Bazar ertəsi günü, 2 iyun 2025
     

Seçki fəallığı sosial-siyasi fəallığın yüksək formasıdır...

Image

Cəmiyyətin sosial və siyasi fəallığı ölkənin güclənməsi baxımında önəmli faktordur. Bunun üçün bir neçə məqama diqqət yetirilməlidir ki, onların da başında insan hüquq və azadlıqlarının müdafiəsi gəlir. Cəmiyyətin böyük bir hissəsi öz hüquqlarını bilmir. Bu isə maarifləndirmə işinin qənaətbəxş olmamasından yaranıb. 

Eyni zamanda, bu məsələdə siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının üzərinə ciddi məsuliyyət düşür. Sivil qaydada vətəndaşların siyasi proseslərə cəlb olunması, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi məhz partiyaların üzərinə düşən vəzifələrdən biridir. "Siyasi partiyalar haqqında" yeni qanun qəbul olunandan sonra bu sahədə də inkişafa nail olunacağı gözlənilir. Azərbaycan cəmiyyəti bir sıra məsələlərdə birləşməyi, vahid güc olmağı bacarır. Bunun ən bariz nümunəsini 44 günlük Vətən müharibəsində bütün dünya gördü.

Ölkəmizdə vətəndaşlar dövlətçilik naminə sosial fəallıqlarını artırmalıdır 

Siyasi kimliyindən, sosial mövqeyindən və durumundan asılı olmayaraq, hər kəs vahid yumruq halında birləşdi və qazanılan tarixi qələbədə bu məqam önəmli paya sahibdir. Bu gün ölkədə bir sıra beyin mərkəzi, strateji mərkəzlər, ictimai-siyasi institutlar fəaliyyət göstərir. Bu təşkilatlarda kifayət qədər aktiv gənclər var. Dövlət qurumları yanında yaradılan könüllülük institutu da bu istiqamətdə atılan önəmli addımlardır. Bütün bu fəaliyyət gələcəkdə ölkədə sosial və siyasi fəallığın artırılmasında önəmli faktora çevrilməlidir. Ölkəmizdə vətəndaşlar dövlətçilik naminə sosial fəallıqlarını artırmalıdırlar. Bir sözlə, cəmiyyətin mənəvi-əxlaqi, sosial, iqtisadi, mədəni və siyasi dəyərlərinin qorunması işində insanların qeyrət göstərməsinə ehtiyac çoxalıb. O cümlədən, ölkəmizdə sabitliyin saxlanmasında və seçkinin tam demokratik keçirilməsində onların təşəbbüskar iştirakı vacibdir.

118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak edib 

Məlum olduğu kimi, bu il yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak edib. Keçirilən bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub. Ən çox seçici aktivliyi 59 saylı Quba seçki dairəsində qeydə alınıb. Burada seçici fəallığı 38,50 faiz olub. Ən az seçici aktivliyi isə 54 saylı Mingəçevir seçki dairəsinə aiddir. Burada aktivlik göstəricisi 24,45 faizdir. Düzdür, bu dəfəki bələdiyyə seçkilərində seçici fəallığı elə də yüksək deyildi. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu il bəzi məntəqələrdə bələdiyyə seçkilərinin nəticələri ləğv edilib. Belə ki, Azərbaycanda bir neçə seçki məntəqəsinin nəticələri ləğv edilib. 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib. Bakının 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə də bir seçki məntəqəsinin nəticələri ləğv edilib. Ümumən, bələdiyyə seçkiləri ölkədə cəmiyyətin sosial-siyasi fəallıq səviyyəsinə necə təsir göstərdi?

