Sabirabad sakini avtomat silahı polisə təhvil verib
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz saxlanılan odlu silahların könüllü surətdə təhvil verilməsi ilə bağlı apardıqları profilaktiki tədbirlər nəticəsində rayon sakini qanunsuz saxladığı “AKM” markalı avtomat silahını polis şöbəsinə təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun məlumatında deyilir ki, şöbənin əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan ov silahlarının aşkarlanması istiqamətində keçirilən tədbirlər zamanı isə beş nəfər rayon sakinindən sənədsiz ov tüfəngləri götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Mətləb