Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Könüllü hərəkat iştirakçılığı və gənclərin mənəvi inkişaf yolu...

Image

Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir. Prezident İlham Əliyevin əsas fəaliyyət istiqamətlərindən biri də potensiallı, bacarıqlı, savadlı və istedadlı gənclərin aşkar edilməsidir.

Gənclərə daim dəyər verib, dəstək olan cənab Prezidentimiz sadaladığım keyfiyyətlərə malik gənclərin müəyyənləşdirilməsi üçün "ASAN" könüllüləri hərəkatını başladıb. İstisna deyil ki, Prezidentin fərmanından öncə də bəzi özəl müəssisələrdə gənclərin bacarıq səviyyələrini müəyyənləşdirmək, şəxsi keyfiyyətlərini təkmilləşdirmək məqsədi ilə könüllülük fəaliyyəti həyata keçirilirdi, lakin könüllülük fəaliyyətinin geniş hərəkat formasında vüsət alması cənab Prezidentin başlatdığı Könüllülər hərəkatı ilə bağlıdır. Cənab Prezidentin fərmanına əsasən 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan "ASAN" Könüllüləri Təşkilatı (AKT) yaradıldı. Gənclər müvafiq mərkəzlərdə könüllülüklə bağlı müsahibədən keçirlər məqbul hesab edilən şəxslər könüllü olaraq ilkin təlimdən keçərək fəaliyyətə başlayırlar. Əlavə olaraq bu fəaliyyət üçün gənc könüllü ilə "ASAN" könüllülər təşkilatı arasında qarşılıqlı öhdəliklərin qeyd edildiyi müqavilə imzalanır. Fəaliyyəti dövründə könüllülər rəhbər şəxslərlə subordinasiya qaydalarına riayət etməyi, işgüzar geyim qaydasını, düzgün ünsiyyət formasını öyrənib, təkmilləşdirillər. 

Ölkəmizin sürətli inkişafına böyük təsir göstərib… 

"ASAN xidmət" könüllüləri təşkilatının sədri olmuş Səbinə Cabbarova hesab edir  ki, ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir: "Ölkə başçısının gəncləri düzgün yola istiqamətləndirməsi, gəncliyə xüsusi diqqət və qayğı göstərməsi ölkəmizin sürətli inkişafına böyük təsir göstərib. Eyni zamanda, gənclər siyasəti gənclərin yeni inkişaf modeli kimi təqdim edilən könüllülük hərəkatının geniş vüsət almasına şərait yaradıb. Ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərdə könüllülər öz vəzifələrini layiqincə yerinə yetirirlər. Gənclər siyasətinin düzgün həyata keçirilməsi dövlətin cəmiyyətdəki dayaqlarını möhkəmləndirməklə yanaşı, onun həyata keçirməyə çalışdığı siyasətin dəstəklənməsinə və müvəffəqiyyətlə reallaşmasına gətirib çıxarır. Çünki gənclər dövlətin gələcək idarəçiləridir. Azərbaycan Prezidenti İlham Əliyev gənclərin potensialından tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə mütəmadi olaraq Fərman və sərəncamlar imzalayır. Gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib".

Heç şübhəsiz, bütün növ tədbirlərin həyata keçirilməsində könüllülər əsas qüvvədir 

Prezident İlham Əliyev bildirib ki, könüllülər hərəkatı Azərbaycanda artıq genişlənir və bu hərəkat bizdə "ASAN xidmət" mərkəzlərində başlayıb: "Bütövlükdə "ASAN xidmət" yarandıqdan bugünə qədər bəlkə də on minlərlə könüllü bu mərkəzlərdə çalışıb və sonradan onların bir çoxu həyatda özünü təsdiqləyib. Könüllülük də digər ənənəvi davranış qaydalarının yeni bir təzahürüdür. Ona görə mən bu hərəkata çox müsbət baxıram, gənclərin təşkilatlanması, bir amal uğrunda birləşməsi, cəmiyyətin saflaşması və kadr potensialının hazırlanması nöqteyi-nəzərdən. Ona görə əminəm ki, Azərbaycanda bu hərəkatın çox gözəl gələcəyi var".

İllər keçir, zaman ötür, cox şeylər dəyişir. Amma "Gənclər bizim gələcəyimizdir" şüarı həmişə dəyişməz və aktual olaraq qalır. Çünki hər bir dövlətin gələcəyi yetişməkdə olan gənc nəsildən, onun fiziki və mənəvi sağlamlığından, Vətəninə bağlılığından asılıdır. Bununla bağlı ölkəmizdə uşaq və gənclərin həyatını dəyişən, onlara hərtərəfli inkişafına stimul verən siyasət mövcuddur.

Gənclərin mənəvi-fiziki inkişafı ilə bağlı indiyə qədər bir sıra sənədlər qəbul edilib. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin "Gənclər ili" elan edilməsində də göstərdi. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 2009-cu ilin iyun ayında "Könüllü fəaliyyət haqqında" qanunu imzaladı və bununla da könüllü – öz istəyi əsasında əvəzi ödənilməyən ictimai-faydalı fəaliyyətlə məşğul olmaq istəyən gəncləri özundə cəmləşdirən, dövlət büdcəsindən maliyyələşən cəmiyyət və təşkilatlar yaradıldı. Sənədə görə, könüllü fəaliyyət əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi, insanpərvərliyin və dözümlülüyün təbliği, hüquqi və mədəni maarifləndirmə, uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı, xəstəliklər və epidemiyalar barədə məlumatlandırma, sağlam həyat tərzinin təbliği üzrə həyata keçirilir. Həmçinin ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması, silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi, idmanın inkişafı və dəgər istiqamətlər də sənəddə yer alıb. Heç şübhəsiz, bütün növ tədbirlərin həyata keçirilməsində könüllülər əsas qüvvədir.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910