ABŞ Bağdada İran dəstəkli qüvvələri vurdu - Haşdi Şabinin iki komandiri öldürdü...
Oktyabrın 7-də İsraillə HƏMAS arasında başlayan müharibə sürətlə bölgəyə yayıldı. İsrail Livan və Suriya da daxil olmaqla, bölgənin şimalındakı bir çox strateji nöqtələri dəfələrlə bombalayıb.
Həftənin əvvəlində HƏMAS-ın siyasi qanadının ən yüksək vəzifəli şəxslərindən biri olan Salih Aruri öldürülüb. Aruri Livanın paytaxtı Beyrutun ucqar nöqtələrindən Dahiyedə pilotsuz təyyarə ilə öldürülüb.
Son üç ayda ABŞ ordusu da xüsusilə İraqda İran milis qüvvələrinin hədəfinə çevrilib. Oktyabrın 7-dən bəri husilər də daxil olmaqla ABŞ ordusu 118 dəfə hücuma məruz qalıb.
Ən son məlumatlara görə, Bağdada pilotsuz təyyarənin hücumu nəticəsində İran dəstəkli iki Haşdi Şabi komandiri öldürülüb. AFP adı açıqlanmayan bir rəsmi şəxsə istinadən hücumun ABŞ tərəfindən həyata keçirildiyini bildirib.
İraq rəsmiləri hücumun İran milis qüvvələrinin qərargahını hədəf aldığını iddia edib, ancaq bu iddia müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
TAHİR