YAP-ın prezident seçkilərində səlahiyyətli nümayəndələri də qeydə alındı
Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.
Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP Sədrinin müavini-Baş nazirinin müavini Əli Əhmədov səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıb.
TAHİR