Şənbə günü, 28 iyun 2025
     

İrəvan 4 min itkin azərbaycanlı haqda məlumatları inadla gizlədir - son görüş də nəticəsiz qaldı...

Image

Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistanın Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş keçirilib. 

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Burda yalnız komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılığa gəlinib, Ermənistan yenə də Azərbaycan tərəfə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın taleyi ilə bağlı heç bir məlumat verməyib. 

Yeri gəlmişkən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.08.2024-cü il tarixinə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 min 968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, onlardan 3 min 962 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb. 3 min 968 nəfərdən 3 min 202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 69 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 283 nəfəri qadın, 334 nəfəri ahıl yaşlı şəxs olub.

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl yaşlı şəxs əsir-girov götürülüb. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.

Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı indiyə qədər Azərbaycanla Ermənistan arasında nələr baş verdiyi, qarşı tərəfin pozuculuq davranışı sərgilədiyi məlumdur. Faktiki olaraq, Azərbaycan dövləti ən müxtəlif səviyyələrdə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi üçün Ermənistana müraciət edib, Ermənistan bu müraciətlərə yayındırıcı münasibət göstərib. Biz bunu idarələrarası komissiya üzvlərinin son görüşündən də aydın gördük və görüşün nəticəsiz başa çatması bir daha sübut etdi ki, Ermənistan tərəfi Azərbaycana informasiya vermək istəmir, müxtəlif bəhanələrlə bundan yayınır. Belə olmasaydı, Ermənistan rəhbərliyi öz vədinə əməl edər və Azərbaycan vətəndaşlarının nəməlum taleyinə aydınlıq gətirər, onların nə qədərinin öldürüldüyünü, nə qədərinin hələ də əsir, girov kimi saxlanıldığını etiraf edərdi. 

Xatırlatmaq istəyirik ki, 2022-ci ilin fevral ayının 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən dördtərəfli görüşdə məhz əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumat mübadiləsi barədə razılığa gəlinmişdi. 

Həmin görüşdə Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi barədə məsələ qaldırmışdı.  

Prezident vurğulayırdı ki, Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşüb. 

Dördtərəfli görüşdən 3 il keçməsinə baxmayaraq, hələ də Ermənistan tərəfi bu istiqamətdə hər hansı bir addım atmayıb, əksinə, pozuculuq fəaliyyətini daha da gücləndirib. 

Torpaqlarımız işğaldan azad olunandan sonra tikinti-bərpa işləri aparılarkən ərazilərimizdən kütləvi məzarlıqlar aşkarlanmağa başladı. Keçən ilin avqust ayına olan məlumatlara görə, Ermənistan işğalından azad olunmuş ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanıb və həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib. Həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşib.

2023-cü ilə aid rəsmi məlumata görə isə, azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlardan 500-ə yaxın insan qalığı tapılıb. İndiyə qədər Xocavənd rayonunun Edilli kəndindən, Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyindən, Xocalıdan, Şuşadan, daha neçə başqa yerlərdən kütləvi məzarlıqların aşkar edilməsi onu göstərir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın xeyli bir hissəsi xüsusi amnsızlıqla qətlə yetirilib, əl-ayaqları bağlı şəkildə kütləvi olaraq basdırılıblar. Məsələ burasındadır ki, faktlar ortada olduğu halda Ermənistan buna heç bir reaksiya vermək və etdiyi cinayətləri etiraf etmək istəmir. 

Beynəlxalq aləm də Ermənistana çağırış etmir ki,  2022-ci ildə dördtərəfli (Azərbaycan, Ermənistan, Fransa və Avropa Birliyi rəhbərlərinin görüşü) videoformatda keçirilən görüşündə ilk dəfə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı məlumat mübadiləsinin həyata keçirilməsinə razılıq veribsən, vədinə əməl etməlisən.  

