İsrailli nazir Qəzza zolağına atom bombası atılmasını təklif etdi… Hökumətdən də açıqlama gəldi
Qəzza zolağına atom bombasının atılması münaqişənin inkişafının mümkün variantlarından biridir. Bunu İsrailin Qüds işləri və irs naziri Amihay Eliyahu bu sözləri “Kol Berama” radiostansiyasına müsahibəsində deyib.
Qəzza zolağına nüvə bombası atmağın variantlardan biri olduğunu deyən Otzma Yehudit (Yəhudi Gücü) partiyasından olan nazir bildirib ki, bölgədə yaşayan fələstinlilərin ya İrlandiyaya, ya da səhraya köçürülməlidir.
Bundan başqa, Qəzzaya hər hansı bir humanitar yardımın çatdırılması ilə razılaşmadığını bildirən siyasətçi vurğulayıb ki, İsrail “nasistlərə” humanitar yardım verməyəcək və “Qəzzada hərbi əməliyyatlara cəlb olunmamış mülki şəxslər anlayışı yoxdur”.
İrs nazirinin qalmaqallı açıqlamasından sonra ölkənin Nazirlər Kabineti açıqlama yayaraq baş nazir Benyamin Netanyahu tərəfindən Eliyahunun hökumətin iclaslarından müddətsiz uzaqlaşdırıldığı bildirilib. Hökumət bəyan edib ki, İsrail hərbi əməliyyatlarda iştirak etməyən şəxslərə dəyə biləcək zərərin qarşısını almaq üçün beynəlxalq hüquqa uyğun hərəkət edir.
TAHİR