Cümə axşamı günü, 5 iyun 2025
     

Kremllə İrəvanın söz dueli daha kəskin mərhələyə keçdi...

Image

Rusiya və Ermənistan arasında diplomatik savaş davam edir və tərəflərin bir-birinə qarşı ittihamları daha da kəskinləşir. Xüsusən də indiki halda Ermənistanın Ukrayna siyasəti Rusiyada ciddi qıcıq yaradır. 

Elə bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  qeyd edib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermakın görüşü nümayişkaranə antirusiya addımıdır: "Əgər siz Maltada qondarma Kopenhagen formatında görüşdən danışırsınızsa, biz bunu rəsmi İrəvanın nümayişkaranə antirusiya jesti kimi qiymətləndiririk".

O xatırladıb ki, bundan əvvəl Ermənistanın Baş nazirinin arvadı Anna Akopyan Kiyevə gedib: "Ermənistan parlamentinin sədri Alen Simonyan Dublində Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla əlaqə saxlayıb. Ermənistanın baş naziri Paşinyan özü Qranadada Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb. Məncə, İrəvanda ölkəmizə aqressiv şəkildə qarşı çıxanlarla nümayişkaranə flört etdiklərini bilməlidirlər. Təəssüflə qeyd etmək lazımdır ki, respublikanın indiki rəhbərliyi bir müddət əvvəl Ermənistanın sabitliyi və rifahının ən mühüm amili adlandırdığı müttəfiqlik münasibətlərimizi məqsədyönlü və israrla pozur". Zaxarova qeyd edib ki, Ermənistanın media resurslarına və onların antirusiya ritorikasına gəlincə, burada açıq rusofob kontekst var: "Oxuyuram, baxıram. Bunlar sadəcə təhqir deyil, ört-basdır edilməmiş rusofobiyadır. Bu resursların maliyyələşdirilməsinin arxasında kimin dayandığını bilirik. Əgər onlar hesab edirsə ki, biz bunların kimin tərəfindən maliyyələşdirildiyini bilmirik, səhv edirlər". Ermənistan parlamentinin sədri Alen Simonyanın bunlara cavabı gecikməyib: "Belə çıxır ki, hətta beynəlxalq platformalarda tərəfdaşlarla ünsiyyət Rusiya tərəfindən antirusiya jesti kimi dəyərləndirilir. Ermənistan heç kimlə ünsiyyət qurmamalı, başqa platformada iştirak etməməli, hətta heç kimlə salamlaşmamalıdır. Bunlar, deyəsən, "düzgün federal ideyalar"dır. Ermənistan həmişə onkoloji cəhətdən "müttəfiqdən asılı olmalıdır", Ermənistan həmişə qorxmalıdır. Qorxmalıdır ki, müttəfiq yoxdursa, öldürüləcək. Bu qorxu, bu qılınc həmişə erməninin başının üstündən asılmalıdır ki, müttəfiq olun. Maraqlıdır, məsələn, Ermənistanla aktiv müharibə vəziyyətində olan Azərbaycana milyardlarla dollar dəyərində silah satılması və Ermənistanla bağlanmış müqavilələr üzrə öhdəliklərin açıq-aşkar yerinə yetirilməməsi eyni məntiq deyil?". Baş verənləri şərh edən erməni analitik Tatul Akopyan vəziyyətin Ermənistan üçün daha qorxulu məcraya yönəldiyini bildirir: "Ermənistan-Rusiya münasibətlərində istər bugünkü kimi gərgin, istərsə də dostluq münasibətləri dövründə əsas problemlərdən biri Ermənistandadır, beynimizdə və ürəyimizdədir. Ermənistanın kollektiv siyasi fikri Rusiyanı daimi dost kimi qəbul edir. Rusiya öz maraqlarına əsaslanaraq Türkiyə ilə əməkdaşlıq edəndə və Azərbaycanı dəstəklədikdə biz çox məyus oluruq. İttihamlar başlayır: Rusiya bizə xəyanət etdi, Rusiya Türkiyə və Azərbaycanla çirkin sövdələşmə etdi, Rusiya bizim düşmənimizdir! Bəs kim dedi ki, Rusiya bizim əbədi dostumuzdur? Harada yazılıb ki, Rusiya gəlib bizi xilas edəcək? Niyə özümüzü inandırdıq ki, Ermənistan Rusiya üçün Türkiyə ilə Azərbaycan arasında paz kimi dəyərlidir və ruslar hər dəfə bu pazı sığallayacaqlar? İndi daxili müxalifət istisna olmaqla, hamıya aydındır ki, dəhliz məsələsində ən çox maraqlı olan Rusiyadır. Rusiyanı olduğu kimi başa düşmək və qəbul etmək lazımdır. Amma düşmənçilik etməyə də ehtiyac yoxdur, bu, Ermənistana yeni zərbələr almaqdan başqa heç nə vermir".