Bələdiyyələrin ciddi səlahiyyəti olsa, bu, ictimai fəallığın artmasına müsbət təsir göstərəcək

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, ölkədə bələdiyyələrin vəziyyəti və səlahiyyət çərçivəsi ortadadır: "Bələdiyyə Azərbaycan dilinə ərəb dilindən keçib. Mənası şəhər, özünüidarə deməkdir. Buna Qərbdə munsipalitet deyirlər. Dünyada bunun iki forması var. Anqlasakson və fransız forması. Anqlosakson forması əsasən Böyük Britaniya və Birləşmiş Ştatlardadır. Orda yerlərdə prezidentin səlahiyyətli nümayəndəsi olmur. Bütün hakimiyyət seçkili qurum olan yerli özünüidarəyə verilir. Fransız formasında isə yerlərdə həm prezidentin nümayəndəsi olur, həm də xalqın seçdiyi yerli özünüidarəetmənin nümayəndələri olur. Məsələn, qardaş Türkiyədə və Azərbaycanda fransız forması var. Azərbaycanda bələdiyyələr 20-ci əsrin əvvəllərində də formalaşdırmağa başlanılmışdı. Məsələn, 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Demokratik Respublikası dönəmində də bu məsələyə cəhd olmuşdu. Ancaq bolşeviklər milli hökuməti devirəndən sonra bu məsələ ortadan qalxdı. Ancaq 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Avropa Şurasına üzv olmaq üçün bələdiyyələrin yaradılmasına qərar verdi. Çünki AŞ-nin Azərbaycan qarşısında qoyduğu öhdəliklərdən biri bələdiyyələrin formalaşdırılması idi. 1995-ci ilin noyabrında qəbul olunan Konstitusiyada bələdiyyələrə aid hissədə qeyd edilmişdi ki, Konstitusiya qəbul olunandan iki il sonra bələdiyyə seçkiləri keçiriləcək. Ancaq müxtəlif səbəblərdən bu seçki 1997-ci ildə yox, 1999-cu ildə keçirildi. Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ilin dekabrında keçirildi. İndiyənə qədər də xalq arasında bələdiyyələrin nüfuzu yoxdur. Ona görə ki, bələdiyyələr səlahiyyətsiz bir qurumdur. Yerlərdə olan icra hakimiyyətləri hətta bələdiyyələrə verilən səlahiyyətləri də mənimsəyir və onların müstəqil fəaliyyət göstərməsinə imkan vermir. Ona görə də bələdiyyə seçkiləri cəmiyyətdə güclü sosial-siyasi fəallığa səbəb olmur. Məsələn, ev pulunu mənzil istismar sahələri yığır. Zibilləri bu qurumlar daşıyır. Yəni MİS-lərin fəaliyyəti müəyyən qədər cəmiyyəti qane edir. Ancaq bələdiyyələrin ciddi səlahiyyəti olsa, o zaman bu, ictimai fəallığın artmasına öz müsbət təsirini göstərəcək. Bu baxımdan bələdiyyələrlə bağlı ciddi islahatların keçirilməsinə ehtiyac var".

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

02.06.2025 / 23:48
Rusiya İstanbulda Ukraynaya atəşkəs üçün iki variant təklif etdi...

02.06.2025 / 22:17
Gülər Əhmədovanın "Dəmir yumruq" rəsm əsəri nümayiş olundu...

02.06.2025 / 21:42
ABŞ Gürcüstanda oxuyan erməni tələbələrin pulunu kəsdi - ermənilər etiraza qalxdı...

02.06.2025 / 21:26
Sərdarabad döyüşündən(?) 600 il əvvəl - 1300-cü illərdə hansı erməni dövləti olub ki...?

02.06.2025 / 21:23
Türkiyə Metsamor Atom Elektrik Stansiyasının bağlanmasını tələb etdi

02.06.2025 / 21:22
ABŞ İranla bağlı İsraillə fikir ayrılıqlarının olduğunu etiraf etdi

02.06.2025 / 21:11
Ukrayna dronları Rusiyanın Murmansk, İrkutsk kimi dərin nöqtələrini necə vurur?...

02.06.2025 / 20:56
Azərbaycanla Avropanın arasında "2 milyard avro, 3 il vaxt"... Bolqarıstan da qoşulsa...

02.06.2025 / 20:52
Olivye Dekotini:- Bizim istəyimiz Ermənistanı dəstəkləmək üçün real rıçaqlar qurmaqdır

02.06.2025 / 20:51
Solovyov aerodromdan çəkilən videoya görə rusiyalı çağırışcının edam edilməsini istəyib

02.06.2025 / 20:50
Ukraynanın hücumu nəticəsində Rusiya nə qədər bombardmançı itirdi

02.06.2025 / 20:38
Ermənistandan Rusiyaya zərbə - Zəngəzurda nəzarət Fransaya verilir...

