Aİ Ukraynaya silah yardımında Macar vetosuna qarşı “B planı”nı işə salır - Aİ Komissiyası 20 milyardlıq borca girir...
Avropa İttifaqı (Aİ) Macarıstanın Ukraynaya maliyyə yardımı ilə bağlı vetosunu aşmağa çalışır. Buna uyğun olaraq, AB maliyyə yardımını davam etdirmək üçün yekdil qərar tələb etməyən yeni bir plan hazırlayır.
“Financial Times”ın yazdığına görə, Aİ Ukraynaya 2024-cü il üçün 50 milyard avroluq maliyyə yardımı paketi ayırmaq istəyir, lakin Macarıstanla fikir ayrılığından sonra “B planı” üzərində işə başlanıb.
Adı açıqlanmayan AB rəsmilərinə istinadən bildirilir ki, Macarıstanın baş naziri Viktor Orban paketə veto qoymaqda israrlıdır, ancaq Aİ liderləri problemi aşmaq üçün gələn il fevralın 1-də keçiriləcək fövqəladə sammitdə “B planı”nı işə salmaq niyyətindədir.
Bu plana görə, “ən yüksək kredit balları” olan üzvlər yekdil qərar verə bilsə, 27 ölkənin hamısının təsdiqi tələb olunmayacaq. Yeni plan Aİ Komissiyasının gələn il Kiyevə yardım göstərmək üçün kapital bazarlarından 20 milyard avroya qədər borc almasını nəzərdə tutur. Plan üzv dövlətlərin Aİ büdcəsinə zəmanət verməsini də əhatə edir. Ümumi məbləğ isə Ukraynanın ehtiyaclarına uyğun olaraq müəyyən ediləcək.
Digər tərəfdən, AB-nin Ukraynaya yardım göndərmək üçün borc pul almasını istəməyən ölkələrin mövcudluğuna görə, bu planı neçə ölkənin dəstəkləyəcəyi də hələlik açıq qalır.
TAHİR