Bazar günü, 13 iyul 2025
     

Ailə dəyərləri - Qərbin Azərbaycanda sistemli hədəfi...

Image

Azərbaycanda ailə dəyərləri uzun əsrlərin sınağından keçərək günümüzə qədər gəlib çatıb. Xalq olaraq ailəni müqəddəs və toxunulmaz hesab edirik. Ailə bizim alınmaz qalamız, tapdanılmaz dəyərimizdir. 

Dünyada qloballaşma prosesi getdiyi bir dövrdə əksər ölkələrdə ailə dəyərlərinin zədələnməsi kimi hallar baş verir. Elə dağıdıcı proseslər gedir ki, bu istər-istəməz ailə dəyərlərinə, demoqrafik vəziyyətin dəyişməsinə təsir edir. Nəzərə alsaq ki, dünyanın böyük güc mərkəzləri, xüsusən də Qərb institutları, hətta müxtəlif dövlətlər belə Azərbaycanın ailə institutunu hədəfə alır. Bunu Qərb institutları və bəzi  dövlətlər qeyri-ənənəvi təriqətləri, ən təhlükəli dini sektaları işə salmaqla, onların missionerlik fəaliyyətini günləndirməklə edir. 

Gizlin deyil ki, dünya ölkələrində olduğu kimi, bizdə də bu sektalar, bu təşkilatlar ailə dəyərlərini sarsıtmaq üçün var gücü ilə fəaliyyət göstərir. Doğrudur, dövlətin aidiyyəti qurumları bu kimi təsirlərə qarşı ciddi mübarizə aparır. Bu öz yerində. 

Amma elə adamlar olub ki, həmin sektalara, qruplara qoşulub, zərərli təriqətlərə üzv olub. Nəticədə, ailələri də dağılıb, övladları ortalıqda qalıb. Ərin, yaxud arvadın bu qruplara qoşulması nəticəsində boşanmalar baş verib.  ər yaxud arvad onlara qoşulub, problem yaşayıblar. 

Heç şübhəsiz, ailə dəyərlərinə zərbə vuran amillərdən biri kimi məhz qloballaşma, onun təlqin etdiyi məqamlar da az deyil. Bəzi mərkəzlərin missionerlərinin, sektaların fəaliyyəti bizim ailə instututu üçün də  təhlükə də ola bilər. 

Qloballaşma şəraitində ailə dəyərlərimizi necə qoruya bilərik?

Sosiologiya üzrə fəlsəfə doktoru, sosioloq Üzeyir Şəfiyev "Bakı-Xəbər"ə şərhində bunları dedi: "Qərb, Avropa  güc mərkəzləri  Azərbaycan kimi ənənəvi cəmiyyətlərin əsaslarını sarsıtmaq üçün ailə institutlarını deqradasiyaya uğratmağı hədəfləyirlər. Buna görə də, müxtəlif səviyyələrdə çalışırlar ki, saytlardan, sosial şəbəkələrdən, sosial media platformalarından istifadə edərək, eyni zamanda müxtəlif filmlər, seriallar, eləcə də bəzi telelayihələr vasitəsilə cəmiyyətin əsasını təşkil edən ailə institutunda qadın kişi qarşıdurmasına nail olsunlar. Bu da nəticədə ailə münaqişələrində, boşanmaların statistikasında artım yaradır. Bəli, aqressiv feminist hərəkatın dalğasının təsiri ilə bir sıra hallarda "gender bərabərliyi", "qadınların hüquqi maarifləndirilməsi" adı altında təəssüflər olsun ki, qadınları kişilərə qarşı körükləyirlər.  Nəticədə qadın-kişi qarşı durması günümüzün reallığına çevrilib. Bu gün boşanmaların nəticələrini təhlil edəndə görürük ki, qadınlar daha çox boşanma ilə bağlı məhkəməyə müraciət ediblər. Halbuki, vaxt var idi Azərbaycan qadını və Azərbaycan kişisi boşanmanı ailə dramı, ailə faciəsi kimi qarşılayırdı. Bu o vaxt idi ki, Azərbaycan ənənəvi cəmiyyət idi. Bilirik ki, cəmiyyətin fərd üzərində dominantlığı olur, ictimai qınaq güclü olur. Çox təəssüf ki, bu gün ictimai qınaq artıq arxa plana keçib, ictimai qınaq nəzərə alınmır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və  qlobal dünyaya açıldıqdan, açıq cəmiyyətə transfer olunduqdan sonra Azərbaycan adamı artıq boşanmanı ailə dramı kimi qarşılamadı və gördülər ki, Qərbi Avropada heç də boşanma ailə faciəsi kimi yox, fərdin liberal seçimi kimi qiymətləndirilir. Şübhəsiz ki, Azərbaycana ixrac olunan serialların, filmlərin də burda rolu oldu. Xüsusən də xaricə gedib gələn insanlar ordakı həyat tərzlərini də gördülər, gördükləri həyat tərzlərini bir növ təqlid etməyə, imitasiya etməyə başladılar. Beləliklə də, artıq Azərbaycan qadını (halbuki, onlar evdar qadın obrazında daha çox idi)  iqtisadi fəal kütləyə çevrildikdən sonra  daha müstəqil, daha sərbəst olmağa, eqoist həyat yaşamağa daha çox üstünlük verməyə başladı. Qadınlar köhnə qayda ilə yaşamaq istəmədilər. Kişilər ailəni köhnə qayda ilə idarə edə bilmirlər, ona görə də artıq Azərbaycanda ailə böhranı yaşandı. Bu da öz əksini qeyd etdiyim kimi boşanmaların statistikasında göstərdi. Təbii, burda Qərb güc mərkəzlərinin də rolu oldu. Ənənəvi cəmiyyəti sarsıtmaq üçün fəaliyyət göstərdi".