Bəli, Ermənistan həmin görüşdə söz verdi, razılaşdı ki, əsir və itkin düşmüş, girov götürülmüş insanların taleyi ilə bağlı məlumat mübadiləsi aparılsın. Amma Paşinyanın vədi söz olaraq qaldı. Ermənistanın bu məsələdə tutduğu mövqe onu deməyə əsas verir ki, bu ölkə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məsələrə biganə yanaşır, onun bu görüşlərdə iştirakı yalnız gözə kül üfürməyə xidmət edir. Belə görüntü yaratmaq istəyirlər ki, onlar guya bu məsələdə maraqlıdırlar, bu istiqamətdə məlumat mübadiləsi aparmaq istəyirlər, hətta qurumlararası komissiyaların görüşündə də iştirak edirlər. Amma göründüyü kimi, bunlar hamısı baş qatmaqdan, Ermənistanın özünü və dünyanı aldatması cəhdindən başqa bir şey deyil. Bu da gizlin deyil ki, Ermənistan Azərbaycanla bu məsələdə məlumat mübadiləsi apararsa özünün bütün cinayətlərini ortaya qoymuş olacaq. Paşinyan hökuməti hələ özündə bu gücü, iradəni tapa bilmir ki, gerçəyi ortaya qoysun, Birinci Qarabağ müharibəsində əsir və itkin düşən, girov götürülən azərbaycanlıların taleyi barədə Azərbaycana məlumatları təqdim etsin. 

Görüşlərin nəticəsiz başa çatmasının məsuliyyəti birbaşa Ermənistanın üzərinə düşür.  Ermənistanın informasiya verməkdən yayınmasa və pozuculuq siyasətini davam etdirməsə biz barəsində məlumat olmayan vətəndaşlarımız haqda  informasiyalar ala biləcəyik. Hələ ki, Ermənistan məsuliyyətdən yayınır, dördtərəfli görüşdə əldə olunan razılığa əməl etməkdən boyun qaçırır... Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi bu istiqamətdə səylərini davam etdirir, vətəndaşlarının nəməlum qalan taleyini aydınlaşdırmaq üçün lazımi addımları atır.

İradə SARIYEVA 




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

28.06.2025 / 15:07
Ukraynadan Rusiyaya daha bir zərbə - Volqoqraddakı aviabazada dörd Su-34 qırıcısı məhv edildi…

28.06.2025 / 14:50
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-ə çatdı

28.06.2025 / 14:10
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

28.06.2025 / 13:51
Qayda pozan sürücünün narkotik aludəçisi olduğu üzə çıxdı

28.06.2025 / 13:36
XİN İranın İrəvandakı səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarına cavab verdi...

28.06.2025 / 12:50
Polisin keçirdiyi əməliyyatlar nəticəsində 40 kiloqrama yaxın narkotik ələ keçirildi

28.06.2025 / 12:37
İsrail kəşfiyyatı İranla müharibədə uğursuzluqlarını etiraf etdi

28.06.2025 / 12:34
"Rusiyadan bu qəbuledilməz zorakılığı törədənlərin məsuliyyətə cəlb edilməsini gözləyirik” - XİN

28.06.2025 / 10:23
Ölkəmizdə özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır - STATİSTİKA

28.06.2025 / 10:15
Paşinyan keşişləri "dənləyir" - arxiyepiskop Mikael Acapaxyan da həbs edib

28.06.2025 / 10:08
Vəliəhd şahzadəyə İTTİHAM - 3 zorlama və 20 başqa cinayət...

28.06.2025 / 10:00
"Hörmətsiz, yersiz tonunu dəyiş!" - İrandan Trampa etiraz

28.06.2025 / 09:43
Paşinyan katolikos II Qaregini təhqir etdi və onun tezliklə həbs olunacağına eyham vurdu

28.06.2025 / 09:31
Almaniyada vitse-kansler və maliyyə naziri partiya həmsədri oldular

28.06.2025 / 09:28
Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür

27.06.2025 / 22:35
DİN sürücü və valideynlərə xəbərdarlıq etdi - sürücü məsuliyyət daşıyır...

