Makronun arvadı ətrafında qalmaqal - ailə vəkilləri saxtakarlıqda ittiham olunur

Fransa prezidenti Emmanuel Makronla bağlı daha bir qalmaqal yaşanır. Belə ki, onun həyat yoldaşı Brijit Makronun cinsi mənsubiyyəti barədə söz-söhbət həbs və məhkəmə çəkişmələrinə səbəb olub. Bu barədə böhtana görə məhkum edilmiş Nataşa Reyin vəkili Fransua Danqlean məlumat verib ki, iş üzrə məhkəmə dinləmələri mayda keçiriləcək. Vəkil bu məsələdə saxtakarlıq olduğunu iddia edib. "Paris tribunalının 12 sentyabr 2024-cü il tarixli hökmü saxtadır. Biz ona etiraz etdik. Mayın 14-15-də apellyasiya məhkəməsi qarşısında çıxış edəcəyik". Onun sözlərinə görə, Makron ailəsinin vəkilləri N.Reyə qarşı sübutları saxtalaşdırıblar.
"O, 18 bəyanata görə ittiham olunurdu. Lakin bunlara görə təqsirli sayılmadı. Amma onu ittihamda olmayan dörd tezisə görə məhkum etdilər. Beləliklə, bu saxta hökmdür", - vəkil bildirib.
Mətləb