02.06.2025 / 20:25
Ukraynada azərbaycanlılarla eyni saydadırlar - ancaq müharibədə bircə erməni də ölməyib...

02.06.2025 / 20:12
ABŞ Bakı-İrəvan sülhü ilə bağlı qəti hərəkətə keçdi...

02.06.2025 / 20:07
Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki infrastrukturuna ziyan vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

02.06.2025 / 20:05
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisinin dünya çempionu olması münasibətilə paylaşım edilib - FOTO

02.06.2025 / 19:58
ABŞ İrana qarşı sərt sanksiyaları dayandırdı

02.06.2025 / 19:58
Baş Nazir Paşinyan katolikos II Qaregindən əl çəkənə oxşamır

02.06.2025 / 19:57
Medinski:-“Biz müəyyən ərazilərdə atəşkəs barədə razılığa gəldik”

02.06.2025 / 19:56
Türkiyə Xarici İşlər Nazirliyi: “Putin və Zelenski arasında görüş gözləyirik”

02.06.2025 / 19:53
Ərdoğan Putin, Zelenski və Trampla görüşü təşkil etməyə can atır

02.06.2025 / 19:47
Konstitusiya dəyişikliyi ərəfəsində Paşinyan-kilsə qarşıdurması dərinləşir...

02.06.2025 / 19:34
Putin Paşinyana qısa və məzmunsuz təbrik məktubu yazdı...

02.06.2025 / 19:21
Azərbaycan Mərkəzi Asiyadan Avropaya həm də "yaşıl körpü" salır...

02.06.2025 / 19:07
Azərbaycanda elmin inkişafı üzrə Dövlət proqramları necə icra olunur...

02.06.2025 / 18:53
Rusiya deputatı azərbaycanlılara qarşı açıq irqçiliyə keçdi...

02.06.2025 / 18:47
"Məqsəd azərbaycanlıları məhv etmək idi" - Vətən müharibəsi zamanı zərər çəkmiş mülki şəxs

02.06.2025 / 18:39
Məktəb direktorlarının təyinat mexanizmi özünü doğrultmur... Silsilə faktlar var...

02.06.2025 / 18:30
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatdı...

02.06.2025 / 18:26
Muğan taxılçıları taxıl əkməkdən imtina edirlər...

02.06.2025 / 18:12
"Putinin helikopterinə Kurskda kütləvi dron hücumu" - ssenarini qurmaq nəyə lazım idi...

02.06.2025 / 17:58
Rusiya erməniləri ittifaqı da Paşinyanın üstünə qaldırıldı...

02.06.2025 / 17:45
Universitet müəllimləri də MİQ imtahanlarından keçməli olacaq? - Dedi-qodular doğrulsa...

02.06.2025 / 17:32
"Match" telekanallarının Azərbaycanda yayımı dayandırıldı

02.06.2025 / 17:31
Diplomatlar kilsəni erməni xalqının əsas təmsilçisi kimi tanıdılar...

02.06.2025 / 17:18
Erməni kilsəsi Bakı ilə sülh danışıqlarını öz əlinə almaq iddiasındadır...

02.06.2025 / 17:09
Prezident: "Bu gün minifutbol milli komandasının sırf Azərbaycanda doğulub boya-başa çatmış gənclərdən ibarət olması xüsusi qürur hissi oyadır"

02.06.2025 / 17:05
"Biz həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında qələbə qazanan ölkəyik" - Prezident

02.06.2025 / 17:03
İstanbulda Rusiya-Ukrayna danışıqları başladı...

02.06.2025 / 16:55
Bakıda sinaqoqa terror hücumu hazırlayan İŞİD üzvü məhkəmə qarşısına çıxarıldı

02.06.2025 / 16:41
Valideyinlərindən biri məcburi köçkün olmayan şəxslərin “çörəkpulu” kəsiləcək? – Komitədən açıqlama...

