Son anda- Ukrayna rus donanmasının Krımda 240 illik varlığına son qoydu...
Strateji və texnoloji araşdırmalar Mərkəzinin direktoru Ruslan Puxov Blumberq agentliyinə belə deyib.Onun sözlərinə görə Rusiyanın Qara dəniz donanması Krımdan faktiki olaraq çıxarılıb.
Bununla da Rusiya donanmasının Krımda 1783- cü ildən bu yana 240 illik hərbi mövcudluğuna son qoyulub.Bu vəziyyət müharibə başlayandan Rusiyanın 20- dən çox gəmisinin məhv edilməsi sayəsində mümkün olub.Bu gəmilərin çoxu desant gəmiləri və sualtı qayıqlardan ibarətdir.Ən son zərbə isə Feodosiya limanında " Novoçerkassk" gəmisinin məhv edilməsi oldu. Gəmilər ingilis və fransız Storm və Skalp qanadlı raketləri ilə vurulub.
Nahid Salayev