Bazar ertəsi günü, 14 iyul 2025
     

Ermənistan kənar güclərin əlində sülhə əngəl aləti oldu...

Image

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan bu həftə saxladıqları hərbçiləri dəyişdirdilər. Bunun ardınca  Ermənistan Azərbaycanın xeyrinə COP29-a ev sahibliyinə namizədliyini geri götürdü. Bu addımlar sülh sazişinin tezliklə imzalanacağına dair ümidləri artırdı. 

Hətta Ermənistanda belə məlumatlar yayıldı ki, gələn ay Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutacaq. Ancaq Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov belə bir görüşün olacağı barədə məlumatları təkzib etdi. Amma nazirin təkzibi təkcə bununla məhdudlaşmadı.

Ermənistanın qoşunların sərhəddən geri çəkilməsi ilə bağlı da yalan məlumat yaydığı Ceyhun Bayramovun açıqlamaları fonunda üzə çıxdı. Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Estoniya xarici işlər naziri ilə görüşdən sonra təşkil olunan brifinq zamanı bu xüsusda belə bir açıqlama verib: "Ermənistan-Azərbaycan sərhədindən hər iki ölkənin qoşunlarının geri çəkilməsi məsələsi müzakirə olunurdu və mən ümid edirəm ki, müzakirə olunmağa davam edəcək". O deyib ki, qoşunların sərhəddən geri çəkilməsi müsbət effekt yaradacaq və növbəti mümkün eskalasiyasının qarşısını alacaq: "Bu ideya müzakirə olunur". Amma Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov  türkiyəli həmkarı Hakan Fidan ilə birgə mətbuat konfransında bu məsələyə münasibət bildirib. O deyib ki, danışıqlar prosesində müzakirə olunan hansısa elementi çıxarıb ayrıca təqdim etmək cəmiyyətdə çaşqınlıq yaradır: "Ermənistan-Azərbaycan sərhədi delimitasiya olunmayıb. Bu, kifayət qədər mürəkkəb məsələdir. Tam razılaşma olmadığı halda qoşunlar geri çəkilərsə, kim zəmanət verə bilər ki, tərəflərin hər hansı biri yenidən həmin mövqeləri tutmayacaq? Qoşunların geri çəkilməsi ilə bağlı təklifin arxası da vardı və bu, Azərbaycan üçün qəbuledilməz idi. Bizim prinsipial yanaşma odur ki, Azərbaycan sərhədi yalnız Azərbaycan əsgəri tərəfindən qoruna bilər, üçüncü tərəfə həvalə oluna bilməz. Bu, Azərbaycanın suveren hüququdur". Elə ekspertlər də bildirir ki, qoşunların geri çəkilməsi mümkündür, ancaq bu, sərhədçilərin geri çəkilməsi demək deyil. Həm də qoşunların geri çəkilməsi üçün Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetriməli, sülh müqaviləsi imzalamalıdır. Azərbaycan sərhədlərini sərhəd qoşunları qoruyur. Sərhəd qoşunları da bu gün harada dayanıbsa, hansı mövqe tutublarsa, orada da dayanacaqlar. Yəni bunun ümumi qoşunların geri çəkilməsinə aidiyyəti yoxdur. Bundan başqa, faktdır ki, qoşunları geri çəkmək etimad yaradıcı amildir, amma qoşunları çəkmək üçün də etimad olmalıdır. Bu gün isə etimad yoxdur. Ona görə də, indilikdə qoşunlar çəkilməyəcək. Qeyd edildiyi kimi, bunun üçün Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Azərbaycan və Ermənistanın bir-birinə qarşı dekabr ayında atdığı addımlar bunun mümkün olduğunu göstərir.

Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında heç bir vasitəçi olmadan aparılan danışıqlar nəticəsində iki ölkə əsirlərin dəyişdirilməsi barədə razılığa gəlib. Azərbaycan 32 erməni əsiri, Ermənistan isə öz növbəsində 2 azərbaycanlı əsiri azad edib. Britaniyalı siyasi şərhçi Onnik Ceyms BBC-yə açıqlamasında  bu xüsusda bildirir: "Heç vaxt heç vaxt deməyək, amma hərtərəfli sazişi bir yana qoyaq, ilin sonuna qədər hətta çərçivə sazişinin olmasına dair heç bir əlamət görünmürdü. Əvəzində 2020-ci ildən əvvəl ATƏT-in Minsk qrupu prosesində yaşananlara bənzər dejavü hissi yaşanmışdı. Bununla belə, keçən həftəki birgə bəyanatı yalnız alqışlamaq olar, lakin bu, razılaşmanın yaxınlaşmaqda olduğu demək deyil. Bu, düzgün istiqamətdə bir addımdır və olduqca həvəsləndiricidir, lakin çox şey bundan sonra nə olacağından asılı olacaq və bundan sonra nə olacağını bilmirik". Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov yaxın gələcəkdə sülh sazişinin imzalanacağının real olduğunu düşünsə də, şərhçinin fikrincə, Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə artıb və bu artıq sülh sazişinin imzalanacağı məkanın belə böyük güclər tərəfindən problemə çevrilməsinə səbəb olur: "Azərbaycan nə qədər vasitəçilər arasında vasitəçi olmağa, proses ətrafında geosiyasi gərginliyi azaltmağa çalışsa da, Ermənistan hökumətinin ənənəvi ittifaqlardan uzaqlaşması, Rusiyaya qarşı addımlar atması və Qərbin Ermənistana göstərdiyi dəstək bu prosesə böyük problemlər yaradıb. Artıq geosiyasi fon sülh prosesinə mənfi təsir göstərməkdədir’’. Fərhad Məmmədov hesab edir ki, Rusiya və ABŞ Azərbaycanla Ermənistan arasındakı prosesə mənfi təsir göstərir: "Vasitəçi ölkələr nə qədər az təşəbbüslər irəli sürsələr, o qədər yaxşıdır. Düşünürəm ki, hazırkı dövrə, yəni 19 sentyabr antiterror əməliyyatından sonra yaranmış vəziyyətə uygunlaşma gedir. Bu proses zamanı Qərbin yanaşmasında Azərbaycan ilə böhrana şahid olduq. Azərbaycan və Ermənistan tərəfi vasitəçilərsiz kontaktlara davam edə, beynəlxalq geosiyasi fon imkan verdikcə, bu sülh sazişi ilə bağlı addım ata bilərlər". ABŞ-ın "Lehigh" Universitetinin siyasi şərhcisi Arman Qriqoryan qeyd edir ki, tərəflər arasında fikir ayrılığı olan prinsipial məsələlər var və onlar üzrə razılığa gəlmək vaxt aparacaq: "İki əsas maneə var. Biri Azərbaycanla Naxçıvanı birləşdirən kommunikasiyalar, konkret olaraq onun statusunun necə olacağı, ona kimin nəzarət edəcəyi, kimin zəmanət verəcəyi məsələsidir. Mən hesab edirəm ki, müqavilənin təminatçısının kim olacağı ilə bağlı qeyri-müəyyənlik qaldığı üçün müqavilə ləngiyir’.Qriqoryanın fikrincə, diplomatik yolla həll edilməyən problemlər güc yolu ilə həll üçün şərait yaradır. O hesab edir ki, Azərbaycan və Ermənistan arasında güclərin asimmetriyası və geosiyasi qeyri-müəyyənlik problemi daha da dərinləşdirir: "Əgər tərəflər diplomatik həll yoluna gələ bilmirlərsə, danışıqlar masasında əldə edə bilmədikləri şeyi güc yolu ilə əldə etmək hər zaman şirnikləndirici olacaq".

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbuldə ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910