Latviyadan Ukraynaya ilginc dəstək - müsadirə edilən avtomobillər Kiyevə göndərildi…
ABŞ və Avropa ölkələri Rusiya ilə müharibədə Ukraynaya ciddi iqtisadi dəstək və silah yardımı edir.
Bu dəfə Latviya Ukraynaya maraqlı dəstəklə gündəmə gəlib. Bildirilib ki, Latviyada sərxoş olduğu müəyyən edilən sürücülərə məxsus 271 avtomobil Ukraynaya hədiyyə edilib.
Delfi xəbər portalının məlumatına görə, Latviya Parlamenti (Saeima) fevralın 16-da sərxoş sürücülərin avtomobillərinin müsadirə edilərək Ukraynaya bağışlanmasına icazə verən qanun layihəsini qəbul edib. Qanunun qüvvəyə mindiyi gündən ələ keçirilən 903 min 453 avro dəyərində 271 avtomobil Ukraynaya gətirilib, 34 avtomobilin isə yaxın vaxtlarda Kiyevə göndərilməsi gözlənilir.
TAHİR