200 vətəndaş nazirin ölkəyə gəlişinə kəskin etiraz etdi...
ABŞ dövlət katibi Entoni Blinken ölkə prezidenti Mahmud Abbasla görüşmək üçün Fələstinə gəlib. Lakin İordan çayının qərb sahilindəki Ramallahda təxminən 200 nəfər E.Blinkenin səfərinə etiraz olaraq aksiya keçirib. Onlar ABŞ dövlət katibinin zaman-zaman Fələstin əleyhinə bəyanatlarını qəzəblə qarşıladıqlarını dilə gətiriblər.
Xatırladaq ki, E.Blinkenin M.Abbasla görüşü Yaxın Şərqdə müharibə başlayandan sonra ilk görüş olub.
Mətləb