Çərşənbə axşamı günü, 15 iyul 2025
     

İşğaldakı 8 kəndimizdən 4-ü ilə bağlı vəziyyət dəyişdi...

Image

Bu gün Azərbaycan üçün prioritet məsələlərdən biri hələ də Ermənistan işğalı altında olan 8 kəndin geri qaytarılmasıdır. Bəllidir ki, bu kəndlərin yeddisi Qazax rayonuna daxildir. Həmin kəndlər Yuxarı Əskipara, Aşağı Əskipara, Bərxudarlı, Sofulu, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli kəndləridir. Həmin kəndlərdən Yuxarı Əskipara, Bərxudarlı və Sofulu Ermənistan ərazisində anklavdır. İşğal altında qalan Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonununa daxildir. Bu kənd də Ermənistanın ərazisində Azərbaycan anklavdır. 

Qazaxın işğal altında olan kəndlərinin sahəsi 104,9 kvadrat kilometr, Kərki kəndinin sahəsi 19 kvadrat kilometrdir. Kəndlərdən ərazisinə görə ən böyüyü Bağanis Ayrımdır. Onun sahəsi 40 kvadrat kilometrə yaxındır. İşğal edilmiş ən kiçik kənd isə sahəsi 4,1 kvadrat kilometr olan Xeyrimlidir. İşğal altında qalan ərazilər Azərbaycanın ümumi ərazisinin 0,14 faizini təşkil edir. 

Beləliklə, mövcud vəziyyət göstərir ki, əslində, anklav kəndlərin sayı dörddür. Bu məsələyə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da ilin yekunlarına dair keçdiyi mətbuat konfransında xüsusi olaraq toxunub: "Ermənistanla bütün görüşlər zamanı işğal altındakı kəndlər məsələsi müzakirə olunur. Ciddi ərazi münaqişəsi olmayan dövlətlər arasında belə delimitasiya məsələsi uzun illər çəkə bilər. Biz sülh müqaviləsinin daha tez zamanda başa çatmasında maraqlıyıqsa, iki prosesi bir-birinə bağlamağımız düzgün olmaz". Delimitasiya komissiyasının iclası zamanı səkkiz kəndin məsələsinə baxılacağını söyləyən nazir deyib: "Amma o kəndlərin də spesifikaları var. Onlardan dördü anklav kəndlərdir, dördü isə bizim digər kəndlərə bitişikdir. Bununla belə, Ermənistanın da öz iddiaları və sərhədlərlə bağlı baxışları var. Biz isə konkret olaraq yaşayış məskənlərindən danışırıq. Onların kimə məxsusluğu heç zaman mübahisə mövzusu olmayıb, orada minlərlə insan yaşayıb. Hamı bilir ki, sovet Azərbaycanında bu kəndlər kimə aid olub. Ona görə də bizim tələbimiz ədalətlidir. Proseslərin gedişatı zamanı bu məsələlər hər zaman gündəmdədir və düşünürəm ki, həllini tapacaq". Bununla Azərbaycan ilk dəfə xarici işlər naziri səviyyəsində 8 kəndin geri qaytarılması ilə bağlı müzakirələrin sülh müqaviləsi ilə bağlı danışıqlar prosesindən ayrı aparıldığını, məsələyə delimitasiya prosesi çərçivəsində baxılacağını qeyd edir. Eyni zamanda, sülh müqaviləsi kontekstində bu məsələlərin ümumi prinsiplərinin əks etdirilməsinin mümkünlüyünü bəyan etdi. Bundan başqa, belə məlum olur ki, 8 kənddən 4-ü daha tez qaytarıla bilər. 4 anklav kəndin isə müzakirələrin sonrakı gedişində Azərbaycanın  tabelyinə qayıtması mümkündür. Məlumat üçün qeyd edək ki, eksklav ölkənin əsas ərazisindən aralıda olan və digər dövlətlər tərəfindən əhatə olunan ərazi eksklav hesab olunur. Yəni belə ərazi məxsus olduğu ölkənin eksklavı hesab edilir, məxsus olmadığı lakin onun ərazisi ilə əhatə olunmuş ölkə üçün isə anklav sayılır. Qeyd edək ki, barəsində bəhs edilən kəndlər 1990-cı illərdə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal olunub. İşğal faktına görə kəndlərin heç birində azərbaycanlı əhali qalmayıb. Onlar Qazax rayonu ərazisində məskunlaşdırılblar.

Burada qeyd edək ki, Ermənistan Azərbaycanın 86.6 min kvadratkilometrlik ərazisini tanıdığını bildirir. O səbəbdən həmin kəndlər əslində qeyd-şərtsiz təhvil verməlidir.  Artıq bunu Ermənistanda da qəbul edirlər. Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan 8 kəndlə bağlı məsələyə münasibət bildirərkən deyib: "İndi proses elə təşkil oluna bilər ki, bu ərazilər təyin olunsun, onların hüquqi əsasları göstərilsin. Sonra iki proses baş verə bilər: Bunlardan biri mübadilə, digəri sırf məkan tənzimləmələri ilə olduğu kimi qalmasıdır. Tənzimləmə dedikdə onu nəzərdə tuturam ki, bu ərazilər müəyyən xarakter daşıyır və delimitasiya, demarkasiya deyilən təzahür bu suala cavab verə bilər. Fikrimcə, məhz sərhədlərin demarkasiyası və delimitasiyası baş verəndə işçi qrupu çərçivəsində bu suala cavab vermək olar". Elə Azərbaycan da demarkasiya və delimitasiya prosesinin gedişində 8 kəndin geri qaytarılmasını məqsədəuyğun hesab edir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev də bildirir ki, anklavlar məsələsi delimitasiya çərçivəsində həll olunacaq: "Bizim 8 anklavımız işğal altındadır. Anklav məsələsinin həll edilməməsinin səbəbkarı yenə Ermənistandır. Vaxtilə anklav məsələsi qaldırılanda ermənilər dedilər ki, 1960 və ya 1980-ci illərdə guya bəzi ərazilər qeyri-qanuni səviyyədə Azərbaycana verilib və ona görə tanımırlar. 1929-cu ildə də Naxçıvanın bəzi kəndləri Ermənistana verilib. O zaman niyə 1960-cı illərdəki proseslərə baxılır, ondan əvvəlkilərə baxılmır?". Qeyd edək ki, Ermənistanın nəzarətində qalan Naxçıvanın Kərki və Qazaxın 7 kəndi çox mühüm strateji bölgələri əhatə edir. Həmin kəndlər Ermənistan-İran və Ermənistan-Gürcüstan magistral xətlərinin üzərində yerləşir. Digər tərəfdən, həm də kommunikasiya xətlərinə nəzarət imkanını formalaşdıır. 

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:54
Slovakiya Azərbaycanda fəxri konsulluq açır...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910