Türkiyə - İsrail münasibətləri çox təhlükəli məcraya yönəlir...
Fələstin məsələsinə görə, Türkiyə - İsrail münasibətləri anbaan gedərək kəskinləşir... 2010-cu il "Mərmərə gəmisi" hadisəsindən sonra soyumuş əlaqələr bərpa olunmamış yeni gərginlik başladı. Həm də qat-qat kəskin ritorika ilə gedir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
Politoloq bildirir ki, Türkiyə - İsrail münasibətlərinin gələcəyi çox narahatlıq doğurur: “Narahatlığı dəfələrlə artıran həm də odur ki, qardaş Türkiyənin canımız olduğu kimi İsrail də müttəfiqimizdir...”
Tahir TAĞIYEV