"ABŞ bu müharibədən milyardlar qazandı" - Zelenski Ukrayna müharibəsi barədə dəhşətli faktlar açıqladı!

Ukrayna müharibəsi barədə getdikcə müdhiş sirlər açılmaqdadır. Bu mühribənin silah ticarəti və milyardlarla dollar qazanc mənbəyi olduğuna dair hər keçən gün aydınlıq gəlməyə başlanılıb. Ukrayna Prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində məsələyə daha dərindən aydınlıq gətirib. O qeyd edib ki, ABŞ Ukraynadakı müharibədən milyardlarla qazanc və əvəzsiz döyüş təcrübəsi əldə edib. Onun sözlərinə görə, Amerika şirkətləri Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibənin yaratdığı böyük tələbat səbəbindən son 50 ildə ən yüksək qiymətə silah müqavilələri əldə edir:
“Bütün Avropa ölkələrinin belə bir tələbatı var. İnsanlar qorxur. Bu, böyük məbləğdə puldur. Amerika şirkətləri hətta lisenziyalardan milyonlar qazanıb, çünki onların Avropada ofisləri var. Yəni bu, milyardlarla gəlirdir”.
Mətləb Salahov