Bazar günü, 25 may 2025
     

Dağlıq Qarabağ münaqişəsinin 2020-ci ilə qədər və sonrakı dövrü - 2023-də nöqtəni Əliyev qoydu...

Image

Azərbaycan bu dəfə 8 Noyabr Zəfər Gününü tamam başqa əhval-ruhiyyədə qeyd etməyə hazırlaşır. İlk dəfə bu gün bütün ərazimiz üzərində suverenliyimizin tam bərpa olunması şəraitində qeyd olunacaq. Bu, həm də ölkəmizin anti-Azərbaycan mövqedə olan qüvvələr üzərində qələbəsinin təzahürüdür.

Qeyd edək ki, prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bununla 30 illik erməni işğalına son qoyuldu. Məhz bu qələbə ilə də postsovet məkanında, hətta dünyada son illərdə ilk dəfə separatizm hərəkatı məhv edildi. Ali Baş Komandanın rəhbərliyi ilə hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu dünya hərb tarixinə düşən bir qələbəyə imza atdı. İşğalçı Ermənistanın 30 il ərzində qurduğu hərbi istehkamlar, ordu darmadağın edildi, milli birlik və döyüşçülərimizin igidliyi sayəsində böyük zəfər qazanıldı. Bu müharibənin, tətbiq olunan taktikaların dünya hərb tarixində analoqu yoxdur. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli sərkərdə kimi döyüş əməliyyatlarını elə apardı ki, ordumuz müharibənin hər günündə irəlilədi və yeni-yeni zəfərlərə imza atdı.  Qarabağın tacı hesab olunan Şuşanın azad olunması tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan təslimolma sənədinə imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.  Bu tarixi qələbədən sonra imzalanan üçtərəfli bəyanatdan sonra iddialar səslənirdi ki, qələbəmiz yarımçıq qalıb.  Çünki Sərsəng, Ağdərə, Xocavənd, Xankəndi, Xocalı,  Əsgəran hələ də düşmən tapdağında qalmışdı. Qərb dünyası, o cümlədən ABŞ, Avropa İttifaqı, Fransa  kimi ölkələr 30 illik işğal dövründə olduğu kimi, bu mərhələdə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı tərəf idilər. Onlar ATƏT-in Minsk qrupunun reanimasiyası kimi riyakarlıqla dolu utancverici addım atmağa da cəhd etdilər. Fransa və ABŞ-ın  Minsk qrupunun yenidən bərpası və reanimasiyası haqqında bəzi bəyanatlarla çıxış etməsi 30 illik danışıqlar prosesi çərçivəsində hansı missiyanı həyata keçirdiklərini bir daha göstərirdi. Bu dəfə isə əsas niyyətləri  Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ilin nəticələri ilə məhdudlaşmağa məcbur etmək idi. 

Amma yenə də məqsədlərinə çata bilmədilər. Bu ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri ilə 44 günlük müharibəyə yekun vuruldu. Bununla Azərbaycan pozulan hüquqlarını, ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Nəticədə ermənilərin işğalçılıq siyasətinə son qoyuldu. Azərbaycan bayrağı Sərsəng, Ağdərə, Xocavənd, Xankəndi, Xocalı,  Əsgəranda ucaldıldı. Nəticədə Azərbaycan öz suverenliyini tam bərpa etdi. Rəşadətli ordumuz Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində erməni hərbi birləşmələrini diz çökdürdü. Antiterror tədbirləri zamanı da Azərbaycan hərbçiləri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrimiz heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəf almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı yüksək səviyyədə yerinə yetirərək yalnız hərbi infrastruktur sıradan çıxarıldı. 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa edildi. Hazırda Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Bununla yanaşı, Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiya üçün müvafiq addımlar atır. bu məqsədlə portal yaradılıb, eləcə də sakinlər əyani olaraq Xankəndidə müvafiq dövlət qurumlarımızın əməkdaşlarına yaxınlaşaraq müraciət edə bilərlər. Əgər Ermənistan sülhə gələrsə, regionumuz bundan sonra təhlükəsizlik və əməkdaşlıq şəraitində yaşaya bilər. Amma görünür ki, rəsmi İrəvan və ona diqtə edənlər  sülhdə maraqlı deyil.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

25.05.2025 / 12:33
Tramp dünyada demokratiyanı ordu gücüylə yaymayacaq

25.05.2025 / 12:19
Ən böyük qızıl ehtiyatları yerin nüvəsində gizlənir

25.05.2025 / 12:03
Ceyhun Bayramov Andrey Sibiqa ilə görüşdü

25.05.2025 / 11:47
Moskvanın bütün hava limanları gecə saatlarında fəaliyyətini dayandırdı

25.05.2025 / 11:20
Tramp Rusiyanı ABŞ-ın hipersəs raket texnologiyasını oğurlamaqda günahlandırdı

25.05.2025 / 10:55
Prezident İlham Əliyev Misir Senatının sədrini qəbul edib - FOTO

25.05.2025 / 10:28
Prezident İlham Əliyev İordaniya Kralına təbrik məktubu ünvanlayıb

25.05.2025 / 10:06
Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - FOTO

24.05.2025 / 22:30
Cinayətkar pişik! Polisi dişlədi, pəncə izləri götürüldü

24.05.2025 / 22:18
Kiyev Kremllə birbaşa dialoqa can atır

24.05.2025 / 20:32
Azərbaycanın universitet rektorları öz məzunlarının taleyinə niyə bu qədər biganə qaldılar?

