Türkiyədə güclü ana müxalifətsizlik dövrü başlayır...
Kılıcdaroğludan sonra böyük Atatürkün partiyasında bənzərsiz bir zəifləmə dövrü başlaya bilər. CHP rəhbərliyində xarizmasızlıq dövrü gəlir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bundan sonra CHP-də kiminsə Ərdoğanın qarşısında qalib gəlmək yox, Kılıcdaroğlu kimi heç olmasa 25 milyon səs ala bilməsi çətin ki, mümkün olsun. Qardaş ölkənin həm də güclü ana müxalifətsizlik dövrü başlayır.
CHP-nin indiki başqanı Özgür Özəllə İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu arasında gizli bir sövdənin izlərini görürəm - İmamoğlu Özəlin başqanlığa namizədliyini dəstəklədi, Özəl isə İmamoğlunun prezidentliyə namizədliyini dəstəkləyəcək.
Bütün hallarda Özəlin CHP-nin tarixinə yeni inkişaf dövrü gətirə biləcəyi o qədər real görünmür...
Ancaq siyasət sürprizlərsiz olmur...
Tahir TAĞIYEV