Şənbə günü, 31 may 2025
     

Yeni kommunikasiya texnologiyaları dövlət idarəetməsinə necə inteqrasiya olunur...

Image

Hazırda Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya kommunikasiya texnologiyaları sahəsi inkişaf səviyyəsinə görə fərqlənir. Ölkəmizdə bu sahə üzrə  innovasiya yönümlü fəaliyyətin inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Bir ümumiləşdirmə aparsaq, dövlət tərəfindən müasir texnologiyaların tətbiqinin təkmilləşdirilməsi, daha  informativ cəmiyyətin qurulması üçün daima islahatların aparıldığını görərik. Bu islahatların  əsas istiqamətləri isə iqtisadi tədbirlərin səmərəli həyata keçirilməsi ilə təmin olunmalıdır. Əsas istiqamətlər dedikdə: İKT sahəsinin inkişafında dövlət dəstəyinin artırılması, informasiya cəmiyyəti və iqtisadiyyatının təşkilində digər ölkə təcrübələrinin öyrənilməsi və tətbiqi, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, İKT üzrə innovasiya fəaliyyəti ilə məşğul olan  subyektlərə stimullaşdırıcı xarakterli maliyyə ayrılması, eyni zamanda, müxtəlif yeni texnoloji vasitələr və mexanizmlərin hazırlanması istiqamətlərində yardım və s. nəzərdə tutulur. Ən başlıcası isə İKT sahəsi üzrə sahəsində nəzərdə tutulan mühüm tədbirlərin lazımi səviyyədə həyata keçirilməsi və fəaliyyətin səmərəlilik səviyyəsinin artırılması üçün, yüksək nəzəri biliklərə və müəyyən təcrübəyə malik olan kadr hazırlığı səviyyəsinin artırılması mütləqdir.

Vətəndaşlara pensiya hüququnun müdafiəsi üçün məlumatlanmaq imkanı yaradılıb 

Artıq neçə ildir ki, bir sıra dövlət orqanlarında, nazirliklərdə əhaliyə internet informasiya ehtiyatları vasitəsilə elektron xidmət göstərilir. Məsələn, sığorta-pensiya sisteminin yenidən qurulmasını buna misal göstərmək olar. Ölkənin ən ucqar kəndlərində belə, pensiya və müavinətlərin ödənilməsi avtomatlaşdırılıb. Ölkə vətəndaşları idarə qapıları döymədən, poçtda növbə gözləmədən, vaxt itirmədən pensiya və müavinətlərini kartları ilə ala bilir. Bunlar həm də şəffaflığın təmin olunmasına xidmət edir. Vətəndaşlara pensiya hüququnun müdafiəsi üçün məlumatlanmaq imkanı yaradılıb. Hər kəs internet vasitəsilə fərdi qaydada alacağı pensiyanı bəri başdan öyrənə bilir. Respublika ərazisində sistemin avtomatlaşdırılması və xüsusi mühafizə olunan "Mərkəzi server"də cəmləşdirilməsi üçün də ardıcıl tədbirlər həyata keçirilir. Çünki dövlət orqanları ilə ünsiyyətdə, sənədləşdirmədə, qeydiyyata almada, ərizə və arayış vermədə və digər əlaqələrdə süründürməçilik, bürokratik əngəllər aradan qalxdığı üçün vətəndaş əziyyət çəkmir, eyni zamanda, şəffaflıq yaranır.

Azərbaycanda zəruri qanunvericilik bazası mövcud olsa da…

İKT üzrə ekspert İlkin Həsənzadə qəzetimizə bildirdi ki, müasir dövrdə korrupsiyaya qarşı mübarizə yeni mərhələyə qədəm qoyub: "Dövlətin idarəetmə metodları inkişaf etdikcə, bu, anti-korrupsiya siyasətindən də yan keçmir və bu istiqamətdə istifadə edilən metodlar artıq köhnəlmiş və klassik hesab olunur. Aydın məsələdir ki, korrupsiyasız cəmiyyət mövcud deyil, lakin bu, onunla mübarizənin mənasız olması anlamına gəlməməlidir. İnkişaf etmiş dövlətlər bu "bəla" ilə ciddi mübarizə apararaq, onu ən aşağı həddə endirmişlər. Günümüzün reallığıdır ki, internet korrupsiyaya qarşı mübarizə və şəffaflıq siyasətinin tətbiqi üçün əsas elementdir. 

