KÖHNƏ VERSİYA            

Yazıçı, general 85 yaşına çatdı

Image

İllər uzunu içində doğulduğu Kavdar kəndinin yarasını gəzdirib, yurd ağrısını içi sızlaya-sızlaya yazıya çevirib, amma söz də məlhəm olmayıb yarasına.

44 günlük Vətən savaşında şanlı ordumuzun Cəbrayılın Kavdar kəndini də düşmən tapdağından azad etməsi yarasına məlhəm olub, yarası sağalıb. Gün gəlib ki, ayağı yenidən dədə-baba yurdu Kavdara dəyib, əyilib doğma kəndinin torpağını öpüb, uca və ulu çinarın köksündən süzülən kəhrzin suyundan doyunca içib, əl-üzünü yuyub, bütün acılarını da unudub, illər boyu həsrətini çəkdiyi el-obasına qovuşmağın xoşbəxtliyini yaşayıb. 

85 yaşı tamam olan nasir, tənqidçi, publisist, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Juralistlər Birliyinin üzvü (1964), fılologiya elmləri doktoru (1991), Azəbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki (1996), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), Beynəlxalq mükafat laureatı (1994), "Qızıl qələm" mükafatı laureatı Yasif Nəsirlidən danışırıq. Yasir müəllim ədəbiyyatımızın, bədii tərcümə sənətinin, publistikamızın elə bir tanınmış simalarındandır ki, onun yazdıqları ürəyinin gözündən süzülüb, səmimiyyətlə doludur, hər cümləsində insanı cəzb edən işıq var. Ədəbiyyata könül verən, qələmə, sözə bağlanan Yasif müəllim 85 yaşında da yazıb-yaradır, özü də gənclik şövqi ilə. Mehriban, səmimi insan kimi də insanların qəlbinə yol tapan Yasif Nəsirlinin ömrü doğma xalqına xidmətdə keçib.   

Yasif Nəsirli 1938-ci il dekabrın 23-də Azərbaycanın Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Y.Nəsirli həmin rayonun Soltanlı kənd orta məktəbini bitirib, ondan  sonra Bakı Mədəni-Maarif texnikumunu (1958) və Azərbaycan Dövlət Universitetini (1963) fərqlənmə diplomu ilə bitirib. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda, Ali Ədəbiyyat kurslarında (1968), ÜİLKGİ MK-nin Ali komsomol məktəbində (1964), SSRİ DTK-nin F.Dzerjinski adına Ali məktəbində (1973-1975) təhsilini artırıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin Elmi Cəmiyyətinin sədri və universitet qəzetinin baş redaktorunun müavini, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı kimi başlayıb, sonra burada şöbə müdiri vəzifələrində (1962-1969) işləyib. 

Y.Nəsirlinin çağdaş ədəbiyyat tarixində özünəmıxsus yer tutduğu məlumdur. Hər zaman müşahidə edirik ki, orta nəsil yazarlar Yasif müəllimə xüsusi rəğbətlə yanaşır. Çoxlarından eşitmişik ki, onların əsərlərinin çağında Y.Nəsirlinin rolu olub. Onu da qeyd edək ki, Y.Nəsirli  "Ulduz" ədəbi-bədii və ictimai-siyasi jurnalının məsul katibi və ilk baş redaktoru (1967-1968) olub. Əlbəttə, bu müddət ərzində o, dövrünün gənclərinin əsərlərini çap etməklə onlara dəstək olub. 

Qeyd edək ki, Y.Nəsirli 1969-1973-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində şöbə müdiri, 1975-1987-ci illərdə İdarə rəisi və Kollegiya üzvü olub. 1987-1991-ci illərdə Azərbaycan KP MK-da İnzibati orqanlar şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan KP MK-ya üzv seçilib. Zaqafqaziya Hərbi dairəsi Hərbi Şurasının üzvü (1989-1991) olub. Burada general-mayor rütbəsinə layiq (1990) görülüb. Azərbaycan Prezidenti yanında Ali Nəzarət İnspeksiyasında İnzibati orqanlar şöbəsinin müdiri, sədr müavini (1991-1992) işləyib.

Yasif Nəsirli bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olub. 

