Çərşənbə günü, 23 iyul 2025
     

Tuğlu ziyalı, nəğməkar şair, əməkdar jurnalist Əbülfət Mədətoğlu - 65

Image

Əbülfət Mədətoğlu imzası həm ədəbiyyatda, həm mətbuatda, həm də ictimai fikirdə hər zaman seçilib, hər zaman oxucuların axtardığı imzalar içindədir. Eşitdik ki, 2024-cü ilin ilk günündə, yəni yanvarın 1-də tanınmış şair, əməkdar jurnalist Ə.Mədətoğlunun 65 yaşı tamam olur.

İllərə nə var ki, gah yel kimi əsib keçir, gah da dəyirman daşı kimi ağır-ağır, adamı əzə-əzə, canını ala-ala adlayır. 1959-cu ildə qışın oğlan çağında Qarabağın göz bəbəyi Xocavənddə, qədim-qayım Tuğ kəndində, əfsanə bir eldə dünyaya gələn Ə.Mədətoğlu düz 30 il doğma kəndinin işğal sancısı ilə yaşayıb. Şükür qovuşdurana. Şanlı ordumuzun şücaəti nəticəsində Xocavənd də, Tuğ kəndi də düşmən işğalından azad olundu, bax, onda Əbülfət müəllimin də sancıları, ağrıları bir az dinşədi, bir az korşaldı. 

Əbülfət Mədətoğlu jurnalistdir, şairdir, ictimai xadimdir, hansı tərəfdən baxsaq, cəmiyyətə, insanlığa faydalı adamdır.

Ruhundan qopan pıçıltıları, ahını, amanını misralara köçürən şair deyir: 

Hər gün göz yaşı, hər gün

Ölüb-dirilməyim var.

Gözü doymur ki, dərdin

Səssiz dərilməyim var.

Əlim bir yana çatmır,

Səsim solur içimdə.

Bircə Allahım bilir,

Nələr olur içimdə.

Şairin içində qəmdən-ələmdən, köz-köz alışan yaradan, hicrandan, ayrılıqdan, bir də hıçqırıqdan başqa nə olasıdır ki...

65 yaşlı Ə.Mədətoğlunun ömürlüyünə boylandıq, həyatını vərəqlədik, yaşam öygüsünü sizlərə çatdırmaq üçün şairin keçmişinə üz tutduq. 

Əbülfət Mədətoğlu (Əliyev Əbülfət Mədət oğlu ) 1959-cu il yanvarın 1-də Qarabağın Xocavənd rayonunun Tuğ kəndində anadan olub. 1966-1976 cı illərdə Tuğ kənd orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1976-1978 ci illərdə Tuğ kənd Oktyabr sovxozunda fəhlə işləyib. 1978-1980-ci illərdə Sovet ordusunda xidmət edib. Ordudan tərxis olduqdan sonra "Təşviqatçı" jurnalında korrektor işləyib (1980-1985). İşlədiyi müddətdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb (1980-1986). Eyni zamanda həmin dövrdə (1982-1984) Jurnalist Sənətkarlığı İnstitutunu bitirib.

"Araz" qəzetində şöbə müdiri (1986-1988), "Qarabağ" qəzetində (1988-1990) və "Azərbaycan ordusu" qəzetində (1990-1992) müxbir vəzifələrində işləyib. Hazırda "Ədalət" qəzetinin baş redaktor müavinidir.  Azərbaycan Respublikası Prezidentinin 21.07.2010-cu il tarixli Sərəncamı ilə Əliyev Əbülfət Mədət oğluna Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə "Əməkdar Jurnalist" fəxri adı verilib. Eyni zamanda "Qızıl qələm", "Şahmar Əkbərzadə","Məmməd Araz", Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" və "Media Açarı" mükafatlarına laiq görülüb. Bədii yaradıcılığa orta məktəb illərindən başlayan şairin  "Kəndim" və "Şorbulaq" şeirləri "Araz" Füzuli rayon qəzetində çap olunub. Bundan sonra "Azərbaycan", "Ulduz", "Təşviqatçı" jurnallarında, "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Azərbaycan pioneri" qəzetlərində vaxtaşırı çıxış edib. "Səməni nəğməsi", "Nilufər çiçəyi", "Dərdini danışan adam", "Nişanə", "Ehtiyacın elçi daşı", "Döymək istədiyim qapılar", "Allah, məni unutma", "Ürəyimdəki sənsən"(Bakı,Tehran),"Yüreyimdeki sensin" (Ankara),"Ağacların şarkısını yapraklar okuyor" (İstanbul), "Hər görüş bir ümiddir", "Sevgi pıçıltıları", "Yanan məktublar", "Mənim kimi sevə bilsən", "Gözləyənim var",  "Ürəyim sənlə danışır", "Cəzayam sevdiyim qıza","Bir qadına" şeir kitabları və "Qəhrəman İbad", "Zəhmli polkovnik", "Üfüqdə görünən adam","Sözə ünvanlanmış 15 məktub", "İç dünyamın adamları","Mərhəmət və xeyirxahlığa QABİL insan", "Qovuşan ulduzların nağılı", "Bir ömürdən səhifələr" sənədli povestləri işıq üzü görüb. Yazdığı şeirlərə tanınmış bəstəkarlar Xanım İsmayılqızı, Razim Paşayev, Zəka Vilayətoğlu, İqbal Ağayev musiqilər bəstələyiblər. Həmin bəstələri Xalq artisti Yalçın Rzazadə, Səyyad Əlizadə, Zəka Vilayətoğlu və başqaları ifa ediblər. Onun yaradıcılığı barəsində qüdrətli söz adamları Xalq şairləri Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Musa Yaqub, Xalq yazıçısı Elçin, akademik Nizami Cəfərov, Nahid Hacızadə, Vaqif Nəsib,Seyran Səxavət, Nemət Veysəlli, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Nərgiz Cabbarlı, Barat Vüsal, Flora Xəlilzadə, Şəfəq Nasir, Kəmalə Abıyeva, Ağacəfər Həsənli, Rafael Tağızadə, Zakir Fəxri, professor Esmira Fuad, professor Akif Əli, professor Vaqif Yusifli, professor Rüstəm Kamal, professor Rafiq Yusifoğlu, tanınmış elm adamları Qurban Bayramov, Allahverdi Eminov və başqaları dəyərli fikir söyləyiblər. 