Bir pəncərə prinsipinə əsaslanan e-hökumət quruculuğu ölkəmizdə son illərdə sürətlə inkişaf edir. Azərbaycanda elektron hökumət son illərdə sürətlə inkişaf etmiş, bu sahədə qabaqcıl dövlətlərin təcrübəsindən istifadə genişlənib.  Beynəlxalq indekslərə əsasən Azərbaycan elektron hökumət imkanlarından istifadəyə görə sıralamada ciddi irəliləyiş əldə etmişdir.  E-hökumət prosesləri sadələşdirmək və vaxt itkisinin qarşısını almaqla yanaşı, korrupsiyanın qarşısının alınmasında effektiv vasitədir. Bu, həm vətəndaşların rahatlığını təmin edir, həm də dövlət idarəçiliyini rahatlaşdırır, qurumlar arasında əlaqənin idarə olunmasındamühüm rol oynayır. Bununla bərabər qeyd etmək lazımdır ki, e-hökumət korrupsiyanın qarşısının alınmasında yeganə vasitə deyil. E-hökumətin əsas rolu vətəndaş-məmur əlaqələrini sıfıra endirmək, fərdi yanaşmanı aradan qaldırmaq və korrupsiyanın baş tutma ehtimalını minimallaşdırmaqdır. Azərbaycan Respublikası üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq bu sahədə mövcud olan normativ-hüquqi bazasını təkmilləşdirir, qabaqcıl dövlətlərin təcrübəsindən maksimum yararlanmağa çalışır. Hesab edirik ki, mövcud problemlərin həll ediləcəyi, bütün dövlət xidmətləri bir pəncərə - elektron hökumət portalına inteqrasiya ediləcəyi və qabaqcıl ölkələrin təcrübələrindən istifadə ediləcəyi təqdirdə elektron dövlət antikorrupsiya siyasətinin effektiv vasitələrindən birinə çevrilə bilər və bu da ölkəmizin beynəlxalq indekslərdə daha yaxşı mövqelərdə yer tutmasına şərait yara bilər. Çünki e-hökumət quruculuğunun təkmilləşdirilməsi bürokratiyanın aradan qaldırılması və bunun məntiqi nəticəsi olaraq şəffaflığın təmin olunmasına təkan verəcək. 

Təhlillər göstərir ki, Azərbaycanda zəruri qanunvericilik bazası mövcud olsa da, elektron dövlət quruculuğunda bir sıra problemlər mövcuddur. Problemlərdən biri təlim keçmiş kadr potensialının çatışmazlığı və ucqar ərazilərdə İKT-nin geniş yayılmamasıdır. Məsələn, elektrik, kompüter kimi infrastruktur və avadanlıqlarla təchiz olunmamış ucqar ərazilərdə elektron dövlətin tətbiqi heç kəsə fayda vermir. Elektron dövlətin tətbiqi üçün rəqabətqabiliyyətli, ucuz telekommunikasiya infrastrukturunun yaradılması vacibdir. 

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

31.05.2025 / 16:03
“Belə çıxır ki, bu küfr edənlər heç oruc tutmurlar”: Nikol Paşinyan ruhanilərdən əl çəkmir

31.05.2025 / 16:01
Rusiya Ukraynanın sülh danışıqlarına gəlməməsindən qorxuya düşüb

31.05.2025 / 15:42
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb...

31.05.2025 / 15:06
Goranboyda mülki şəxs minaya düşdü, sol ayağı amputasiya edildi

31.05.2025 / 14:48
Polis əməliyyat keçirdi, 9 kiloqram narkotik aşkarlandı

31.05.2025 / 14:23
Sərhəddə mobil telefon əməliyyatı - təhqiqatçı islah işlərinə məhkum edildi

31.05.2025 / 13:11
Avroparlamentin Kipr deputatı İlham Əliyevin sözlərindən yanıb yaxıldı...

31.05.2025 / 11:29
Paşinyan kilsəni dövlət sistemindən silib atmaq fikrindədir ...

