvələrim tez-tez "ata" deyir, sanki məndən atalarını tələb edirlər. Həmin an onların gözlərinin içinə baxmaq çox çətin olur. - Barmağının ucu ilə gözlərindəki yaşı kənara atır, islaq baxışlarını üzümə dikir: - Yəqin məni anlayırsız...

Həyat yoldaşı Rəbiyyə Həsənova Tural ilə son görüşünü belə xatırlayır:

- Evdən çıxanda gəldi, bizimlə görüşdü. Balalarının üzündən öpdü. Üzünü mənə tutub dedi ki, gedirəm, üçrəngli bayrağa bürünüb gələcəyəm. Sənə şəhid yoldaşı deyəcəklər... Vətən müharibəsi başlayan kimi getdi, arzusuna çatdı…

Rəbiyyə xanım bu sözləri göz yaşları içində boğula-boğula dilə gətirir. Ömür-gün yoldaşı hər qadın üçün bir əzəmətli dağdır. Ondan Vətənin çətin anında belə bir söz eşitmək, əlbəttə, həm çox çətindir, həm də şərəfli. Çətindir ona görə ki, bir evin əsas dayağı əbədiyyətə köçür. Çətinliklər acı təlatüm kimi həyatı cəhənnəmə döndərir. Şərəflidir, ona görə ki, ər dediyin insan sən, balaların, hər kəs rahat yaşasın deyə özünü Vətənə qurban verir...

Biz həmin an Rəbiyyə xanımı yaxşı anlayırdıq...  

Qeyd: Musa və Tural Həsənov qardaşları ön cəbhədə şücaət göstərən, əsl qəhrəmanlar kimi şəhidlik zirvəsinə ucalan Vətən oğullarıdır. 

Taleyə baxın ki, hər iki qardaş Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Vətən hər iki qardaşın sinəsindən "Şəhid" medalı asıb.

...İndi o "medallar" hər iki qardaşın övladlarının (onların timsalında bütün balaların) başı üzərində aydın səma kimi bərq vurur...

Əlavə: Nəhayət xanımın nəvələri haqda fikirləri 2020-ci ilin müharibə dövrünə təsadüf edir. O vaxt onun 4 nəvəsi vardı. 2023-cü ildə Musa və Turalla bağlı kitab yazmaq üçün Mingəçevirə ezam olunanda eşitdik ki, nəvələrindən biri - şəhid Musanın kiçik qızı vəfat edib...

Allah o məsum körpəyə (də) rəhmət eləsin. İndi o, öz atasının ağuşunda - ata yanında təskinlik tapır...

"Biz Turalla eyni manqada idik..." 

Turalın döyüş yoldaşı Şükürov Tural Vüqar oğlunun dediklərindən:

