Bazar günü, 13 iyul 2025
     

Makronun Bakıda casus şəbəkəsi Fransa dövlətçiliyini "yerə sürtdü" - TŞ-də daimilik statusu da itiriləcək...

Image

Bu gün Fransa xarici siyasət sahəsində böyük iflas yaşamaqda, dünyada onsuz da zəifləmiş nüfuzunu demək olar ki, tamamilə itirməkdədir. Bunun ümdə səbəbi müstəmləkəçilikdən əl çəkməyən Fransanın digər ölkələrin daxili işlərinə qarışmaq cəhdi, BMT Təhlükəsizlik Şurasında daimi üzv olmaq kimi mövqeyindən sui-istifadə etməsidir. 

Bu fonda Fransanın Vyana konvensiyası da daxil olmaqla beynəlxalq qanunvericiliyin tələblərini kobud formada pozması müşahidə olunur. Bunu Azərbaycanla bağlı olay da təsdiq edir. 

Qeyd edək ki, bu yaxınlarda Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı nəticəsində ölkə ərazisində Fransa səfirliyinin kəşfiyyat şəbəkəsi aşkarlanıb.Yayılan məlumatlardan belə bəlli olur ki, bu rezidentura Fransanın "tərəfdaşları" kimi tanınan ölkələrin nümayəndələrinə qarşı çox inamlı və sakit şəkildə kəşfiyyat əməliyyatları aparıb. Üstəlik, rezidentura geniş əlaqələrdən istifadə edərək region ölkələrində fəal şəkildə fəaliyyət göstərib, yeni məqsədlər formalaşdırıb və təsir dairəsini genişləndirib. Məlumatlı mənbələrin xəbərinə görə, bu istiqamətdə araşdırma bir-biri ilə əlaqəli olan şəxslərin şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı məqamları üzə çıxarıb. Belə ki, uzun illər Fransa kəşfiyyatının ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq təşəbbüsü ilə çıxış edib. Onun əməkdaşlığı nəticəsində Azərbaycanda xidmət etmiş, fəaliyyətlərini davam etdirən, bəziləri isə hazırda bir sıra qonşu dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən onlarla fransız məxfi agent ifşa edilib. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyəti ilə bağlı sübut və sənədlər təqdim olunub. Bundan başqa, məlum olub ki, Azərbaycanın xüsusi xidmət orqanlarının apardığı cinayət işi ilə bağlı Ukrayna, Gürcüstan və Azərbaycanla bağlı kəşfiyyat fəaliyyəti həyata keçirmiş bir sıra şəxslər həbs edilib. Mənbənin fikrincə, bu uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə ciddi zərbə vuracaq. Eyni zamanda, ötən gün yayılan xəbərlərdə Fransa prezidenti Emmanuel Makronun Fransa Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin direktoru Bernard Emyeri vəzifəsindən azad etdiyi bildirilib. 

Xatırladaq ki, Afrika və Cənubi Qafqaz regionunda kəşfiyyatın uğursuzluğundan sonra onun mümkün istefası müzakirə edilməyə başlanılmışdı. Hələ 2023-cü ilin avqustunda Makron Fransa xarici kəşfiyyatının rəhbərinə qarşı narazılığını ifadə etmişdi. Buna səbəb Emyerin fəaliyyətinin Parisin Afrika və Şərqi Avropadakı mövqelərinə zərbə vurması olub. Maraqlıdır ki, Daxili Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik edən Nikolya Lerner Fransa Baş Qərargahının rəhbəri təyin edilib. Amma burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycan və digər ölkələrin daxili işlərinə qarışılması elə Makronun xeyir-duası ilə baş tutub. Deməli, bütün bunlar həm də Makronun iflasıdır. 

Qeyd edək ki, baş verənlər Fransa xüsusi xidmət orqanlarının son 50 ildə ən böyük  biabırçı iflası hesab edilir. Bunu Fransaya məhz Azərbaycan xüsusi xidmət orqanları yaşadıb. Baş verənlər Fransanın Cənubi Qafqazda siyasətinin daha sürətli iflasıdır. Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı sayəsində suverenliyimiz qorunub, ölkəmiz daxilində casusluq şəbəkəsi və ölkənin müstəqilliyinə təhdid törədə biləcək hərəkətlərin qarşısı alınıb. Daha bir önəmli məqam odur ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birinin digər ölkənin ərazisində casusluq şəbəkəsi qurması yolverilməzdir. Bu, beynəlxalq hüquq normalarına, ölkələr arasında qurulan səmimi münasibətlərə zərbədir. Belə vəziyyət hətta ekspertlərə görə, Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünü də sual altına alır. Fransanın Azərbaycana qərəzli münasibəti çoxdan bəllidir, casusluq şəbəkəsinin ifşa olunması bu dövlətin məkrli planlarından xəbər verir.  Fransanın iflasının əsasında Makronun yürütdüyü düşünülməmiş, yanlış siyasəti dayanır. Makron Fransanın dünyada mənafelərinə çox ciddi zərbə vurdu. Makronun dövlət başçısı olduğu müddətdə anti-fransız əhval-ruhiyyə pik həddə çatıb. Uzun müddətdir ölkə daxilində yaşanan etirazlar indi sürətlə Fransanın vaxtilə müstəmləkəsi olan ərazilərə yayılıb. İfrat dərəcədə sərt siyasət, pozulan hüquqlar, müstəmləkəçi yanaşma etirazların dalğasını genişləndirib. Fransanın fəxrlə elan etdiyi frankomaniya ideyasının da artıq nifrət doğurduğunu demək mümkündür. Casus şəbəkəsi ilə bağlı olay da Fransanın növbəti süqutudur. Makronun Cənubi Qafqaz siyasəti bərbad olduğu kimi, Afrika siyasətinin də uğursuzluğa düçar olacağı şəksizdir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910