31.05.2025 / 11:28
Katalikos Paşinyana - Məni bu vəzifəyə sən seçə bilməzsən....

31.05.2025 / 11:26
Tramp iyunun 2- də İstanbula ruslarla danışığa nümayəndə göndərməyəcək...

31.05.2025 / 11:20
ABŞ- da 47 milyon dollar COViD pulunu yemiş 14 erməni tutuldu....

31.05.2025 / 10:20
Goranboyda qardaş bacısını bıçaqlayıb

31.05.2025 / 10:13
Paşinyan hökm etdi- Katalikosu dövlət seçməlidir...

31.05.2025 / 10:02
Müstəntiqlər səfirlikdə əməliyyat keçirdilər....Müttəfiqlərin arası dəyir...

31.05.2025 / 09:28
Tik tok-da qadınları şantaj edən 19 yaşlı dələduz saxlanılıb

31.05.2025 / 09:27
Azərbaycandan xaricə kütləvi qızıl axını var...

31.05.2025 / 09:17
Daha 38 ailə Laçına yola salınıb

31.05.2025 / 09:10
Bu axşam Çempionlar Liqasının finalı olacaq

31.05.2025 / 09:03
“Kilsə Paşinyana mane olan yeganə strukturdur”

31.05.2025 / 08:42
Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdi

31.05.2025 / 08:42
Rus turistləri Bakıya gəlməkdən niyə çəkinir - məsələdə siyasi çalar ehtimalı...

30.05.2025 / 22:43
Tərtərdə daha bir mülki şəxs minaya düşdü

30.05.2025 / 22:10
Gəncənin bombalanmasının Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və tapşırığı əsasında həyata keçirildiyi məhkəmədə elan edilib - FOTO

30.05.2025 / 21:26
Kreml Qarabağdan İrəvana köçmüş erməniləri hələ də "unuda bilmir"...

30.05.2025 / 21:12
ABŞ-Azərbaycan əlaqələrində böyük imkan - Senator 907-nin ləğvinə eyham vurur?..

30.05.2025 / 20:57
Azərbaycanı iqlim risqləri gözləyir - Xəzər barədə sammit qərarı verildi...

30.05.2025 / 20:43
Rusiya Ukraynaya memorandum təklif etdi, ancaq elə şərt qoydu ki...

30.05.2025 / 20:39
Qərb Rusiyaya neft və qaz üçün Ukraynaya verdiyi yardımdan daha çox pul ödədi

30.05.2025 / 20:30
"Azərbaycanlılar qayıdıb Ermənistanda yaşayacaq" - Paşinyandan şok xəbər... Müxalifət qalxdı...

30.05.2025 / 20:17
Trampın komandası dağılır - həssas Mask iflası öncədən görür?

30.05.2025 / 20:03
Tramp və Putinin "mehriban düşmənçiliyi" davam edir - arada Ukrayna əldən gedir...

30.05.2025 / 19:50
“Azdrama”da aləm yenə bir-birinə dəyib - Nurla Hüseynovun qarşıdurması...

30.05.2025 / 19:37
Gəncədə mülki əhalinin və infrastrukturun bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları məhkəmədə elan olundu

30.05.2025 / 19:30
“Trampı Kiyevdən daha çox Rusiya ilə münasibətlər maraqlandırır”

30.05.2025 / 19:24
Prezidentin kinematoqrafiya ilə bağlı son sərəncamının əsas məqsədləri...

30.05.2025 / 19:18
Latviya Prezidenti Prezident İlham Əliyevə təbrik ünvanlayıb

30.05.2025 / 19:16
Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

30.05.2025 / 19:11
İran Ərdoğanın sözünü eşitsə, Zəngəzur dəhlizi daha tez açıla bilər(?)...

30.05.2025 / 18:48
ABŞ kəşfiyyatının hesabatından sonra Rusiyanın Azərbaycana münasibəti dəyişəcək...

30.05.2025 / 18:35
Trampın bu sözlərindən sonra hamı Qafqazda sülh üçün əməli addımlar gözləyir...

30.05.2025 / 18:21
Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

30.05.2025 / 18:07
Erməni separatçılarının Xankəndidə tikdiyi saxta qədim mağara kompleksi...

