ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti Prezident İlham Əliyevə məktub göndərdi
ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, cənab Prezident.
Doğum gününüz mübarək. Bu əlamətdar gündə Azərbaycan xalqı və bütün dünyadan olan insanlara qoşularaq Sizə - görkəmli dövlət xadimi, sadiq beynəlmiləlçi və mərhəmətli insana xoşbəxtlik arzulamaqdan şərəf duyuram.
Cənab Prezident, Sizin fəaliyyətinizin və ümumbəşəri dəyərlərə sadiqliyinizin dünyamız üçün nə demək olduğunun şahidi olmuşam. Azərbaycan cəmiyyəti üçün əsas dəyərlərdən olan tolerantlığın və dinc yanaşı yaşamağın inkişafına verdiyiniz böyük töhfəyə görə Sizi alqışlayıram.
Möhtərəm cənab Prezident, əmin ola bilərsiniz ki, bəşəriyyətə sədaqətinizin və möhtəşəm təvazökarlığınızın izi tarixdə əbədi qalacaq. İnanıram ki, Siz bundan sonra da uzun illər müdriklik və ümid nümayiş etdirərək hamımızı birlikdə daha yaxşı bir dünya yarada biləcəyimizə inanmağa ruhlandıracaqsınız.
Tanrı Sizə möhkəm cansağlığı, uzun illər sevinc dolu xoşbəxtlik nəsib etsin!"