Çərşənbə axşamı günü, 8 iyul 2025
     

ABŞ-la İran bir-birini açıq müharibə ilə hədələdi...

Image

Yaxın Şərqdə davam edən müharibə İsrail və ABŞ-ın İranla münasibətlərini daha da gərginləşdirməkdədir. Tərəflər bir-birini getdikcə daha çox savaşla hədələyirlər. Belə görünür ki, İsrail Qəzza zolağı ilə bağlı məqsədinə çatmaqa israrlıdır. Bu isə İranı ciddi şəkildə narahat edir.

Qeyd edək ki, İsrail ordusu Qəzza şəhərini tamamilə mühasirəyə alıb və anklavı yarıya bölüb.

İsrail Silahlı Qüvvələrinin sözçüsü Daniel Haqari məsələ ilə bağlı bildirib: "Artıq Qəzzanın şimalı və cənubu var. İsrail ordusu hələ də mülki vətəndaşların Qəzzanın şimalını tərk edərək cənuba getməsinə icazə verəcək". Qeyd edək ki, bundan öncə ÇAXAL-ın Qəzzanın dənizdən sahilinə çatdığı deyilirdi.

İsrail hərbçiləri Qəzza zolağında HƏMAS hərəkatına qarşı əməliyyat zamanı anklavın sahillərinə çatıb və orada möhkəmlənib. İsrail ordusunun mətbuat xidməti bu xüsusda bildirir: "Son bir həftə ərzində quru əməliyyatlarının genişləndirilməsi çərçivəsində 36-cı diviziya Qəzza zolağının şimalında hərəkət edib və Qəzza sahili boyunca mövqelərə çatıb". İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti ölkənin  müdafiə qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS terror təşkilatının mühüm "qalasının" ələ keçirildiyini açıqlayıb. Məlumatda qeyd olunur: "Givati briqadasının əsgərləri baza üzərində nəzarəti bərqərar edib. Orada çox sayda əməliyyat xəritələri və komanda sənədləri, o cümlədən terror təşkilatının hazırkı komandirlərinin şəxsi məlumatları aşkar edilib. Əldə edilmiş sənədlər və kəşfiyyat məlumatları İsrailin HƏMAS terrorçularına qarşı mübarizədə uğuru üçün kritik ola bilər".

