“Liverpul”dan növbəti rekord
“Liverpul” futbol klubu Premyer Liqada növbəti rekorduna imza atıb. “Mersisaydlılar” ölkə çempionatının XX turunda “Nyukasl”la görüşdə yaratdığı qol vəziyyətinə görə bunu reallaşdırıb. Rəqibi üzərində 4:2 hesablı qələbə qazanan “mersisaydlılar” 34 real qol şansı əldə edib. Araşdırmalara əsasən, Yurgen Kloppun yetirmələri bu baxımdan yeni rekord müəyyənləşdiriblər. Hətta komandanın aşağı məhsuldarlıq göstərdiyi düşünülür. Çünki bu qədər epizod yaradılan qarşılaşmada meydan sahibləri minimum 7 qol vurmalı idilər.
“Liverpul”un qalibiyyətinə dublla töhfə verən Məhəmməd Salah isə bu komandanın heyətində İngiltərə çempionatlarında qol sayını 151-ə çatdırıb. O, “qırmızılar”la bunu bacaran 5-ci oyunçudur.
Mətləb