27.06.2025 / 22:10
Azərbaycanın QDİƏT sədrliyi çərçivəsində XİN rəhbərləri Şurasının 50-ci yubiley iclası keçirilib

27.06.2025 / 21:42
Ermənistanda arxiyepiskop Ajapaxyan və qardaşı oğlu da saxlandı...

27.06.2025 / 21:03
İranın Ermənistandakı səfiri Azərbaycanla bağlı təxribatçı bəyanat verdi - XİN-dən sərt açıqlama gəldi...

27.06.2025 / 20:27
MEDİA və “Euronews” telekanalının birgə təşkil etdiyi təlim yekunlaşdı - FOTO

27.06.2025 / 19:51
ABŞ-da 100-dən çox İran vətəndaşı həbs edildi...

27.06.2025 / 19:36
Rusiya Ermənistana rəsmi xəbərdarlıq etməyə hazırlaşır - bu öhdəliklərə ziddir...

27.06.2025 / 19:14
Paşinyandan Qareginin "sünnət" iddiasına sərt cavab - baş nazirliyə gəl, göstərim…

27.06.2025 / 18:26
İsrail İrana qarşı tükənmiş uran bombalarından istifadə edib? - Tehrandan qorxunc iddia…

27.06.2025 / 17:30
Dağıstanın dövlət katibi Maqomedovun zavod və əmlakları müsadirə edildi…

27.06.2025 / 16:43
Göyçayda bağ sahəsini narkoplantasiyaya çevirib videokameralarla izləyən şəxs tutuldu

27.06.2025 / 16:17
Ermənistanda kütləvi həbslər Eçmiədzinə də sıçradı - keşişlər xüsusi təyinatlılarla əlbəyaxa davaya çıxdı...

27.06.2025 / 16:02
Yevlaxda 16 nəfər saxlandı, 20 kq müxtəlif növ narkotik ələ keçirildi...

27.06.2025 / 15:46
Kərim Vəliyev Türkiyə milli müdafiə naziri ilə görüşdü - FOTO

27.06.2025 / 15:10
Azyaşlı uşaqları dini mərasimlərə aparmayın - DİN və Dövlət Komitəsi vətəndaşlara müraciət etdi...

27.06.2025 / 14:35
Prokurorluq “Azərbaycanfilm”dəki partlayışla bağlı araşdırmalara başladı...

27.06.2025 / 14:12
Abşeron və Qaradağda silsilə oğurluq edən şəxslər yaxalandı

27.06.2025 / 13:30
"Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yayılır" - Prezident İlham Əliyev

27.06.2025 / 13:18
Prezident İlham Əliyev İranın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

27.06.2025 / 11:37
Ermənistanda daha bir din xadiminin evinə basqın edildi

27.06.2025 / 11:33
Prezident İlham Əliyev Sudanın yeni səfirini qəbul edib - FOTO

27.06.2025 / 11:18
Prezident İlham Əliyev Polşanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

27.06.2025 / 11:10
Prezident İlham Əliyev Cibuti Prezidentini təbrik etdi

27.06.2025 / 10:55
"Azərbaycanfilm" kinostudiyasında baş verən partlayışla bağlı araşdırma aparılır - RƏSMİ

27.06.2025 / 09:12
“Mançester Siti” "qoca sinyora"nı darmadağın etdi

27.06.2025 / 09:07
Rusiyanın dondurulmuş pulları ilə Ukraynaya 30,6 milyard avro dəstək...

27.06.2025 / 08:04
“Neftçi” 25 yaşlı paraqvaylını tgransfer edib

26.06.2025 / 23:11
İsrail komandoları İranın Fordo nüvə obyektinə girdi - VİDEO

26.06.2025 / 23:02
NATO baş katibinin təcavüzə görə Trampı təbrik etməsi İranı qəzəbləndirdi

26.06.2025 / 22:59
İsrail müxalifəti Trampı ölkənin daxili işlərinə qarışdığına görə sərt şəkildə tənqid etdi.