- 1994-cü il təvəllüdlüyəm. Vətən müharibəsinə cənab Ali Baş Komandanın əmri ilə Mingəçevir şəhərindən qoşulmuşam. Biz müharibə başlamazdan əvvəl düşmənin hərbi birləşmələrinin aktiv fəaliyyətinin qarşısını almaq məqsədilə dağlarda mövqe tutmuşduq. 26 sentyabr 2020-ci ildə səhər saatlarına yaxın tabor komandirimiz Şirvan Mehmanov - hansı ki, o, 44 günlük Vətən müharibəsinin ilk şəhidlərindəndir, Allah rəhmət eləsin!, - bizimlə vətənpərvərlik ruhunda söhbətlər aparır, Vətənin nə qədər əziz, anamız qədər doğma olduğunu deyir, hamımızda düşmənə nifrət hissi oyadırdı. Onun vətənpərvər ruhda etdiyi çıxışlar bizi döyüşə ruhlandırırdı. 27 sentyabr 2020-ci ildə səhər saatlarında torpaqlarımızda mövqe tutmuş qanunsuz erməni birləşmələri Kəlbəcər istiqamətindən taborumuzun yerləşdiyi Yuxarı və Aşağı Ağcakənd istiqamətini iriçaplı silahlardan atəşə tutdu. Beləliklə, cənab Ali Baş Komandanın göstərişi, Müdafiə nazirinin əmri ilə əks-hücum əməliyyatı başladı. Biz əməliyyatın mərkəzində idik. Müharibə sürətli hal aldı. Ağır silahların yaratdığı təlatüm içimizdəki Vətən eşqini söndürə bilmədi, əksinə, yüksək əhval-ruhiyyə ilə irəliyə doğru getdik. Həmin an hamımızın içində bir hiss var idi: 30 ildir yığılıb qalmış nifrəti, bizə qarşı yönələn tənələri, digər aşağılayıcı nəzərləri üstümüzdən atmaq. Bu hisslə də döyüşdən-döyüşə atılırdıq. Haqqında böyük şərəflə, həm də təəssüf hissi ilə danışdığım Tural Həsənov da orada eyni fədakarlığı göstərirdi. Biz Turalla eyni manqada idik. O, baş atıcı, mən isə atıcı vəzifəsini icra edirdim. Döyüşlərdə bizimlə birlikdə Mingəçevir şəhərindən İlkin Ağakişiyev, Məhəmməd Məmmədli, Arzuman Osmanov, Elmar İbrahimov da iştirak edirdi. Ürək ağrısı ilə qeyd edirəm ki, o qəhrəman oğulların hamısı Vətən uğrunda şəhid oldular. Biz əsasən, Kəlbəcər - Murov istiqamətində düşmənin mövqeyini yarmaq, düşməni torpaqlarımızdan çıxartmaq üçün əlimizdən gələni edirdik. Müharibənin ilk günü tabor komandirimizin və digər döyüşçü yoldaşlarımızın şəhid olması bizi əlbəttə ki, təəssüfləndirdi, lakin daha böyük inamla irəli atılmağa sövq etdi. Üzərimizə qoyulmuş tapşırıqları layiqincə yerinə yetirdik, bölmələrimizin irəli getməsi üçün geniş zona açdıq. Atıldığımız bütün döyüşlərdə Tural Həsənov sözün əsl mənasında qəhrəmanlıq göstərir, bir an belə olsun, düşməni hədəf olaraq gözdən qoymurdu. Onun göstərdiyi igidlik nümunəsi bizdə qürur hissi doğururdu. 

Döyüşlər vaxtı tez-tez gecə növbələri olurdu. Tural da həmişə can atırdı ki, gecə növbələrinə getsin. Deyirdi ki, mən Vətənimi yorğun görürəm, onun uğrunda bütün yorğunluğumu fəda etməyə hazıram. Turalın həm insani keyfiyyətləri, həm də Vətən sevgisi çox güclü idi. O, özündən daha çox başqalarını düşünür, sanki onları qorumaq məqsədi güdürdü. Az vaxt içində özünü sanki hər kəsin yerinə fəda etməyi gözə alan igidə çevrilmişdi. 

Turalın qəlbində İlahi bir güc var idi. Bu güc bizim hamımızda təcəssüm edirdi. Əks təqdirdə günlərlə soyuqda, bəzən ac-susuz çətin müqavimətlərə tab gətirə bilməzdik. 30 sentyabr 2020-ci ildə Tapqaraqoyunlu istiqamətindən Ağdərəyə keçə bildik. Təxminən 2 min metrdən çox olan yüksəkliklərə nəzarəti ələ keçirdik. Bu ərazilərdə döyüşün ilk vaxtlarından başlayaraq çox ağır əməliyyatlar olmuşdu, biz də orada öz mövqelərimizi gündən-günə möhkəmləndirirdik. O döyüşlərdə Tural baş atıcı kimi, mən və İlkin də qumbaraatan silahı ilə düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirir, döyüş texnikalarını və canlı qüvvəsini sıradan çıxarırdıq. Baxmayaraq ki, şəhidlərimiz də olurdu, lakin ruhdan düşmürdük, inanırdıq ki, bu çətin döyüşlərin sonunda mütləq bir qələbə var. 

Gərgin anlar artdıqca içimizdə qürur da artırdı. Bu minvalla düşmən postunu ələ keçirmək üçün qruplar şəklində hücuma keçdik, postu aldıq, lakin düşmənə gələn kömək sayəsində mühasirəyə düşdük. O an mən ağır yaralandım, döyüşçü yoldaşlarımızdan bir neçəsi, həmçinin, yuxarıda adlarını sadaladığım şəxslər şəhid oldular. Tural da qarın boşluğundan və ayağından ağır güllə yarası almışdı. Düşmənin yuxarı səmtdən atdığı güllələr əsas etibarilə onun kürək nahiyəsindən qarın hissəsinə keçmiş və çox ağır fəsadlar törətmişdi. Əlbəttə, hər ikimiz üçün çox çətin idi. Üzünü mənə tutub soruşdu ki, indi neyləyək? Mən də dedim ki, mühasirədəyik, sürünməkdən başqa çarəmiz yoxdur... O, bu məqamda - yaralı olmasına baxmayaraq bərkdən qışqırdı və düşmən tərəfə atəş açdı. Sanki bununla mühasirəni yarmağa çalışdı. 