30.05.2025 / 17:53
Tramp qarşıdakı illərdə Azərbaycanla bağlı yeni təşəbbüslər irəli sürə bilər...

30.05.2025 / 17:45
İqtisadi Şuranın növbəti iclası keçirildi - aidiyyəti qurumlara tapşırıqlar verildi

30.05.2025 / 17:39
Azərbaycanda oğlan və qız uşaqlarının say balansı fəlakətli şəkildə pozulur...

30.05.2025 / 17:26
11 sığorta agentinin lisenziyası niyə ləğv edildi...

30.05.2025 / 17:14
DİN-in təşəbbüsü ilə uşaq hüquqlarının müdafiəsilə bağlı konfrans keçirildi - FOTO

30.05.2025 / 17:06
Məleykə Abbaszadə təhsil ekspertlərini yenə "vurdu" - status yazmaq qəhrəmanlıq deyil...

30.05.2025 / 16:52
“Dezinformasiya və “fake news”larla mübarizə” mövzusu Naxçıvanda müzakirə olundu

30.05.2025 / 16:40
BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub

30.05.2025 / 16:36
Kilsə Paşinyanı lənətləməsə, demək bu cütlüklər keşişlərə düz deyiblər - Pedofil....

30.05.2025 / 16:02
Mask Ağ evdə özünü küncə sıxılmış hiss edirmiş

30.05.2025 / 16:00
Müxalifət Paşinyanı çürümüş və üfunətli siyasi cəsədə bənzətdi

30.05.2025 / 15:57
Tramp: ABŞ-Aİ ticarət danışıqlarında irəliləyiş var

30.05.2025 / 15:56
Tramp İsraillə hərbi əməkdaşlığı dondurdu

30.05.2025 / 15:43
İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya liderlərinin zirvə toplantısına hazırlıq gedir...

30.05.2025 / 15:16
"Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım" - Zərərçəkmiş şəxs

30.05.2025 / 15:10
Xankəndidə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclası keçirilib - FOTO

30.05.2025 / 15:08
Bakıda 30 minlik oğurluq - iki nəfər saxlandı

30.05.2025 / 14:47
Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçildi

30.05.2025 / 14:32
Paşinyan və arvadı kilsə üzərinə hücuma keçdi - məni rahat buraxın...

30.05.2025 / 14:18
Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı ilə “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır

30.05.2025 / 14:10
Naxçıvanda “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir

30.05.2025 / 14:03
Məktəblərdə direktor müavinləri kişilər olsun - Deputatdan təklif...

30.05.2025 / 13:53
Azərbaycan və ABŞ arasında Ermənistanla normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub

30.05.2025 / 13:38
Hərbi vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu - Hərbi Prokurorluq cinayət işi başladı

30.05.2025 / 13:24
Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb - Ceyhun Məmmədov

30.05.2025 / 13:18
Paytaxt ərazisində iki avtomobil soyuldu, saxlananlar var

30.05.2025 / 13:06
Dəmir yolundan oğurluq edənlər saxlandı

30.05.2025 / 12:55
Azərbaycan Ordusunun bölmələri Xəznəvara atəş açmayıb - Müdafiə Nazirliyi...

30.05.2025 / 12:43
"Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur" - PA rəsmisi

30.05.2025 / 12:30
Azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM

30.05.2025 / 12:29
"Naxçıvanda keçirilən konfrans Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacaq" - Əhməd İsmayılov

30.05.2025 / 12:16
Suriyadan 7 milyard dollarlıq enerji müqaviləsi

30.05.2025 / 12:08
"Naxçıvanda yerli gəlirlər artıb" - Prezidentin səlahiyyətli nümayəndəsi mühüm faktlar açıqladı

30.05.2025 / 12:03
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu

30.05.2025 / 12:00
Azərbaycanda nə qədər Türkiyə şirkəti fəaliyyət göstərir? - səfir açıqladı

30.05.2025 / 11:59
“Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib

30.05.2025 / 11:57
“Paşinyanın açıqlaması tərəfdaşlarının belə xoşuna gəlmədi”

30.05.2025 / 11:55
Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik etdi

30.05.2025 / 11:51
BMT Bakıda Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışlayıb

Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678