Qarabağ Təşkilat Komitəsi sədrinin birinci müavini olub. Qarabağ müharibəsi veteranıdır. Respublika "Veteran" Xeyriyyə fondunun prezidenti, Dünya azərbaycan­lılarının Mədəniyyət Mərkəzinin vitse-prezidentidir. Bir çox xarici ölkə universitetlərinin fəxri doktorudur. Azərbaycan yazıçılarının hərbi vətənpərvərlik komissiyası sədrinin müavinidir.

2007-ci ildən Azərbaycan Dünyası Beynəlxalq Əlaqələr Mərkəzinin (Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti) prezidentidir.

Prezident İlham Əliyevin 2008-ci il 19 dekabr tarixli sərəncamı ilə "Əməkdar İncəsənət xadimi" Fəxri adına layiq görülən Yasif Nəsirlinin fəaliyyətinə dövlət tərəfindən yüksək qiymət verilib. 

Onu da bildirək ki, Y.Nəsirli  SSRİ-nin Fəxri çekistidir.

Bundan başqa o, Ritsumeikan Universitetinin fəxri doktoru (Yaponiya, 2008) seçilib.

Yazıçılıq bioqrafiyasına nəzər saldıqda görürük ki, o, ədəbi yaradıcılığa tələbəlik illərində başlayıb. Dövri mətbuatda vaxtaşırı çıxış edib. Azərbaycan nümayəndə heyətinin başçısı kimi İngiltərə (1970), Belçika (1976), İtaliya (1978), Malta (1978), Türkiyə (1980), Fransa (1983), İraq (1993), Kuba Respublikası (2003),   Yaponiya (2008), Çin Xalq Respublikası (2010) və b. ölkələrdə rəsmi səfərlərdə olub. Xidmətlərinə görə medallar və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanlari ilə təltif edilib.

Yazıçının "Liftdə hadisə", "Təyyarə geri dönür", "Qan qardaşları" və başqa pyesləri əsasında hazırlanmış tamaşalar dəfələrlə Azərbaycan Dövlət Televiziyası ilə nümayiş etdirilib.

Filologiya elmləri doktoru, professor İmaməddin Zəkiyev illər əvvəl yazdığı məqalədə Yasif Nəsirli barədə maraqlı fikirlər söyləyib. “1958-ci ilin isti avqust ayı idi. Yasif Nəsirli də, mən də Bakı Dövlət Universitetini ilk dəfə görürdük.

O, Cəbrayılın Kavdar kəndindən, mən Qubanın Qonaqkənd qəsəbəsindən gəlmişdim. O, Böyük Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuş Mirzə kişinin beş övladından biri idi. Məni oxumağa məcbur edən anam kimi, balaca Yasifi də təhsilli görmək sinəsi yanıqlı bayatılarla dolu anasının ən böyük arzularından olmuşdur. Kavdar kəndində məktub oxuya bilən bir nəfərin də olmadığı Böyük Vətən müharibəsi illərində Dilbər ana oğlunun başını sığallayıb demişdi: "Oxu, mənim kimi savadsız olma. Gələcəyin adamı olmaq istəyirsənsə, kitablardan bərk yapış!"

O, anasının müdrik tövsiyəsinə əməl edərək birinci sinifdə oxuduğu vaxtdan orta təhsilini başa vurana qədər aldığı "beş"lərin köməyi ilə qarşısına çıxan maddi və mənəvi çətinliklər hasarını aşıb işıqlı bir yola çıxmışdı. Bu, ali təhsil yolu idi. Bu arzu anasının tövsiyəsindən çıxan doğru nəticənin mahiyyətində əksini tapmışdı:

 

Faydalı bir insan olmaq istəsən,

Aldığın təhsildən kömək istə sən!”

 

Dost haqqında yazılan səmimi cümlələr bizə imkan verir ki, Y.Nəsirlinin yaradıcılığının haradan qaynaqlandığını, hansı bulağın gözündən su içdiyini yaxından hiss edək. Ağrılı-acılı illərin-davanın gətirdiyi sızıltılı duyğuları yaşayan bir insanın sözdən başqa güvənc yeri olmur ki. Onda yazıya, sözə könül verir adam. 

85 yaşını qeyd etdiyimiz Yasif Nəsirli ədəbiyyatımızın, ictimai fikrimizin, şağdaş ziyalılığımızın örnək olacaq simalarından biri kimi bu gün də fəaliyyətini yorulmadan davam etdirir, böyük və mehriban bir kollektivə rəhbərlik edir.