Ermənistanın "Qraparak" nəşri isə yazır ki, Rusiya İrəvanın addımlarını yaddan çıxarmır və öz anını gözləyir: "Hələ oktyabrın 3-də Ermənistan parlamenti, Rusiyanın təhdid və xəbərdarlıqlarına baxmayaraq, "Vətəndaş Müqaviləsi" fraksiyasının 60 lehinə səsi ilə Roma Statutunu ratifikasiya edib. Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin üçün axtarış elan edib və Roma Statutunu ratifikasiya etmiş hər bir ölkə Rusiya prezidenti bu ölkəyə gələrsə, onu həbs etməyə borcludur. Roma Statutu hələ qüvvəyə minməyib, lakin ratifikasiya edildikdən sonra Rusiya Federasiyası soydaşlarımıza qarşı sanksiyalar tətbiq edib, vergi yoxlamaları, deportasiya hədələri, erməni sürücülük vəsiqələrinin tanınması prosesinin gecikdirilməsi və sair kimi proseslər həyata keçirib. Rusiyanın demarşından sonra Ermənistan gərginləşən münasibətləri yumşaltmağa çalışır. İrəvan bildirib ki, Ermənistan tərəfi Rusiyanın narahatlığını aradan qaldıra biləcək müvafiq ikitərəfli sazişin bağlanması təklifi ilə çıxış edib. Ermənistan parlamenti sədrinin müavini Hakob Arşakyan da mötərizəni açaraq deyib ki, iki ölkəyə aid məsələlərdə beynəlxalq məhkəmənin qərarlarının tətbiqini istisna edən ikitərəfli sazişimiz ola bilər. Rusiya tərəfi hələ ki, Ermənistanın təklifinə cavab verməyib. Rəsmi dairələrdə cavab alacaqlarına ümid etmirlər, Rusiyada Roma Statutunun ratifikasiyasının həzm olunmayacağına, bağışlanmayacağına əmindirlər".  Erməni politoloq Stepan Danielyan məsələ ilə bağlı qeyd edir: "Putinin Haaqa məhkəməsinə verilməməsi üçün ikitərəfli saziş bağlamaq təklifi Rusiyaya edilib. Bu absurddur, çünki Ermənistan Rusiya prezidentini həbs edə bilməz. Ermənistan Vladimir Putini həbs etsə, yerindəcə məhv olacaq. Ona görə də rusların və ya onların prezidentinin həbs olunmaması üçün Rusiya ilə belə bir müqavilə imzalamaq istədikləri barədə deyilənlər, sadəcə olaraq, real mövzudan yayınmadır. Problem ondadır ki, Rusiya Roma Statutunun ratifikasiyasını Putini həbs etməkdən qorxduqları üçün yox, Qərbin təsir dairəsinə daxil olmaq üçün atılan addım hesab etdiyindən anti-Rusiya addımı hesab edir".

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

06.06.2025 / 00:29
Merz Trampı Ukraynadakı müharibəni birlikdə bitirməyə çağırdı

06.06.2025 / 00:27
Tramp Elon Maska görə, “çox məyus olduğunu” bildirdi

06.06.2025 / 00:26
Tramp Rusiyaya tətbiq ediləcək sanksiyalarla bağlı sualı cavablandırıb: “Biz çox, çox sərt olacağıq”

06.06.2025 / 00:06
Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib - FOTO

05.06.2025 / 21:50
Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində “parad” üçün silahlar Ermənistandan gətirilirdi - Məhkəmədə etiraf - FOTO

05.06.2025 / 21:37
İcra hakimiyyətlərində tenderlər MMC-lərin arasında "ötür-ötür" vasitəsinə çevrilib...

05.06.2025 / 21:20
Britaniya Azərbaycanın bu sahəsinə yatırım etsə, böyük tarixi hadisə olacaq…

05.06.2025 / 21:07
Qərbi Azərbaycan İcmasına üzvlük məsələsində nə “problem” yaranıb...

05.06.2025 / 21:00
Tramp Si Cinpinlə telefon danışığının təfərrüatlarını açıqladı

05.06.2025 / 20:58
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

05.06.2025 / 20:52
Paşinyan “vətənimizin bir hissəsini itirdik” deyir, həm də sülh imzalamaq istəyir - revanş hara, sülh hara?..