24.05.2025 / 20:08
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub

24.05.2025 / 19:52
ABŞ Nümayəndələr Palatasının üzvü Qəzza zolağına nüvə bombası atmağa çağırdı

24.05.2025 / 19:19
Ərdoğan Suriya lideri ilə görüşdü

24.05.2025 / 19:15
Ukrayna ilə müharibənin Rusiyaya sürprizləri: -“Doğum və ölüm nisbətı Rusiyada niyə gizlədilir?

24.05.2025 / 19:13
Pakistan hava məkanını Hindistan təyyarələri üçün bağladı

24.05.2025 / 18:19
Hindistan ordusu Pakistan vətəndaşlarına atəş açdı - sərhəddə gərginlik yenidən yüksəldi...

24.05.2025 / 17:42
ABŞ-ın vitse-prezidentindən gözlənilməz açıqlama - ABŞ-ın mübahisəsiz hökmranlığı dövrü bitdi…

24.05.2025 / 16:51
Bakı Təhsil İdarəsindən uşaq bağçasında kommunal problemlərə dair iddialara reaksiya...

24.05.2025 / 16:37
Sumqayıtda kartlardan 2750 manat oğurlayan qadın saxlandı

24.05.2025 / 16:22
Avropa Birliyi Viktor Orbanı müstəqil siyasətinə görə mayın 27-də cəzalandıracaq...

24.05.2025 / 16:07
İran ilk hava taksisini istifadəyə verdi

24.05.2025 / 16:05
Riyaziyyatdan buraxılış səviyyəsi ilbəil aşağı düşür - DİM-in islahatlarının iflası, ya tədrisin keyfiyyəti?

24.05.2025 / 15:52
Türk Dövlətləri Təşkilatının əsas siyasi hədəfi Bakıda bəyan edildi...

24.05.2025 / 15:44
“Vanetsyan Ermənistanın baş naziri postuna namizəd ola bilər”

24.05.2025 / 15:37
İrəvan qazısı necə işləyəcək, İrəvana gedəcəkmi?- Başqa suallar da var...

24.05.2025 / 15:21
Budapeşt Zirvə görüşü Türk dünyasının həmrəyliyinə və rifahına mühüm töhfəsi ilə yadda qaldı

24.05.2025 / 14:45
Ermənistanda 5-ci kolonun fəallaşması fonunda Köçəryanın Moskva səfəri

24.05.2025 / 14:30
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə xatirə abidəsi qurulub

24.05.2025 / 14:08
"İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi qərarını alqışlayırıq" - İcma

24.05.2025 / 13:50
DİN bir gündə bank kartlarından oğurlanan vəsaitin məbləğini açıqladı

24.05.2025 / 13:34
88 min dollara yaxın pulu ölkədən çıxaran şirkət cərimələndi...

24.05.2025 / 11:24
Qobustanda 2 avtomobil toqquşub

24.05.2025 / 11:15
"Azərbaycanda 2600-dən artıq vəkil fəaliyyət göstərir" - Anar Bağırov

24.05.2025 / 11:04
Tunar Cahangirov – Rənglərlə danışan gənc İstedad

24.05.2025 / 10:25
“Şamaxı” “Qarabağ”a, “Sabah” “Neftçi”yə qarşı

24.05.2025 / 10:15
"Çin mallarına yeni tariflər tətbiq edin" - Trampdan Avropa İttifaqına TƏLƏB

24.05.2025 / 10:08
BAAU-da “Türk dövlətləri gənclərinin həmrəyliyinin gücləndirilməsinə ideoloji dəstək” adlı tədbir keçirilib

24.05.2025 / 09:27
Səsi yayılan direktorun məsələsini kim araşdırmalıdır - Bakı Təhsil, ya kriminalistlər?...

24.05.2025 / 08:42
92 benzinin qiyməti iyunun 1-dən dəyişə bilər...

23.05.2025 / 23:23
"Beş il əvvəl Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz xəyal kimi qəbul oluna bilərdi" - Hikmət Hacıyev

23.05.2025 / 22:14
Ermənistan baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib - FOTO

23.05.2025 / 21:37
“Lavrov Ağrıdağın fonunda - Türkiyəyə siqnal, İrəvana sual ünvanladı”

23.05.2025 / 21:34
Tramp 175 milyard dollarlıq “Qızıl gümbəz”lə kimə qarşı müharibəyə hazırlaşır...

