ABŞ-ın İraqdakı hərbi bazasına hücum olub
ABŞ-ın İraqın Anbar əyalətində yerləşən Ayn əl-Əsəd hərbi bazası raket hücumlarına məruz qalıb. Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Məlumata görə, Amerikanın hərbi obyektində üç güclü partlayış səsi eşidilib. Hücumun nəticələri barədə məlumat verilmir.
Bundan əvvəl "İraqın İslam müqaviməti" hərəkatına daxil olan şiə silahlı birləşmələri ABŞ-ın himayəsi altında olan Ərbil hava limanında beynəlxalq koalisiyanın bazasına hücum üçün kamikaze dronlarından istifadə ediblər. ABŞ Ordusunun Mərkəzi Komandanlığının verdiyi məlumata görə, hücum nəticəsində üç amerikalı əsgər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
Mətləb