"Azərbaycan Ermənistandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb" - Nazir
Sülh prosesində mühit çox önəmlidir. Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
“Hər hansı müsbət irəliləyişlər prosesə təsir edə bilər.
Azərbaycan tərəfindən legitim maraqlar nəzərə alınaraq üzərimizə düşən müsbət qarşılıqlı addımları atmağa hazırıq”,- deyə nazir qeyd edib.
Ermənistandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini aldığını deyən nazir bildirib ki, bir aylıq müddət daxilində Azərbaycan öz təkliflər paketini hazırladı və təqdim edib.