İran rejiminin həbsdə saxladığı məhbus güneyli fəallarla bağlı bildirişlər yayıldı - "...işgəncələrə son verilsin”
Bakı və İstanbulda məhbus Güney Azərbaycan fəallarının azadlığını istəyən çoxsaylı bildirişlər dağıdılıb.
Bildirişlərdə qeyd edilir ki, on nəfərdən çox Güney Azərbaycan Türkü mədəni fəal iki aydan artıqdır ki İran rejimi tərəfindən qanunsuz olaraq saxlanılıb. Bu müddət içində vəkil tutmaq haqqından belə məhrum olan fəallar fiziki və psixoloji işgəncəyə məruz qalıblar.
İran rejiminin sözdə ədliyyəsi keçən həftə heç bir izahat vermədən məhbus fəallar Məhəmməd Rza Müvəhhid, Mehrdad Qadiri, Babək Rəhməti, Cavad Sudbər, Araz İbrahim Nejad, Murtuza Nurməhəmmədi, Əli Babayi, Davud Şiri, Hüseyn Azadi, Nasir Rəzmcu, İbrahim Əvəzzadə və Əmirhüseyn Aqayinin göz altı sürələrini bir ay daha uzatdı.
Bu günədək bu fəalların azadlığı yaxud ən azından qanuni haqlarıdan istifadə edə bilmələri üçün ailələri və Güney Azərbaycanlı fəallar tərəfindən çox sayda müraciət və etiraz aktı həyata keçirilsə də İran rejimi öz qanunsuz və insan haqlarına zidd davranışına davam edir.
Bu mədəni fəalların bəlirisiz vəziyyəti və sağlıq durumları ailələri başda olmaqla bütün Güney Azərbaycan ictimaiyyatını ciddi şəkildə qayğılandırır. Təbii olaraq Güney Azərbaycanlı Türk fəalların sağlamlığı ilə bağlı hər hansı sorun yaşanmasının məsuliyyəti İran rejimin üzərinə düşür.
Qeyd etmək lazım ki özlərini İranın ümumi quruluşları hesab edən fars media və insan haqları quruluşları keçmişdə də olduğu kimi mələsəf Güney Azərbaycan və Türk insan haqları mövzusunda laqeyd davranıb açıq şəkildə ayrı seçkilik edirlər. Bir halda ki məhbus Güney Azərbaycan fəallarının bilgilərinin beynəlxalq qurum və quruluşlara çatdırmaq ciddi önəm ərz edir sözdə İran insan haqları quruluş və mediaları Güney Azərbaycanlı məhbusları görməzdən gəlib boykot edirlər.
ZÜMRÜD