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi qeyd edir ki, ölkə hərbçiləri ölkənin şimal sərhədində hər an hücuma keçməyə hazırdır: "Biz hər an şimalda hücuma keçməyə hazırıq, bunun baş verə biləcəyini anlayırıq və burada müdafiənin güclü olduğuna inanırıq". Məhz belə bir vaxtda İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani ABŞ-ı təhdid edərək bildirib ki, Vaşinqton Qəzza zolağında müharibəni dayandırmasa, ona ciddi zərbə vurulacaq: "Amerikalılara tövsiyəmiz odur ki, İsrail və Fələstin arasındakı müharibəni dərhal dayandırsınlar və atəşkəsi təmin etsinlər, əks halda ABŞ ciddi zərbə alacaq".  Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan və ardınca İsrailin Qəzzanı intensiv bombardmanından sonra İranın hansı münasibət sərgiləyəcəyi maraq doğururdu. Aştianinin bəyanatına oxşar fikri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da səsləndirib: "Yaxın Şərqdəki müharibə ən yaxın vaxtda başa çatmasa, idarəolunmaz vəziyyət yaranacaq". O bildirib ki, vəziyyətə görə ABŞ məsuliyyət daşıyır: "ABŞ hazırda baş verənlərə, o cümlədən ölümlərə görə məsuliyyət daşıyır. ABŞ bu məsuliyyətdən yayına bilməz". O, Fələstin müqavimət hərəkatı və bölgədəki digər müqavimət qruplarının düşmənlə qarşıdurmaya hazır olduqlarını açıqlayıb. Vaşinqton isə açıq şəkildə bəyan edib ki, üçüncü tərəflər münaqişələrə qarışmamalıdır. Bu fobnda ABŞ-ın Aralıq dənizinin şərqində iki təyyarədaşıyan gəmisi və müxtəlif döyüş gəmiləri yerləşdirilib. Vaşinqtondan bildirilib ki, bu qruplar İran və "Hizbullah"ı müharibəyə girmək cəhdindən çəkindirmək məqsədi daşıyır. ABŞ həmçinin bölgədəki 2000 hərbçidən ibarət çevik reaksiya qüvvəsini hazır vəziyyətə gətirib. ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey isə bildirib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda HƏMAS radikal hərəkatının ABŞ-a hücum edə biləcəyi istisna olunmur: "HƏMAS və ya başqa bir xarici terror təşkilatının burada, torpaqlarımızda hücumlar həyata keçirmək üçün indiki münaqişədən istifadə edə biləcəyini nəzərə almaya bilmərik və nəzərə alırıq". Onun sözlərinə görə, FTB HƏMAS və onunla əlaqəli təşkilatların fəaliyyətini izləyir. Kristofer Rey xatırladıb ki, il ərzində ABŞ-da terror təhlükəsi səviyyəsi artıb, Yaxın Şərqdəki münaqişə isə ABŞ-da amerikalılara hücum təhlükəsini tamamilə başqa səviyyəyə qaldırıb. ABŞ daxili təhlükəsizlik naziri Alexandro Mayorkas isə deyib ki, Fələstin-İsrail münaqişəsinin başlaması ilə Birləşmiş Ştatlarda, o cümlədən təhsil müəssisələrində antisemitizmin artması müşahidə olunur. ABŞ bütün bunlarda İran izinin olduğunu da açıq bəyan edir. Bunlar fonunda "Hizbullah" lideri Həsən Nəsrullahın dedikləri də xüsusi diqqət cəlb edir. O vurğulayır ki, ABŞ "Hizbullah"ın İsrailə qarşı əməliyyatları davam etdirəcəyi təqdirdə İranı bombalayacağı barədə xəbərdarlıq edib. Nəsrullah ABŞ-ın xəbərdarlığına cavab olaraq deyib: "Bizim müqavimətimizi təhdid etməyə necə cürət edirsiniz? Aralıq dənizindəki gəmiləriniz bizi qorxutmur. Əmin ola bilərsiniz ki, biz onları hədəfə ala bilərik".  Qeyd edək ki, Pentaqon İranın proksi qüvvələrinin Amerika bazalarına qarşı hücumlarına cavab olaraq SEPAH-ın Suriyada istifadə etdiyi obyektləri hədəfə alıb. ABŞ prezidenti Co Bayden ölkəsinin bölgədəki qüvvələrinə hücumların davam edəcəyi halda İrana ağır zərbələr endiriləcəyi barədə xəbərdarlıq edib. İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini isə bildirir: "İran Həsən Nəsrullahın İsrailə xəbərdarlığını vaxtında və ciddi hesab edir. Həsən Nəsrullah çox vaxtında xəbərdarlıq edib. Nəsrullahın xəbərdarlığı ciddidir və o, heç kimlə zarafat etmir".  

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

08.07.2025 / 19:03
BRICS Rusiyanın tərəfində Ukrayna müharibəsinə rəsmən qoşuldu...

08.07.2025 / 18:48
Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

08.07.2025 / 18:35
Şəmkir, Göygöl və Gəncədə abadlıq nümunəsi: Regionların siması yenilənir

08.07.2025 / 18:23
3 bank Maliyyə Nazirliyinin 500 milyon manatını 7,5 faiz əlavəsilə necə qaytaracaq?..

08.07.2025 / 18:10
Azərbaycan kişilərində psixi pozğunluq qadınlardan 3 dəfə çoxdur...

08.07.2025 / 17:57
Erməni iranşünaş Pezeşkiana şər atdı - İran susdu...

08.07.2025 / 17:44
Manat kreditləri niyə bu qədər bahalaşır?..

08.07.2025 / 17:34
CHP liderinin toxunulmazlığı ləğv edilə bilər - Türkiyə parlamentinə vəsatət təqdim edildi...

08.07.2025 / 17:15
Qonşu ölkələrdən İrana hücumda istifadə olunmayıb – Pezeşkian İranın Ermənistandakı səfirinin yalanını ifşa etdi

08.07.2025 / 16:56
Azərbaycan və İordaniya arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqləndi

08.07.2025 / 16:56
İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

08.07.2025 / 16:54
Diplomatik xidmət orqanlarının bir qrup əməkdaşına diplomatik rütbələr verildi

08.07.2025 / 16:53
Prezident İlham Əliyev Trampa başsağlığı verdi

08.07.2025 / 16:51
Türkiyənin Antalyada tarixi sualtı kəşfi - eramızdan əvvəl Yunan-Helenistik dövrünün sonları və...

08.07.2025 / 16:26
Tramp Ukrayna siyasətini dəyişir - ABŞ Kiyevə daha çox silah verəcək…

08.07.2025 / 16:07
Xəzər polisi əməliyyat keçirdi - qadın narkotacirin evindən 10 kq narkotik çıxdı...

