Amerikalı müğənni Teylor Sviftin "Eras Tour" adlı musiqili ekran işi rəsmi olaraq tarixdə ən çox gəlir gətirən konsert filminə çevrilib. Xarici medianın yazdığına görə, sənədli film Maykl Ceksonun 2009-cu ildən bəri sahib olduğu rekordu qırıb. Yanvarın 7-nə olan məlumata görə, film dünya üzrə 261,6 milyon dollardan çox gəlir əldə edib.
Qeyd edək ki, "Michael Jackson: That's All" filmi 261,2 milyon dollar qazanıb.
Mətləb