Yaşımız çatmadan pensiya kapitalından istifadə edə biləcəyikmi? - Rəsmi açıqlama...
Pensiya yaşına çatmadan pensiya kapitalından istifadə edə bilmək məsələsinə aydınlıq gətirilib.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransı zamanı çıxışında deyib.
O qeyd edib ki, bu metodologiya özəl pensiya fonduna xas olan cəhətdir.
“Özəl pensiya fondu ilə bağlı da normativ sənədlər hazırlanıb”,- deyə o bildirib.
"Pensiya təyin olunmadan vəfat edən şəxsin isə pensiya kapitalı vəfat edən şəxsin ailə üzvlərinin maddi təminatının yaxşılaşdırılması istiqamətində istifadə olunur", - DSMF sədri əlavə edib.