Naxçıvanda yeni nazir müavini təyin olundu
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin edilib. Bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.
Sərəncama əsasən, Aqil Qəribov nazirin yeni müavini təyin olunub.
A.Qəribov bu vəzifəyə qədər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin aparat rəhbəri olub.
ZÜMRÜD