MEDİA Agentliyi müsabiqə qərarı verdi - 18 noyabr son tarixdir...
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsi elan edilib.
Qeyd edək ki, məzmun müsabiqəsi jurnalistika və kommunikasiya ixtisasında təhsil alan və bu sahəyə marağı olan gənclər üçün “MEDİAlab” layihəsi çərçivəsində həyata keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcı düşüncəsini inkişaf etdirmək, müasir media çağırışlarına uyğun yeni ideyaların formalaşması və məzmun istehsal etmə bacarıqlarının inkişafı üçün əlverişli mühit yaratmaq və komanda ilə işləmə bacarıqlarını təkmilləşdirməkdir.
Müsabiqəyə müraciətlər 18 noyabradək qəbul edilir.
Qeydiyyat linki: https://forms.gle/9asSSSmLm76wCxcr5