Turalın ölüm ayağında son sözləri ailəsi və övladları ilə bağlı idi. Sağ ikən ailəsi və övladlarından narahatlığını aşkar büruzə verirdi. İnsan nə qədər ailəcanlı, övladsevər olar? Deyirdi ki, mənə bir şey olsa, onlar necə yaşayacaqlar? Ağır güllə yarası alanda da, ölümün boğazına çökdüyü məqamda da zənnimizcə, elə bu barədə nəsə deyirdi. Bizim tanıdığımız qəhrəman Tural, düşmənə qan udduran vətənpərvər Tural son nəfəsdə də ailəsini düşündü. Mən komaya düşdüyüm üçün Turaldan xəbər tuta bilmədim. Xeyli vaxtdan sonra dedilər ki, o, əsl Vətən oğlu kimi şəhid olub... 

Döyüş yoldaşlarım Fərid və Sənan məni mühasirə zolağından necə çıxartdılar, xəbərim olmadı. Şəhid olan oğullar isə güllə altında - neytral zonada qaldılar. Səhv etmirəmsə, əlli gün sonra onların nəşi neytral zonadan çıxarıldı... 

Sağ qaldığım üçün valideynlər tez-tez məndən övladlarını soruşurdu. Çox çətin idi onların gözlərinə baxmaq. Çox vaxt susmaqdan başqa çarəm qalmırdı. Gerçək olan o idi ki, onların övladları yüksək pillələrdə qərar tutmuşdular. Əbədiyyətin ən müvəffəq sakinlərinə çevrilmişdilər...   

***

Hər iki oğlunu Vətən yolunda şəhid verən Nəhayət ana deyir ki, övladlarının ikisi də bir gündə müharibəyə gedib. 

Nəhayət xanım bu acı-şərəfli anı belə əxz edir:

- Musa təlim toplantısına gedərkən bizimlə və ailəsi ilə görüşə bilmədi. Çünki çağırış gələndə iş yerində olub və ancaq müdiri ilə vidalaşıb. Hətta müdirinə gülümsəyərək, zarafatla deyib ki, deyəsən, mən getməsəm, bu torpaqlar alınmayacaq.

Balalarım müharibəyə (uşaq kimi) əl-ələ tutub getdilər, ancaq bir-birindən xəbərsiz şəhid oldular... Bir ananın sinəsinə iki oğul dağı çəkən Allahdan sadəcə, səbr, dözüm istəyirəm...

Musa Turaldan qabaq şəhid olmuşdu. Təsəllim Tural idi. Sanırdım ki, Musanın iyini ondan alaram. Ancaq... Eh, zalım fələk... Musanın acısının üstündən Turalımın da acısı sinəmdə dağ yaratdı... 

Mən anayam, birtəhər dözürəm. Amma 80-dən çox yaşı olan ataları hər gün ağlayırdı, elə için-için ağlayırdı ki, tab gətirə bilmirdim. Təsəlli verirdim ona ki, oğullarımızın hərəsinin iki balası qalıb. Biz onları da böyütməliyik. O isə məsum uşaq kimi gözlərimə baxır, hönkürürdü. Eh, bala dərdi onu bizdən aldı...

Nəhayət xanım dərindən ah çəkir, sonra köksünü ötürüb deyir:

- Turalla sentyabrın 30-da axırıncı danışığım oldu. Dedi ki, Musadan çox narahatam, ondan bir xəbər varmı? Sonra da dedi ki, biz sabah Suqovuşan uğrunda döyüşə çıxırıq, zəng etməsəm, narahat olmayın... 

Ondan daha səs çıxmadı. Son dəfə yoldaşına deyibmiş ki, bizi ağır döyüşlər gözləyir, bilirəm, bu döyüşlərdə şəhid olacağam. Əgər şəhid olsam, büküldüyüm bayrağı oğluma verərsən...

