Praqada qətliam - polis ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİNİ yaydı...
Praqa polisi iki gün əvvəl Çex Respublikasının paytaxtı Praqada azı 15 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı hücumla bağlı əməliyyatın görüntülərini paylaşıb. Görüntülərdə polisin universitet dəhlizində axtarış apararaq tələbələri çölə çıxarmağa çalışdığı anlar əks olunub.
Çexiya Daxili İşlər Nazirliyi Çarlz Universitetinin İncəsənət fakültəsində baş verən silahlı hücumda yaralananlar arasında üç əcnəbinin olduğunu da açıqlayıb. Onlardan biri Hollandiya vətəndaşı, ikisi isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır.