Putin Kiyevə atəşkəs təklif edib? - Ancaq bir metr belə geri çəkilməyəcək...
Rusiya prezidentinin mətbuat katibi bəyan edir ki, Vladimir Putin danışıqlara hazırdır, ancaq yalnız, Rusiyanın məqsədlərinə çatmaq üçün.
Dimitri Peskov Amerikanın “Nyu York Tayms” nəşrinin Rusiya prezidenti qeyri-rəsmi kanallar vasitəsilə mövcud təmas xəttini qoruyaraq Ukraynada atəşkəslə bağlı danışıqlar aparmağa hazır olduğu barədə yazılan məqaləsini bu cür şərh edib.
Qeyd edək ki, “New York Times” yazıb ki, o, bu məlumatı Kremlə yaxın olan iki keçmiş məmurdan, həmçinin Putinin emissarından mesaj alan Amerikalı və beynəlxalq yüksək rütbəli məmurlardan alıb.
Məqalədə deyildiyinə əsasən, danışıqlara başlamaq üçün Putinin öz qələbəsini elan etməsi vacibdir. Bununla yanaşı, nəşr yazır ki, “Rusiyanın işğal olunmuş Zaporojya, Xerson, Donetsk və Luqansk vilayətləri ilə bağlı iddiaları, Zelenski administrasiyasının devrilməsi, eləcə də Ukraynanın NATO-ya üzv olmaması kimi məsələlər Putin üçün fundamental tələblər deyil.”
“Putin həqiqətən də mövcud mövqelərdən dayanmağa hazırdır, lakin o, bir metr belə geri çəkilməyi düşünmür”, – “New York Times” qəzeti ilə söhbətində anonim mənbə bildirib.
Eyni zamanda, nəşr qeyd edir ki, ABŞ-ın heç vaxt Ukrayna adından Rusiya ilə danışıqlar aparmaması Amerika tərəfi üçün problemdir və Vaşinqton bunu etmək istəmir.
ZÜMRÜD