Ədəbiyyatımıza “Sənədli hekayələr”, “Araz daşan yerdə” (sənədli hekayələr), “Bolluq yaradanlar”, “Qırmızı qərənfil”, “ İnsanlar, görüşlər”, “Adsız təpə (hekayələr)”, “Çinar vüqarı” (hekayələr, ədəbi portretlər), “Qayıdacağam”, “Görə bilmədin” (hekayə və esselər), “Azərbaycan şeiri”, “Əgər ki, yıxılsam çinar göstərin” (tənqid), “Ömür” (povest, hekayə və esselər), “Dünya”, “Zaman” (povest, hekayə və esselər), “Mənalı ömür” (sənədli roman),  "Əkizlər", “Günəşlə görüş”, “Gündoğandan günbatana” (publisistika) kitablarını, ruscadan tərcümə etdiyi Georgi Markovun "Sibir" (roman), Adolf Dıçanskinin  "Filosof və paltaryuyan qız" (povest), “Polşa hekayələri”, Mariya Mayerovanın "Dünyaların ən yaxşısı" (roman), Ş.Ələddinin "Mərmər pillələr" əsərlərini bəxş edən Yasif Nəsirli oxuculara çox doğma qələm adamıdır.

Tanınmış yazıçı, tərcüməçi, tənqidçi, general-mayor, Əməkdar İncəsənət xadimi Yasif Nəsirlini 85 illik yubileyi münasibətilə “Bakı-Xəbər” media qrupunun rəhbəri Aydın Quliyev və kollektivi adından təbrik edir, ona can sağlığı, uzun ömür, yaradıcılıq uğurları diləyirik. 

İradə SARIYEVA







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 23:55
"İqlim maliyyəsi ilə bağlı razılıq üçün imkanımız var" - Braziliyalı nazir

23.11.2024 | 22:46
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olundu

23.11.2024 | 22:06
COP29 Paris Sazişinin 6-cı maddəsinin 10 ildən sonra tam şəkildə işlək vəziyyətə gətirilməsinə nail oldu... - FOTO/YENİLƏNDİ

23.11.2024 | 21:30
COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür qətnaməsi qəbul olundu...

23.11.2024 | 21:28
Borrel “Putinlə Trampı danışıqlar masasında əyləşdirmək istəyir”...

23.11.2024 | 21:25
COP29-a təzyiq yolunun sonu - Bayden kürsünü də, Sülh mükafatını da itirdi...

23.11.2024 | 21:15
27 il sonra Kəlbəcər ermənilərin “göz dağına” çevrildi...

23.11.2024 | 21:01
Üç Benilüks ölkəsindən Azərbaycana eyni məzmunlu böhtan həmləsi - bəlkə səfirlər toplaşsın?..

23.11.2024 | 20:51
"Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir" - Muxtar Babayev

23.11.2024 | 20:47
“İlham Əliyev deyib ki, saqqalını qırx” - Paşinyana yeni hücum...

23.11.2024 | 20:33
Makron Fransanı daha bir ölkədə biabırçı duruma düşürdü...

23.11.2024 | 20:19
Bakıda "Azərbaycan İrəvanı" günləri erməniləri ifşa edir...

23.11.2024 | 20:06
Azərbaycan iqlim maliyyə iddiasını konkret ortaya qoydu - ildə 250 milyard, Afrikadan dəstək - "biz trilyonlar tələb edirik"

23.11.2024 | 19:52
İlk erməni sputniki Azərbaycanda nələrin fotosunu çəkib?..

23.11.2024 | 19:38
Dizel yanacağı istehsalının bu qədər artımı nə ilə bağlıdır?..

23.11.2024 | 19:26
COP-a ev sahibliyini çoxları edə bilər, onu yarıtmaq isə... Azərbaycan nümunəsi...

23.11.2024 | 19:14
COP29 "yaşıl eraya" uğurlu keçidin mühüm platforması kimi özünü təsdiqlədi....

23.11.2024 | 19:01
Azərbaycançılıq mükəmməl milli ideologiya kimi ölkənin tərəqqisini daha dinamik hala gətirir

23.11.2024 | 18:47
"Qlobal Cənub QHT Platforması" nədir - Azərbaycan COP-da növbəti addımını atdı...

23.11.2024 | 18:33
Kiçik ada dövlətləri Bakıda "iqtisadi güclərə qarşı üsyan qaldırdılar" - "bizim seçimimiz yoxdur"...