Kədərinə şükür et
 Hamıdan boldu səndə.
 Damarına su qaçdı -
 O xoşbəxt oldu səndə!

 Yazı, qışı bilmədi
 Gözdən yaşı silmədi.
 Demə yanlış ilmədi -
 Yox, yaşıl yoldu səndə!

 Özünə bax , ona bax
 Səsindəki tona bax...
 Ay Əbülfət, sona bax -
 Gör nələr soldu səndə...

Ə.Mədətoğlu ilhamlı şairdir və ilhamını da ürəyindən, duyğularından alır. Böyük ədəbiyyat, elm  adamlarının şəninə söz dediyi şair barədə biz onlardan qüdrətli söz deyə bilmərik ki... Onun barəsində ən qüdrətli sözü elə Tanrı deyib, verdiyi qələmlə. Qələmi də adama Allah verir, verir ki, yazsın, yaratsın. Əbülfət müəllim də uzun illərdir yazır-yaradır. İndi onun qələmindən zəfər nəğmələri süzülür... 

65 illik yubileyiniz mübarək, dəyərli Əbülfət müəllim!  

İradə SARIYEVA
P.S.Azərbaycan Mətbuat Şurasının İdarə Heyətənin üzvü, "Bakı-Xəbər" media qrupunun rəhbəri Aydın Quluyev və kollektivi görkəmli şair, əməkdar jurnalist Əbülfət Mədətoğlunu 65 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür, yaradıcılıq uğurları arzulayır.



VİDEO

SON XƏBƏRLƏR

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

22.07.2025 / 15:50
Millət vəkili Cavanşir Feyziyev jurnalistləri təbrik edib

22.07.2025 / 15:48
Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik etdi

22.07.2025 / 15:28
Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

22.07.2025 / 15:12
Ceyhun Bayramovun Gürcüstanın XİN başçısı ilə müzakirə etdiyi məsələlər açıqlandı...

22.07.2025 / 14:53
Azərbaycanın dövlət borcu açıqlandı

22.07.2025 / 14:36
İranın Rusiyadakı keçmiş səfiri - "Kreml seçim qarşısında qalsa, İsraili seçəcək"

22.07.2025 / 14:20
İran uranın zənginləşdirilməsinin müvəqqəti dayandırıldığını açıqladı...

22.07.2025 / 13:29
"Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalı, Minsk Qrupu ləğv edilməlidir" - Nazir

22.07.2025 / 13:18
Prezident İlham Əliyev onun çıxışını paylaşdığına görə Trampa təşəkkür etdi

22.07.2025 / 13:10
Москва придумала новых врагов - казахов и президента Токаева - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.07.2025 / 13:08
Sabirabadda avtomobil yolunun əsaslı təmirinə 2,1 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM

22.07.2025 / 12:22
Maqnit qasırğası barədə əhaliyə XƏBƏRDARLIQ

22.07.2025 / 12:12
Hacıqabulda taxıl daşıyan TIR aşıb

22.07.2025 / 12:03
Türkiyə bu dəmir yolu layihəsinə 2,4 milyard avro cəlb edib

22.07.2025 / 11:43
BMT-dən həyəcan təbili: Quraqlıqlar qlobal fəlakətə çevrilir!

22.07.2025 / 11:38
Zəngəzur dəhlizi açıldıqdan sonra bu şirkətlərin xərcləri azalacaq

22.07.2025 / 11:22
Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş keçirilir

22.07.2025 / 11:12
Xırdalanda faciə - fəhlə üçüncü mərtəbədən yıxılıb öldü

22.07.2025 / 11:04
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

22.07.2025 / 11:03
Rusiya Qafqazdan sökülməyə başladı - CANLI

22.07.2025 / 11:00
Baqrat Qalstanyan Paşinyanın nazirlərindən kompensasiya tələb edir

22.07.2025 / 10:41
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb

22.07.2025 / 10:25
Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir - Hikmət Hacıyevdən PAYLAŞIM

22.07.2025 / 10:14
Uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək - Əraqçi ABŞ-a meydan oxudu

22.07.2025 / 10:10
Ceyhun Bayramov Gürcüstana səfərə gedib

22.07.2025 / 10:06
Daha 53 ailə Cəbrayıla köçürüldü

22.07.2025 / 10:04
Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22.07.2025 / 10:03
Prezident İlham Əliyevdən Milli Mətbuat Günü münasibətilə paylaşım

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910