Ağsuda "Mercedes" aşıb, ata və oğul ölüb
![Image](/uploads/posts/2023-11/dfd7468a169925425753333433710038913.webp)
Ağsu dolaylarında qəza baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində “Mercedes” markalı avtomobil aşıb.
Nəticədə Ağsu rayonu Cəlayır kəndindən olan 1974-cü il təvəllüdlü Xangəliyev Əmir Ağaxan oğlu və 2008-ci il təvəllüdlü Xangəliyev Məsud Əmir oğlu ölüb, Ağsu rayon Padar kənd sakini 1999-cu il təvəllüdlü Həsənli Həsən Nazim oğlu ağır yaralanıb.
Ölənlər ata və oğuldurlar. Faktla bağlı araşdırma aparılır.
Mətləb