Azərbaycanda mina qurbanlarının sayı 337-yə çatdı
![Image](/uploads/posts/2023-11/1699215262_xin.webp)
Bu gün 1960-cı il təvəllüdlü Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb.
Bu barədə Azərbaycan XİN öz X (Twitter) hesabında paylaşım edib.
Bildirilib ki, mina qurbanlarının sayı 337-yə çatıb. Bu faciə Ermənistanın yaratdığı mina təhlükəsinin dəhşətlərini bir daha sübut edir.