Nəhayət xanım qatı zülmət örtmüş gözlərini şəhid övladlarının divarda əks edən çöhrələrinə dikir, xeyli susur və sözünə davam edir:

- Övladlarım oxumuş, təhsilli idilər. Hər ikisi əvvəlcə Mingəçevir Texniki Liseyinin, sonra isə Mingəçevir Turizm Kollecinin məzunu oldular. Musanın 25 yaşını Şəhidlər xiyabanında qeyd etdik. Tural ondan bir az böyük idi... - Kövrəlir, içində çəkdiyi ah-nalədən bəlkə də dilini-dodaqlarını parçalayır: - Döyüş yoldaşları deyir ki, Tural çox ağır yaralanmışdı. Yaralı halda da son sözü bu olub: "Balalarım mənsiz yaşaya bilməyəcəklər...". O, balalarını çox sevirdi, onlar üçün narahatlığını gizlədə bilmirdi. Ailəyə çox bağlı idi. - Susur, xeyli vaxt susur və deyir: - Noyabrın 4-də xəbər gəldi ki, Musa BTR-də yanıb, şəhid olub. Ümidlərim küləyin ağzında gedən buğda dəni kimi yox oldu. Mən Vətən üçün oğul böyütmüşdüm, Vətən sağ olsun! Onlar da həmişə deyirdilər ki, biz Vətən üçün yaranmışıq. Amma ən böyük dərd bir ayda ananın üstünə iki tabutun gəlməsi imiş, çox böyük dərddir... - Barmaqlarını gicgahına dirəyir: - İki oğul Turalındır, iki qız da Musanın, indi mənim təsəllim yalnız onlardır.

Turalın azyaşlı uşaqları atalarının şəklinə baxaraq, -  atam gələcək, - deyirlər. Balalarım elə yerə gedib ki, geri gəlmələri mümkün deyil. Mən bunu atasız qalmış uşaqlara necə anladım, necə başa salım?

Həyat yoldaşım Tapdıq Həsənov hər dəfə ürəyini qubar deşəndə deyirdi, nə yaxşı ki, bu balacalar var, heç olmasa başımı onlarla qatıram... Bəs mən nə edim? Nəvələrim tez-tez divarlardakı şəkilləri göstərib, məndən atalarını soruşurlar... Onlara nə deyim? 

İndi həyat yoldaşım da yoxdur, bu damın altında təkəm. Mən başımı hansı təsəlli ilə qatım?

Əlbəttə, çox ağır, çox çətin sualdır. Bu sualın cavabı nə "səbrli ol" deməkdir, nə də başqa bir təsəlliverici sözdür. Bu sualın cavabı ümumiyyətlə yoxdur... 

Hikmət Məlikzadə
Qeyd: Bu yazıdakı fikirlər də 2020-ci ilin soyuq müharibə dövrünə təsadüf edir...



VİDEO

SON XƏBƏRLƏR

30.04.2025 / 15:19
Bakıda özünü avtomobil yoluna ataraq sürücüləri qorxudub pul qoparan şəxslər peyda olub - DİN xəbərdarlıq etdi

30.04.2025 / 14:12
Rusiya işgəncələrlə öldürdüyü jurnalistin cəsədini Ukraynaya qaytardı

30.04.2025 / 14:10
Kursk bölgəsində 600 Şimali Koreya əsgəri həlak olub

30.04.2025 / 14:02
DİN-dən uşaqların qaçırılması xəbərlərinə reaksiya - iddialar əsassızdır...

30.04.2025 / 13:46
Nömrəsi olmayan avtomobillə xuliqanlıq edən qazi saxlandı

30.04.2025 / 13:34
Nömrəsiz avtomobil idarə edən sürücünün narkotik aludəçisi olduğu ortaya çıxdı

30.04.2025 / 13:21
İran və ABŞ arasında danışıqların növbəti raundu Romada keçiriləcək

30.04.2025 / 13:10
Жёсткий ответ армянскому "генералу" тушёнкаеду - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

30.04.2025 / 12:12
Paşinyanı sıxışdırırlar - həm Qərbdən, həm də Moskvadan...