23.11.2024 | 18:30
Beynəlxalq Forum direktoru ABŞ-ı iqlim sazişi ilə bağlı öhdəliklərindən yayınmağı dayandırmağa çağırdı

23.11.2024 | 18:20
"Power Shift Africa" ABŞ və Qərb ölkələrini iqlim maliyyəsi üçün məsuliyyətdən yayınmaqda ittiham etdi

23.11.2024 | 18:19
"Politico" nəşri Azərbaycanı "rus qazı" ilə ləkələməyə çalışır...

23.11.2024 | 18:12
İqlim Fəaliyyəti üzrə Beynəlxalq Şəbəkənin nümayəndəsi üsyan etdi - Qlobal Şimal ikiüzlülüyə son qoymalıdır...

23.11.2024 | 18:05
“Böyük Tiqranın Halley Kometi” - erməni tarixçilər təzə saxtakarlığa əl atdılar...

23.11.2024 | 18:03
Antiterrordan sonrakı reallıqları COP 29 bir daha təsdiqlədi...

23.11.2024 | 17:51
COP çərçivəsində “Qarabağa erməni qayıdışı”nı qabardanlara 2 dəqiq şərt qoyuldu...

23.11.2024 | 17:44
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürülür...

23.11.2024 | 17:38
Ermənilər İrəvandakı daha bir qədim türk izini silir - “Qırmızı körpü”...

23.11.2024 | 17:25
Qərblə Rusiya "qarşılıqlı dondurulmuş pullarla" bir-birinə hücuma başlayıblar...

23.11.2024 | 17:12
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırdı...

23.11.2024 | 17:06
Azərbaycan mediasının COP29 sınağı…

23.11.2024 | 17:02
Berbok Azərbaycan XİN-in “76 nəfərlik qara deputatlar” siyahısından danışdı...

23.11.2024 | 16:41
ABŞ Ukraynaya nüvə silahı verilməsi məsələsini gündəmə gətirdi...

23.11.2024 | 16:25
Netanyahunun Brüsselə yolu bağlandı - gəlsə həbs edəcəyik...

23.11.2024 | 16:14
MM-in Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana cavab...

23.11.2024 | 16:09
Aİ və 25 ölkə COP29-da öhdəlik götürdü - kömür elektrik stansiyaları tikməyəcəklər...

23.11.2024 | 16:06
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

23.11.2024 | 16:05
Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edildi

23.11.2024 | 15:51
Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

23.11.2024 | 15:41
Qarabağın rəmzi Xarıbülbül cənubda

23.11.2024 | 15:36
COP29-da iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçirildi - FOTO

23.11.2024 | 15:17
Zakir Həsənov müşavirə keçirdi - ordu qarşısında konkret tapşırıqlar qoyuldu

23.11.2024 | 14:31
Fəxrəddin Altun: “Türkiyə terrora qarşı mübarizəsini davam etdirəcək”

23.11.2024 | 14:24
“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” - Hakan Fidan

23.11.2024 | 13:30
İstanbulda 70 kq qızılla tutulan azərbaycanlı özünü diplomat kimi təqdim etdi, ancaq...

23.11.2024 | 13:16
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıb

23.11.2024 | 13:04
Laçında 4,5 bal gücündə zəlzələ olub...

23.11.2024 | 12:16
Baş nazir Əli Əsədov köhnə qərarı ləğv edib yeni qərar imzaladı

23.11.2024 | 12:00
Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

23.11.2024 | 11:30
Qaz partlayışından xəsarət alan Cəhri sakini Bakıda vəfat edib

23.11.2024 | 11:20
Deputatlarımız Moskva yolçusudur

23.11.2024 | 11:10
Neftimizin qiyməti 76 dolları ötüb - dünya bazarında son durum

23.11.2024 | 11:05
Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

23.11.2024 | 11:00
"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

23.11.2024 | 10:30
“Neftçi” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

23.11.2024 | 10:20
Gəncədə yük maşını beton hasara çırpılaraq yanıb

23.11.2024 | 10:15
Bu iş adamı ABŞ-ın maliyyə naziri olacaq

23.11.2024 | 10:05
Neftçalada avtomobil və motosiklet toqquşub, bir nəfər ölüb

23.11.2024 | 10:00
ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ

23.11.2024 | 10:00
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930