KÖHNƏ VERSİYA            

Türk kökənli "ərmənlərin" ermənilərə aidiyyəti yoxdur...

Image

Son zamanlar albanlara yanaşı ərmənləri də gündəmə gətirirlər. Bir çox tədqiqatçılar hesab edirlər ki, ərmənlər türk kökənli yerli Qafqaz xalqıdır və onların haylarla heç bir əlaqəsi yoxdur. Bu gün onlar albanlara paralel olaraq göstərilir. Məsələn, deyirlər ki, ərmən əlifbası olub, Matenadaranda ərmən əlyazmaları var və sair.

Ərmənlər mövzusunda çox yazılmasa da, müəyyən tədqiqatlar var. Bu məsələyə səthi yanaşmaq olmaz və bu, tarixçilərimiz tərəfindən ayrı-ayrı mənbələr əsasında ətraflı araşdırılmalıdır. Söhbət qədim türk etnosundan gedirsə, burada ciddi tədqiqata ehtiyac var. 

Ərmənlər barədə tədqiqatçı Əziz Ələkbərli “Qafqaz tarixində erməni deyilən bir xalq yoxdur. Bütün bu ərazilər, xüsusilə iki böyük Türk qövmü arasında bölüşdürülüb – Oğuz alplarının məskunlaşdıqları ərazilərə Alpan, Alp eli, Albaniya, yəni “Alpların ölkəsi”, qeyri-oğuz türk boylarının – Qıpçaq ərlərinin məskun olduqları coğrafiyaya isə Arman//Ərmən, Armaniya//Arminiya//Ərməniyə, yəni “Ərlərin ölkəsi” deyiblər”-deyə yazır. 

Tarixçi alim Şahlar Hacıyev “Ərmənlər XIX əsrə qədər türkcə danışıb, haylar sonradan gəldi. XVIll-XlX əsrə qədər ermənilərin nə tarixçisi, nə ədəbiyyatçısı, nə də ədibi olmayıb, danışıq dilləri isə türk (tatar dilinin dialekti) olub. İlk öncə qeyd edək ki, Arminiya (Ərməniyyə, Ermənistan) XVIl əsrə qədər fiziki-coğrafi ərazi, XVll-XlX əsrlərdə ermənilik (monofizit qriqoryan) dini icma, XIX əsrdən sonra xalq kimi formalaşıb”-deyə yazır. 

Ş.Hacıyev həmçinin qeyd etdiyinə görə, maraqlıdır ki, bu gün bir çox alban müəlliflərinin alban türkcəsində yazmış olduğu çox sayda əsərin elm aləminə məlum olmasından sonra, erməni müəlliflərindən bəziləri artıq albanlardan "azərbaycanlılar tərəfindən türkləşdirilmiş", "türkdilli ermənilər" kimi söz açmağa başlamışlar. “Bu ideyanın əsas müəlliflərindən biri Erməni Memarlıq Fondunun direktoru S.Karapetyandır. 1984-1987-ci illərdə Azərbaycanın Kür çayından solda yerləşən 300 civarında kəndini qarış-qarış gəzən və bu kəndlərdəki alban kilsələri və məzarlıqları haqqında material toplayan, təbii ki, onları "erməni sənət əsərləri " kimi təqdim edən S.Karapetyan Mirzəbəyli, Soltan Nuxa və Corlu kəndlərində üzərində alban türkcəsində yazılar olan qəbir daşlarına rast gəlmişdir. Bu barədə öz əsərlərində məlumat verən Karapetyan alban keşişi M. Barxudarovun "Albaniya və qonşuları" kitabına istinad edərək, həmin ərazidə türkdilli ermənilərin yaşamış olduğunu bildirməkdədir.

Beləliklə, hay tarixçiləri orta əsrlərdə monofizit anlamında işlədilən "erməni" kəlməsilə manipulyasiya edərək, bütün monofizit xristianların, ilk növbədə də albanların tarixini və mədəni irsini mənimsəyərək, özlərinə saxta bir "tarix" və "mədəniyyət" inşa etmişlər. Bu "tarix"ə istinad edərək, əski alban ərazilərini erməni-hay əraziləri elan etmiş və özlərinin işğalçılıq siyasətini bununla əsaslandırmaqda davam edirlər.

Buna görə də müasir tarixçilərin ən başlıca məqsədi haylar ilə ərməniləri qarışdırmamaq və ayrı-ayrılıqda tədqiq etməkdir.

1828-ci ilə qədər Qarabağda, Zəngəzurda və başqa ərazilərdə yaşayan əhali ancaq xristian və müsəlman türklər olmuşdur: “ İrandan, Türkiyədən, Suriyadan köçlər gələnə qədər bu ərazilərdə hay izi yox idi. Rus şovinizminin "erməni xalqı " yaratma siyasəti 1935-1940-cı illərə qədər davam etdi. Hətta 1940-cı illərdə Zəngəzurda yas yerlərində ermənilərin mərsiyəni türkcə dedikləri haqqında məlumat var.

Prof. Sadiq Şükürovun kitabında anası Ümbülbanunun söylədiyi bayatılar bunun bariz nümunəsidir.

“Əzizinəm ər məni,

Ər kişisən, vur məni.

Axı bizə nə olub,

Haya dedik ərməni?

 

İnamım sənədir yar,

Alma olum, dər məni.

Tülküdən aslan olmaz,

Haya demə erməni”.

Ş.Hacıyevin qeydləri kifayət qədər maraqlıdır. 