30.04.2025 / 12:07
Ölkəmizdə distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

30.04.2025 / 12:00
"Azərbaycan yaxın dostu olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir"

30.04.2025 / 11:48
Prezident İlham Əliyev Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

30.04.2025 / 11:43
Gəncədə 400-dən çox qadın süd vəzi xərçəngi ilə əlaqəli tibbi müayinələrə cəlb olunub

30.04.2025 / 11:38
Qeyri-adi müsahibə

30.04.2025 / 11:32
Abdulla Qədirinin "Ötən günlər" əsərinin premyerası keçirilib

30.04.2025 / 11:29
Kukla festivalının Bakı mərhələsi yekunlaşdı

30.04.2025 / 11:10
Prezident İlham Əliyev İsrail Prezidentini təbrik etdi

30.04.2025 / 11:06
ABŞ Rusiya üçün faciəli qərar verə bilər - CANLI

30.04.2025 / 11:06
Əkrəm İmamoğlunun korrupsiya işi üzrə daha 18 nəfər həbs edildi

30.04.2025 / 11:00
Bank kartlarından oğurluq davam edir - bir gündə 36 min manat oğurlanıb...

30.04.2025 / 10:30
Tramp Rusiyaya qarşı yenə qeyri müəyyən ifadələr işlətdi

30.04.2025 / 10:25
Zənginlərə BƏD XƏBƏR: Maltada "qızıl pasport" almaq qadağan edildi!

30.04.2025 / 10:19
Türkiyə yenidən silkələndi...

30.04.2025 / 10:10
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb - polis

30.04.2025 / 10:06
"Liverpul" bu isveçli futbolçu üçün 144 milyon avro ödəyəcək!

30.04.2025 / 10:00
Trampdan QƏRAR: Polşaya 1,3 milyard dollarlıq raket satışını təsdiqlədi

30.04.2025 / 09:32
Pakistan və Hindistan arasında atışma olub

30.04.2025 / 09:24
Vaxtı keçmiş kreditlər yenə çoxalmağa başlayıb...

30.04.2025 / 09:22
Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb

30.04.2025 / 09:14
Bu gün Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür

30.04.2025 / 09:07
PSJ "Arsenal"ı məğlub edib

30.04.2025 / 09:02
Naxçıvanın bir neçə kəndində qaz olmayacaq - XƏBƏRDARLIQ

30.04.2025 / 08:38
Düz 1 ay qaldı - saatlıq əmək haqqı...

29.04.2025 / 21:17
Azərbaycan Beynəlxalq Elmi Ay Stansiyası tikiləcək - ölkə kosmik yarışa qoşulur...

29.04.2025 / 21:14
Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər - FOTO

29.04.2025 / 21:02
Ermənistan 3 ayda 4 faizdən çox iqtisadi artımı nəyin hesabına əldə edib...

29.04.2025 / 20:48
İranla münasibətlər yeni pillədə - Azərbaycanın Avrasiyada logistika-tranzit mövqeyi misilsiz dərəcədə güclənir...

29.04.2025 / 20:40
Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılışı oldu - FOTO

29.04.2025 / 20:33
Tarixdə Tramp kimi 100 gündə bu qədər nüfuz itirmiş 2-ci prezident olmayıb...

29.04.2025 / 20:22
Türkiyənin Azərbaycandakı səfiri Mətbuat Şurasında olub - FOTO

29.04.2025 / 20:19
Ermənilər qəti etiraf edir - Bakı Ermənistandakı revanşizmi yerindəcə məhv etməyə qadirdir...

29.04.2025 / 20:11
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: "Talış kəndi istiqamətində yenicə basdırılmış 59 mina zərərsizləşdirdik" - FOTO

29.04.2025 / 20:04
Şimal-Cənub dəhlizinin əsas hissələrinə Azərbaycanda yenidən sərmayə qoyulur...

29.04.2025 / 19:50
Hindistan müharibəyə başlayır - nüvə apokalipsisi dünyanı haqladı...

29.04.2025 / 19:37
Sibirdə sürgündə doğuldu, 1 yaşında Qazaxa köçdü... Vəli Xramçaylı-70

29.04.2025 / 19:23
Naxçıvana Araz dəhlizi ilə bağlı fərziyyələr və şayiələr...

29.04.2025 / 19:09
Məktəblərdə elektron gündəlik, elektron jurnal və elektron lövhələr...

29.04.2025 / 18:54
Pezeşkian Ermənistanın Naxçıvana yol verməsinə ikibaşlı yanaşdı - “beynəlxalq hüququ pozmursa...”

29.04.2025 / 18:53
Siyasi partiya sədrlərinin birgə səfərlərinin növbəti ünvanı Laçın şəhəridir

29.04.2025 / 18:40
Saxta erməni “genosid” abidəsinin üstündə 29 il əvvəl başladılmış siyahıya daha 2 şübhəli ad yazılacaq...