05.06.2025 / 20:38
Avropa Azərbaycandan çox qaz istəyir, amma əlini hələ "daşın altına" qoymaq istəmir...

05.06.2025 / 20:24
Ermənistanda dövlət adından ittiham - "kilsə ruslara işləyir"...

05.06.2025 / 20:10
Şəhid baş leytenantı 31 ildir gözləyirik - Ağdərədə 12 əsgərlə itkin düşmüşdü...

05.06.2025 / 20:03
Levon Mnatsakanyan Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrindən aldığı tapşırıqları məhkəmədə açıqladı

05.06.2025 / 19:51
Azərbaycansız İran və Rusiya bunu heç vaxt bacarmazlar...

05.06.2025 / 19:44
Azərbaycan növbəti dəfə BMT-Turizmin İcraiyyə Şurasına üzv seçildi

05.06.2025 / 19:37
Mirzəyev Azərbaycanın çox sayda QHT-sini BMT miqyasında tanıdacaq - iş başladı...

05.06.2025 / 19:23
Paşinyanın sözlərinin üstündə erməni gəncləri təlatümə gəldi…

05.06.2025 / 19:10
Bir ailədən eyni adlı və eyni soyadlı iki şəhid

05.06.2025 / 19:00
Paşinyan Ərdoğana zəng etdi - nələr müzakirə edildi...

05.06.2025 / 18:57
Rusiya aerodromlarının məhv edilməsində yerli vətəndaşlar da Zelenskiyə kömək ediblər...

05.06.2025 / 18:43
Ermənistan itkinlərlə bağlı Azərbaycanla hələ indi razılığa gəlir - səmimi olacaqmı?

05.06.2025 / 18:39
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyində görüş keçirilib

05.06.2025 / 18:29
ABŞ-ın Ukrayna siyasəti görünməmiş qeyri-müəyyənlik dövrünə girib - 500 faiz sanksiya?

05.06.2025 / 18:15
Türkiyə televiziyaları hələ də hind seriallarını təbliğ edir - ortada bu boyda düşmənçilik...

05.06.2025 / 18:01
Kiber məkanda uşaqları təhlükəli kontentlərdən qorumaq yolları var... və istifadə olunur...

05.06.2025 / 17:56
Paşinyan özündən çıxdı: “Köçəryan və Oskanyan əclaf və quldurdur”

05.06.2025 / 17:47
İlham Əliyev bəzi neft-qaz ölkələrinin böyük səhvini açıqladı - “biz qazı artırırıq, lakin...”

05.06.2025 / 17:34
Tək nəqliyyatda maaşın bir ildə bu qədər artması normal sayıla bilər?..

05.06.2025 / 17:20
Orta məktəb müəllimlərini bu qədər kağız-kuğuzla yükləmək kimin planıdır...

05.06.2025 / 17:08
Səlcuq Bayraktardan Azərbaycanda qurduğu şirkətlə bağlı paylaşım VİDEO

05.06.2025 / 16:53
Çörək avtomobilində narkotik daşıyan şəxs saxlandı - 14 kiloqram...

05.06.2025 / 16:33
Bu il BMU-nun qəbul planı artırılıb

05.06.2025 / 16:27
ABŞ kəşfiyyatından xəbərdarlıq – Rusiya Ukraynaya genişmiqyaslı qisas hücumuna hazırlaşır...

05.06.2025 / 16:19
Hökumət binası qarşısında etiraz aksiyası: “Nikolu cəhənnəmdə gözləyirlər”

05.06.2025 / 16:10
Lerikdə 35 yaşlı kişini güllələyib dağın ətəyinə yuvarladılar

05.06.2025 / 16:02
DİN Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət etdi

05.06.2025 / 15:56
“Şərur” MTK zərərçəkənlərə 30 minlik ziyana görə 50 minlik çeklərə imza çəkdirib" - MƏHKƏMƏ

05.06.2025 / 15:40
Zaqatalada narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutuldu

05.06.2025 / 15:35
"Azərbaycan Ordusu azad olunmuş ərazilərdə öz mövqelərini daha da möhkəmləndirir" - Zakir Həsənov

05.06.2025 / 15:28
Prezident mədəni sərvətlərə vahid qaydada pasport verilməsi ilə bağlı dəyişikliyi təsdiqlədi

05.06.2025 / 15:11
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı

05.06.2025 / 15:02
Süni İntellektin Gündəlik Həyatımıza Təsiri

05.06.2025 / 15:01
Qurban bayramı: ibadət, paylaşma və mənəviyyatın bayramı

05.06.2025 / 14:58
FTB tərəfindən Vaşinqton ştatında həyata keçirilmiş reyd zamanı silah-sursat və nasist simvolları aşkarlanıb

05.06.2025 / 14:57
Bakı şəhərində tıxac yaranmasının səbəbi və bunun həlli yolları

05.06.2025 / 14:31
Məhkəmədə Ermənistan tərəfindən Azərbaycanın ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurulması faktları üzrə sənədlərin tədqiqinə başlanılıb

05.06.2025 / 14:16
“Azərbaycanın daxili işlərinə yersiz müdaxiləyə son qoyulmalıdır" - İsveçrə səfirinə açıq məktub...