02.06.2025 / 16:18
Nazir Vilayət Eyvazov Bərdədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO

02.06.2025 / 16:03
Xankəndidə özəl sektor tərəfindən yeni yaşayış binaları tikiləcək

02.06.2025 / 15:48
Vətən sevgisinin ilahi gücü

02.06.2025 / 15:27
Paytaxt sakininin avtomobilindən silah-sursat aşkarlandı

02.06.2025 / 14:53
Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

02.06.2025 / 14:44
Paşinyan Ermənistanın polis rəisini istefaya çağırdı

02.06.2025 / 14:30
Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib - FOTO/YENİLƏNDİ

02.06.2025 / 14:27
Küveyt Əmiri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

02.06.2025 / 14:23
Slovakiya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb

02.06.2025 / 14:21
Vasif Talıbovun oğlu vəzifəsindən uzaqlaşdırıldı...

02.06.2025 / 14:02
İranın Azərbaycandakı yeni səfiri seçildi

02.06.2025 / 13:54
Cəzaçəkmə müəssisəsinin dam örtüyü çökdü, bir məhkum öldü...

02.06.2025 / 13:36
Prezident İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib - FOTO/YENİLƏNDİ

02.06.2025 / 13:35
"Qlobal Cənub və Şərqin təhlükəsizlik təhdidlərindən təklikdə qorunmaq imkanı yoxdur" - Ramil Usubov

02.06.2025 / 13:22
Qurban bayramının namaz vaxtı açıqlandı

02.06.2025 / 13:17
"Bank kartları ilə əlaqəli naməlum zənglərə və mesajlara cavab verməyin!" - DİN xəbərdarlıq edir...

02.06.2025 / 13:10
Пашиняну 5+ надо ставить! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.06.2025 / 13:03
Prezident İlham Əliyev “Schlumberger Overseas S.A” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO/YENİLƏNDİ

02.06.2025 / 12:55
Prezident İlham Əliyev Pakistanın neft nazirini qəbul edib - FOTO/ YENİLƏNDİ

02.06.2025 / 12:33
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür...

02.06.2025 / 12:16
Prezident İlham Əliyev Səudiyyənin “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədrini qəbul edib - FOTO/YENİLƏNDİ

02.06.2025 / 12:12
"Azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı dayanıqlı enerji strategiyasının əsas istiqamətidir" - Prezident

02.06.2025 / 12:06
Prezident: “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu forum kimi tanınır"

02.06.2025 / 12:05
Şərurun bu kəndləri qazsız qalacaq - XƏBƏRDARLIQ

02.06.2025 / 12:04
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

02.06.2025 / 12:01
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb

02.06.2025 / 12:00
Pakistan səfirindən Azərbaycana TƏBRİK

02.06.2025 / 11:59
Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

02.06.2025 / 11:37
"Ancaq sui-istifadə edən qüvvələr var" - Fərid Şəfiyev

02.06.2025 / 11:25
"Güclü külək, leysan, sel və daşqın olacaq..." - FHN əhaliyə müraciət etdi

02.06.2025 / 11:11
2 gündə 30 kiloqrama yaxın narkotika aşkarlanıb - polis

02.06.2025 / 11:10
Prezident İlham Əliyev İtaliya Prezidentini təbrik edib

02.06.2025 / 11:05
"Azərbaycanın inkişafında bu Universitetin öz rolu olacaq" - nazir

02.06.2025 / 11:03
Ukrayna Rusiyanı biabırçı duruma saldı - CANLI

02.06.2025 / 11:01
"Azərbaycanda genişmiqyaslı islahatlar həyata keçirilir"- Prezident

02.06.2025 / 10:36
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi sabah dəfn olunacaq

02.06.2025 / 10:33
Prezident İlham Əliyev: "Bizim yaşıl enerji gündəliyimiz çox genişdir"

02.06.2025 / 10:30
Cüdoçu qızlarımız Avropa Kubokunda 4 medal qazanıblar

02.06.2025 / 10:22
Cinsi təcavüz, təhqir - milyarder barədə ŞOK FAKTLAR!

02.06.2025 / 10:17
“Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi” - İlham Əliyev

Azərbaycanda elmin inkişafı üzrə Dövlət proqramları necə icra olunur...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456