Tarixçi – alim Xəqani Ədəboğlu yazır ki, haylar erməni adını 1477-ci ildə mənimsəyibmiş, amma hələ qaramanlılarda da saxlanmaqdaymış. “Bu gün haylardan bu ad geri alınmalıdır. Bununla da onların yalançı tarixləri, ərazi iddiaları sabun köpüyü kimi dağılar.

Qaraman - Ərmənlərindən günümüzə gəlib çatan “Danişməndilər dastanı” onların türk olduqlarını təsdiqləyən bir kimlikdir...”

O qeyd edir ki, Bizans tarixçisi Menandr Protikorun 568-ci il tarixli qeydində “Qədimdə sak adlanan türklər sülh təklifi ilə İosifin yanına elçi göndərdilər”deyə vurğulanır. 

“Azərbaycanın böyük şairi Əfzələddin Xaqani Məkkəyə getmək üçün Qaraman - Qıpçaq Ərməniyyəsindən keçir və belə bir şeir yazır (XII əsr):

Ərməniyyə torpağına çatan gündən ermənilər,

Ayağının torpağına canlarını nisar edər…

Ərmən məsələsi ilə bağlı bir sıra fikirlər var, amma bu olduqca həssas mövzu olduğu üçün biz də ona ehtiyyatla yanaşırıq. 

İlhami Cəfərsoy: “Ərmənlərin indiki ermənilərlə heç bir əlaqəsi yoxdur” 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun şöbə müdiri, filologiya elmləri doktoru, qədim dillər üzrə mütəxəssis İlhami Cəfərsoy bizimlə söhbətində “ümumiyyətlə ərmənlərin indiki ermənilərlə  heç bir əlaqəsi yoxdur. Ərmənlər ayrıca bir etnosdur”-deyə bildirdi. O, həmçinin vurğuladı ki, bir çox tədqiqatçılatın dediyi kimi ərmənlər qıpçaq türkləri deyil.

Paşa Əsədov: “Ərmənlər türkdür”

Ərmən mövzusunu daim diqqətdə saxlayan gənc araşdırmaçı Paşa Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, ərmənlər türkdür: “Ərmənlər, eləcə də albanlar qıpçaq türkləridir. İndi erməni kimi tanıdığımız haylar isə  hind-qaraçı tayfasıdır. Əslində mənim özümün albanlarla, ərmənlərlə bağlı araşdırmalarım var, amma hələ bu barədə danışmaq istəmirəm. İlhami Cəfərsoyun, Firudin Cəlilovun, Əziz Ələkbərlinin bu barədə araşdırmaları var və mən də əsasən onlar əsasında danışıram. Ərmənlər türkdür. Lakin 1930-cu ildə tarixi Ərməniyyəni hayların adına yazdılar. O zaman ərməni deyəndə   din-təriqət nəzərdə tutulurdu. Mirzə Adgözəl bəy öz əsərlərində Alban məliklərinə dininə görə “ərməni” deyir, haydan söhbət getmir. Tarixi alban tayfaları xristian dinində qaldıqları üçün onlara ərməni deyirdilər. Amma təəssüf ki, 1930-cu illərdən sonra ərməni və hay sözünü sinonim kimi işlətməyə başladılar və ərmən türklərinin tarixini hayların adına çıxdılar. Əslində, haylar hələ də özlərinə hay, yaratdıqları qondarma dövlətə də Hayastan deyirlər. Haylar özlərinə heç vaxt erməni demirlər.  Ərmən türkləri ilə alban türkləri iç-içə yaşayıblar”.

Müasir dövrdə erməni əlifbası kimi tanınan əlifbanın haylara heç bir aidiyyatı olmadığını deyən P.Əsədov qeyd etdi ki, bu əlifba həbəş və türk əlifbasının qarışığından yaradılıb.  “· Efiopiyadan olan alim və tədqiqatçı Tekola Haqosun erməni saxtakarlığını ifşa etdi və bu əlifbanın özlərinə aid olduğunu bəyan etdi. Səhv etmirəmsə, məhkəmə söhbəti də vardı. 

Amma ermənilər iddia edirlər ki, erməni əlifbasını Mesrop Maştoç yaradıb. Düzdür, onun haqqında deyirlər ki, tarixdə belə bir şəxs olmayıb. Onun uydurma olduğu deyilir. Əgər onu real şəxs kimi götürsək, o suriyalı xristiandır, haylarla heç bir əlaqəsi yoxdur. Yazırlar ki, guya o gedib hay xalqına əlifba yaratdı. Bu saxta və təxribat xarakterli məsələdir. Bu erməni kilsəsinin uydurmasıdır. Erməni kilsəsinin bir məqsədi var ki, qarışıqlıq yaratsın, təxribat törətsin. Dünyada yeganə hay kilsəsidir ki, terrorun açıq təbliğatını aparır”. 

P.Əsədov qeyd  etdi ki, ermənilər tarixi saxtalaşdırmaya ciddi meyl göstərirlər və bütün ərmən əlyazmalarını saxtalaşdırıblar, eyni zamanda da ərmən və alban kilsələrinə qarşı da saxtakarlıq ediblər. Ərmən sözünün mənşəyinə gəlincə, P.Əsədov  “Ərmən sözü təmiz türk sözüdür. “Ər”-kişi, “man” da mən deməkdir. Hətta bir tədqiqatçı mənə dedi ki, bu sözün Manna ilə də bağlılğı var. Bu da ard-arda mövcud olan türk dövlətlərindən xəbər verir, proses zəncirvari bir-birini tamamlayır…”-deyə  bildirdi.

P.Əsədov sonda bildirdi ki, bu barədə yazan alimlərə istinadən danışır və özü də bu istiqamətdə tədqiqatlarını davam etdirir.

İradə SARIYEVA  







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031