05.06.2025 / 14:03
Gədəbəydə başına kisə keçirilən qadınla bağlı cinayətin üstü açıldı

05.06.2025 / 13:47
Bank kartlarından 10 minə yaxın pul oğurlandı...

05.06.2025 / 13:26
Kurort və sanatoriya xidmətlərindən ailələrlə birgə istifadə şərtləri açıqlandı

05.06.2025 / 13:12
Давайте, сравним, Азербайджан с Арменией - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

05.06.2025 / 13:06
Paşinyan onu “Qarabağı satmaqda”,” türk çəkmələri” yalamaqda ittiham edənləri görüşə çağırdı

05.06.2025 / 13:05
Paşinyan:-“Rusiya Erməni Apostol Kilsəsinə hakimiyyətlə döyüşmək əmrini verib

05.06.2025 / 13:04
Almaniya kansleri Fridrix Merz Vaşinqtona səfər etdi

05.06.2025 / 13:03
Imamoğludan sonra Özgür Özəlin də həbsinə hazırlıq başladı

05.06.2025 / 12:34
MDB-yə üzv dövlətlərin hökumət başçıları bir sıra sənədlər imzalayıblar

05.06.2025 / 12:24
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

05.06.2025 / 12:15
Əli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib - FOTO

05.06.2025 / 12:07
“Neftçi” 29 yaşlı futbolçu transfer etdi

05.06.2025 / 12:00
MDB Baş nazirləri sentyabrda Minskdə toplaşacaq

05.06.2025 / 11:41
Yenə İran, yenə narkotika qaçaqmalçılığı...

05.06.2025 / 11:33
Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Tacikistan Prezidenti ilə görüşündə iştirak edib

05.06.2025 / 11:28
Ukrayna Rusiyanın strateji aviasiyasının 30%-ni məhv etdi - təsdiqləndi

05.06.2025 / 11:19
"Artıq vətəndaşlar ədalətə inanmırlar”

05.06.2025 / 11:16
Putin İran yolçusudur - səfirdən açıqlama

05.06.2025 / 11:15
BDU-nun rektoru Elçin Babayev “EduData Summit - 2025” tədbiri çərçivəsində keçirilən sessiyada çıxış edib

05.06.2025 / 11:06
Babək Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub

05.06.2025 / 11:03
İran - Azərbaycan danışıqları. Düşmənə daha bir zərbə! - CANLI

05.06.2025 / 11:01
"Azərbaycan yalnız mənim buna olan inamımı gücləndirir" - Nataliya Bayona

05.06.2025 / 10:34
Zelenski: “Rusiya bütün dünyaya orta barmağını göstərir”

05.06.2025 / 10:30
Qazaxda BMW dirvara çırpılıb, 4 nəfər ölüb

05.06.2025 / 10:20
Trampın Harvard düşmənçiliyi - tələbələrə viza verilməsi dayandırıldı!

05.06.2025 / 10:14
Türkiyəli aktrisa bu serialda baş rola çəkiləcək

05.06.2025 / 10:06
Naxçıvanda anasını öldürməkdə şübhəli bilinən şəxs yaxalanıb

05.06.2025 / 10:00
Daha 62 nəqliyyat vasitəsi hərraca çıxarılacaq - dövlət qurumu açıqlama yaydı

05.06.2025 / 09:44
Türkiyə yenə silkələndi

05.06.2025 / 09:28
Qaraçuxurda işıq olmayacaq - sakinlərə XƏBƏRDARLIQ

05.06.2025 / 09:25
Ronaldo qocalmaq bilmir - almanlara qol vurdu, Portuqaliya finala çıxdı!

05.06.2025 / 09:23
QR kodlar da təhlükəlidir - iaşə-xidmət obyektlərində pul ödəyərkən ehtiyatlı olun…

Kiber məkanda uşaqları təhlükəli kontentlərdən qorumaq yolları var... və istifadə olunur...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456