08.07.2025 / 15:43
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib - FOTO/YENİLƏNDİ

08.07.2025 / 15:31
Yol polisi motosiklet sürücülərinin qayda pozuntularına qarşı nəzarəti gücləndirdi

08.07.2025 / 15:30
Ekranda nə var, cəmiyyətdə də o var

08.07.2025 / 15:16
"İrandan nüvə müzakirələrinə qayıtmağı tələb etməyin heç bir mənası yoxdur" – İranlı parlamentaridən ABŞ-a mesaj...

08.07.2025 / 15:03
Mixail Qusman Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsini təklif etdi

08.07.2025 / 14:22
Xarici media filiallarının Media Reyestrinə daxil edilməsi prosedurları sadələşdirilir

08.07.2025 / 14:08
"Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti 5 günədək artırıldı

08.07.2025 / 13:55
Xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alındı - DTX-dən növbəti əməliyyat...

08.07.2025 / 13:23
"Ümummilli Lider Heydər Əliyevin mediaya münasibəti bir nümunədir" - Natiq Məmmədli

08.07.2025 / 13:12
С. Маркедонов, вместо сказок, научитесь смотреть на Россию со стороны! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.07.2025 / 12:58
Cəbrayılda narkotik əməliyyatı - İki kiloqam marixuana və tiryək aşkarlandı

08.07.2025 / 12:46
Qanuna dəyişiklik edildi - polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir

08.07.2025 / 12:34
"Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır" - Əhməd İsmayılov

08.07.2025 / 12:18
"Yaranmış vəziyyətdən siyasi xal qazanmağa çalışanlar var" - rusiyalı deputat

08.07.2025 / 12:11
"Azərbaycanın lider mövqeyinin güclənməsi medianın gündəmini də zənginləşdirir"

08.07.2025 / 12:05
ABŞ-da təyyarə qəzası olub - 4 nəfər həlak olub

08.07.2025 / 12:00
Dağıstanda 100-dən çox şəxs sudan zəhərlənib

08.07.2025 / 11:40
Tanınmış iş adamının oğlu faciəvi şəkildə ölüb

08.07.2025 / 11:21
Türkiyədən Fransaya ETİRAZ - ölkədaxili hüququmuza hörmətlə yanaş"

08.07.2025 / 11:15
Milli Məclis iclas keçirir - 15 məsələ müzakirə olunur

08.07.2025 / 11:05
Zəngilanda 1 tona yaxın çətənə bitkisi məhv edilib - polis açıqlama yaydı

08.07.2025 / 11:04
Rusiya Azərbaycandan qisas almağa hazırlaşır. Amma nəyin? - CANLI

08.07.2025 / 11:02
Bu axşam “Çelsi” - “Fluminense” görüşü olacaq

08.07.2025 / 10:30
Dünya bazarında qızıl və gümüş bahalaşıb

08.07.2025 / 10:22
Vaqif Poeziya Günləri yenidən poeziya sevərləri bir araya gətirir!

08.07.2025 / 10:17
Kəlbəcərdə “UAZ” aşıb, iki nəfər xəsarət alıb

08.07.2025 / 10:12
Tramp Nobel Sülh Mükafatına namizəd oldu

08.07.2025 / 10:10
Dəmiryolçular İtaliyada tətilə başlayıb

08.07.2025 / 10:04
Biləsuvar sakininin maşınından 2 kiloqram narkotika tapıldı

08.07.2025 / 10:01
"Kilsəni əxlaqsızlardan şəsxən özüm azad edəcəm" - Paşinyandan səs-küylü açıqlama

08.07.2025 / 09:35
Pentaqon təsdiqlədi - Ukraynaya əlavə müdafiə silahları göndəriləcək

08.07.2025 / 09:25
Lənkəranda sürücü yol qəzasında ölüb

08.07.2025 / 09:20
"Mərkəzi Avropa ölkələri bizim etibarlı tərəfdaşlarımızdır" - Hikmət Hacıyev

08.07.2025 / 09:20
Rusiyada işdən çıxarıldıqdan saatlar sonra meyiti tapılan nazirin ölümü ilə bağlı müəmmalar artır...

08.07.2025 / 09:12
Texasdakı daşqın qurbanlarının sayı 100 nəfəri ötüb

08.07.2025 / 09:06
Məşhur qapıçı daha 2 il "Barselona"da

08.07.2025 / 09:00
Tramp 14 ölkəni hədələdi - avqustun 1-dən ticarət tarifləri artırılır...

08.07.2025 / 08:56
ADY qatarları yay qrafikinə keçir- açıqlandı

08.07.2025 / 08:37
Bəzi məktəblərdə attestat qiymətləri üstündə alver qızışır...

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910