23.05.2025 / 21:20
ABŞ-a görə, 907-ci düzəlişin taleyi Bakı-İrəvan sazişindən asılıdır...

23.05.2025 / 21:07
Fransa türmələri ağzınadək dolub, Makron Avropa ölkələrində icarəyə türmə axtarır - biabırçılıq...

23.05.2025 / 20:56
Erməni katalikosu Allahşükür Paşazadəyə həyasızcasına cavab verdi

23.05.2025 / 20:53
Rusiya və Ermənistan yeni təhlükəli Qarabağ oyununa başlamaq istəyirlər...

23.05.2025 / 20:39
“İbrahim razılaşmaları”, ya ABŞ-İsrail-Azərbaycan üçtərəfli sazişi - 907-nin ləğvi haradan keçir...

23.05.2025 / 20:26
Zəngəzur dəhlizi Ermənistandan çox İranı qıcıqlandırır... Səfirin aşırı bəyanatı...

23.05.2025 / 20:24
Lukaşenko Prezident İlham Əliyevi təbrik etdi

23.05.2025 / 20:17
İznikdə Birinci Nikea Şurasının 1700 illiyi qeyd olunub

23.05.2025 / 20:14
"Azərbaycan və Gürcüstan arasında münasibətlər Cənubi Qafqazda sabitləşdirici rol oynayır" - Sahibə Qafarova

23.05.2025 / 20:09
Azərbaycanın üzərinə birbaşa hərbi müdaxilə öhdəliyi götürmüşdü - Ter-Petrosyanın boğazında qaldı...

23.05.2025 / 20:02
Prezident Administrasiyasının nümayəndəsi ADUPDK yanında İctimai Şuranın üzvləri ilə görüşüb

23.05.2025 / 19:55
AMİP kimi bu nümunəni daha hansı partiyalar göstərib?..

23.05.2025 / 19:52
Bakıda TDT daxili işlər nazirlərinin ikinci görüşü keçirildi - FOTO

23.05.2025 / 19:42
Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırdı

23.05.2025 / 19:41
Ermənistanla Azərbaycan qarşılıqlı olaraq bir-birinin namizədliyini dəstəklədi

23.05.2025 / 19:40
Bakı "İlin şəhəri" seçildi

23.05.2025 / 19:37
Sosial şəbəkələrdə şəkər, psarioz və xərçəngin müalicəsi “tapılıb” - əsl həkimlər nə deyir?..

23.05.2025 / 19:24
İsrail nüvə müharibəsinə başlayır - İran isə onu məhv edəcəyini bildirdi...

23.05.2025 / 19:11
"Avropa Siyasi Birliyinin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram" - Paşinyan

23.05.2025 / 19:05
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdamda keçirildi - FOTO

23.05.2025 / 18:58
Töhmət almış iki məktəb direktorunun günahı nə idi...

23.05.2025 / 18:44
Şərurlu İsfəndiyar məhkəmələrdə "savadsız adamam" ifadəsini tez-tez səbəbsiz işlətmir, onun hədəfi var...

23.05.2025 / 18:29
Netanyahu Makron və Starmeri HƏMAS-ı dəstəkləməkdə ittiham etdi

23.05.2025 / 18:27
Putin Vatikanı yox, İstanbulu seçdi

23.05.2025 / 18:27
“Keç bizim tərəfə Avropanı birgə ələ keçirək”

23.05.2025 / 18:26
Lavrov İrəvan Üniversitetində qızlara söz atdı

23.05.2025 / 18:24
ABŞ senatoru İmamoğlunun müdafiəsinə qalxdı

23.05.2025 / 18:17
Gürcüstanı həm boğur, həm də onun üstündən Orta Asiyaya yol axtarır - Avropanın istedadsız siyasəti...

23.05.2025 / 18:04
Tramp azərbaycanlı tələbələri də Harvarddan qovacaq - cəmi 6800 tələbə...

23.05.2025 / 17:56
Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək

23.05.2025 / 17:50
Ali Məhkəmənin "əsassız varlanma" qərarı yeni mübahisələrə əsas verdi...

23.05.2025 / 17:37
Rusiya-NATO müharibəsinin vaxtı açıqlandı - Azərbaycan kimin(sə) tərəfində olacaq...

23.05.2025 / 17:24
Qarmonçu Stepanyan şedevr Azərbaycan musiqilərini oğurlaya bilmədi...

23.05.2025 / 17:11
Azad rayonlarda “yaşıl enerji” mənbələri...

23.05.2025 / 16:54
İstanbul Böyükşəhər Bələdiyyəsində 4-cü dalğa həbs əməliyyatına start verildi

23.05.2025 / 16:54
Halit Ergenç və Rıza Kocaoğlu həbs edildi!

23.05.2025 / 16:51
Tramp Cənubi Afrikadakı “ağ soyqırımı” əsaslandırmaq üçün Konqo fotosundan istifadə etdi

Azad rayonlarda “yaşıl enerji” mənbələri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678