29.04.2025 / 18:36
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsi yaradıldı

29.04.2025 / 18:26
Azərbaycanla İran çoxdan "unudulmuş" bir sahə üzrə də əməkdaşlığa başlayır...

29.04.2025 / 18:12
Tramp Putinə inamını itirməyə başlayır - "onun mülki obyektləri vurmasına səbəb yox idi"...

29.04.2025 / 18:06
Ceyhun Bayramov britaniyalı naziri Ermənistanın mina təhdidi barədə məlumatlandırdı

29.04.2025 / 17:58
"Bakıda xristian abidələri dağıdılır, xristianlar öldürülür, tarix silinir" - Qərbdən yalanların sonu gəlmir...

29.04.2025 / 17:45
“Araz”la yüksələn “Oba”nın nağılı…

29.04.2025 / 17:32
Tramp Krımın başında Zelenski ilə tələ qurduqlarını nümayiş etdirir - hansı tələdir?...

29.04.2025 / 17:27
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

29.04.2025 / 17:23
XİN AŞ komissarını qəbuledilməz təzyiq göstərmək cəhdlərindən çəkinməyə çağırdı

29.04.2025 / 17:19
Azərbaycan-İran əlaqələrinin yeni istiqamətlərinin anonsu verildi...

29.04.2025 / 17:14
Azərbaycan XİN-dən Avropa Şurasının komissarına sərt cavab - gedin AŞ ölkələrində bunları araşdırın...

29.04.2025 / 17:06
Avrobonda görə Azərbaycanın 1,4 milyard manat xarici borcu yaranıb...

29.04.2025 / 17:02
Prezident İlham Əliyev Banqladeşin Baş müşavirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət etdi

29.04.2025 / 16:55
"Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu" - Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs

29.04.2025 / 16:47
Azərbaycanın Almaniya və Fransadakı səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifələri ləğv edildi

29.04.2025 / 16:32
Vüqar Rəhimzadə: Azərbaycan-İran əlaqələri ölkələrimizin və bölgənin inkişafı baxımından böyük önəm kəsb edir

29.04.2025 / 16:24
Bakıda psixotrop tərkibli həb satan şəxslər saxlandı

29.04.2025 / 16:15
Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edildi

29.04.2025 / 16:10
Naxçıvanda içməli su təminatının artımına dair əsas və digər icraçı qurumların yerləri dəyişdirildi - SƏRƏNCAM

29.04.2025 / 15:57
Bakıda “Artıq ikili standartlar yoxdur: QHT-lər katalizator kimi, Qlobal Cənubda ədalətli inkişaf” mövzusunda müzakirələr aparılıb

29.04.2025 / 15:35
Bakıda “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” mövzusunda müzakirə aparıldı

29.04.2025 / 15:30
Azərbaycanda ICESCO-nun regional ofisi yaradılır

29.04.2025 / 14:40
DİN-dən daha bir yenilik... Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - VİDEO

29.04.2025 / 14:31
"Azərbaycan kimi ölkələrin bizə yardımı Qərbin maraqlarına ziddir" - Nigerli Forum iştirakçısı

29.04.2025 / 14:25
İran prezidentinin Bakı səfəri, səsləndirdiyi bəyanatlar erməniləri dəli etdi

29.04.2025 / 14:21
İmamoğlu həbsdə qalsa, Mənsur Yavaş namizəd, İmamoğlu isə baş nazir olacaq

29.04.2025 / 14:10
“İçərişəhər” ərazisində avtomobili sürətlə sürən şəxsin əraziyə girişi qadağan edildi

29.04.2025 / 13:52
"Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisindən qovulmuş 300 minə yaxın əhali birləşir" - Əziz Ələkbərli

29.04.2025 / 13:36
"Azərbaycanın Qlobal Cənub QHT Platformasına sədrliyi mühüm prosesin başlanğıcını göstərir" - QHT Koalisiyasının rəhbəri

29.04.2025 / 13:21
"Bölgələrdə həkim çatışmazlığı var, tibb işçiləri əsasən Bakıda toplaşıblar" – Nazirlik rəsmisi

29.04.2025 / 13:10
Путин проиграл, но признать не может - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

Məktəblərdə elektron gündəlik, elektron jurnal və elektron lövhələr...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011