26.06.2025 / 21:24
ABŞ İranın nüvə obyektlərinə zərbə endirməsinin görüntülərini yaydı – FOTO/VİDEO

26.06.2025 / 20:50
Aktauda təyyarə qəzasında həlak olan AZAL-ın ekipaj üzvlərinin xatirəsinə abidə qoyuldu

26.06.2025 / 18:17
Keşlədə ata və oğul saxlandı, evlərindəki soyuducudan narkotik çıxdı

26.06.2025 / 17:55
Türk Birliyi məsələsi Mingəçevirdə gənclərlə müzakirə olundu - FOTO

26.06.2025 / 17:33
"Ermənistanda Konstitusiya dəyişiklikləri sülh müqaviləsinin bağlanması üçün açardır" - Elçin Əmirbəyov

26.06.2025 / 16:52
MEDİA Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində təşkil olunan təlim proqramı davam edir - FOTO

26.06.2025 / 16:31
Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - FOTO

26.06.2025 / 16:10
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlandı

26.06.2025 / 15:42
"AzerGold” QSC və Medianın İnkişafı Agentliyi jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib - FOTO

26.06.2025 / 15:36
DİN-dən növbəti əməliyyat - 5 nəfər 60 kq narkotiklə yaxalandı...

26.06.2025 / 15:18
Vyana Mədəniyyət Mərkəzində Avstriyada yaşayan azərbaycanlı incəsənət xadimləri və tələbələrlə görüş keçirilib

26.06.2025 / 15:06
Türkiyə MN Azərbaycan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

26.06.2025 / 14:20
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

26.06.2025 / 13:57
Azərbaycanın Baş Qərargah rəisi Türkiyəyə səfər edib

26.06.2025 / 13:00
Erkan Baş Ərdoğanın Trampla fotosuna sərt reaksiya verdi

26.06.2025 / 12:27
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

26.06.2025 / 12:24
Trampın Rusiyanın qalib gələcəyinə inamı Zelenskini özündən çıxardı – ABŞ generalı da Ukraynanı dəstəklədi

26.06.2025 / 12:18
Yanlış həyacan səsi ilə İsraildə camaatı ayağa qaldırdılar

26.06.2025 / 12:17
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib

26.06.2025 / 12:14
Ağdərədə ilk körpə dünyaya gəlib

26.06.2025 / 11:53
Prezident İlham Əliyev Pezeşkianı Azərbaycanda keçiriləcək ECO Sammitinə dəvət edib

26.06.2025 / 11:31
Prezident İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon söhbəti olub

26.06.2025 / 10:14
Tramp CNN-in jurnalistini “it kimi” qovmağa çağırdı

26.06.2025 / 10:06
“İran ABŞ-ın Azərbaycandakı “bazalarına” hücum edə bilər”

26.06.2025 / 10:04
Qalib və Şanlı Azərbaycan Ordusu!

26.06.2025 / 10:01
Arxiyepiskop Baqrat Qalstanyan həbs edildi

26.06.2025 / 09:48
Sabirabadda iki avtomobil toqquşub, 3 nəfər ölüb

26.06.2025 / 09:47
Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26.06.2025 / 09:30
Azərbaycanda çox çörək yeməkdən imtina edilir - rəqəmlər danışır...

26.06.2025 / 08:43
Bələdiyyələrdə nöqsanlar ört-basdır edilə bilməyəcək - vahid məlumat sistemi nədir…

26.06.2025 / 01:24
NATO Moskvaya qarşı yumşalır? - Tramp Rusiya əleyhinə sərt ifadələri birgə bəyanatdan çıxartdırdı

26.06.2025 / 00:16
Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayıb

26.06.2025 / 00:05
Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - VİDEO

25.06.2025 / 23:32
Vüsalə Ağabəyli elmlər doktoru elmi dərəcəsinə layiq görüldü

25.06.2025 / 23:30
AKP-dən “İmamoğlu davası”na ilk böyük etiraz

25.06.2025 / 23:29
“İranın Fordo Nüvə Obyekti ancaq daxildən məhv edilə bilər”

Azad rayonlarda istehsal sahibkarlığı xüsusi templə yürüdülür...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456