"Azərbaycan cəmiyyətinin identikliyi onun ailə institutu ilə müəyyən olunur"

Ü.Şəfiyevin sözlərinə görə, bizim Sovet dövründə və ona qədərki dönəmdə klassik ailə dəyərlərimiz, ənənələrimiz olub, əlbəttə ailə münaqişələrinə də rast gəlinib, amma  Azərbaycan cəmiyyətində mövcud olan  ailə münaqişələri daha çox cəmiyyətimizdə mövcud olan ağsaqqal, ağbirçək arxetiplər vasitəsilə tənzimlənib. "Eyni zamanda ictimai tənzimləmə mexanizmləri ilə qaydasına qalınıb. Çox təəssüflər olsun ki, artıq bu arxetiplər Avropadan, Qərbdən gələn yeni həyat dalğası fonunda güclünü itirir və Azərbaycan ailəsinin xarici təzyiqlərə immuniteti tükənir. Ona görə də Azərbaycan ailələrində qarşıdurmalar, böhranlar, koalisyalar var. Çox yaxşı olar ki, Azərbaycanda hansısa müvafiq qurum tərəfindən ailə münaqişələrini qeydiyyatı aparılsın və eyni zamanda bu münaqişələrlə işləyən psixoloqların, sosial işçilərin akkreditasiyası, sertifikasiyası həyata keçirilməlidir, onların fəaliyyəti lisenziyalı olmalıdır ki, münaqişəli ailələrlə işləyə bilsinlər. Münaqişəli ailələrə vaxtında psixoloqların, sosial işçilərin müdaxiləsi olarsa xeyli sayda münaqişənin qarşısı alınar və boşanmaların statistikası bu həddə olmaz. Ona görə də çox yaxşı olar ki, bu məsələyə yanaşma həyata keçirilsin.

Ailə dəyərlərinin möhkəmləndirilməlidir. Orta məktəblərdə şagirdlərə, gənclərə ailə dəyərləri aşılanmalıdır, xarici təzyiqlər onlara başa salınmalıdır. Biz anlamalıyıq ki, ailə cəmiyyəti sosial anemyadan xilas edən ən gözəl, ən güclü nüvə institutdur. Biz bu institutu qorumalıyıq. Ümumiyyətlə, Azərbaycan cəmiyyətinin indentikliyi onun ailə institutu ilə müəyyən olunur.  Bu baxımdan, çalışmalıyıq ki, Azərbaycan ailəsinin özəlliyiklərini qoruyaq, onu xarici təzyiqlərdən müdafiə edək. Çünki bu həm də genefon təhlükəsizliyi, milli təhlükəsizlik məsələsidir. Biz bunu  həmişə həm dövlət, həm cəmiyyət həyatımızda prioritet hesab etməliyik. Unutmayaq, ailə sağlam olarsa demək cəmiyyət də sosial anemiyalar uzaq olar, Azərbaycanın demoqrafiq durumu, təbii artımı qaydasında olacaq. Belə halda sosial anemiyalar cəmiyyətdən uzaq olacaq. Ona görə də hər bir vasitə ilə çalışmalıyıq ki, sosiallaşma institutları – ailə, bağçalar, məktəblər, ali məktəblər sağlam olsun. Ən başlıcası isə ailədən də, məktəbdən də daha güclü təsir imkanlarına malik olan sosial medianın sağlam olmasına çalışmalıyıq. Çünki ailədə uşaqların sosiallaşmasına, ailə dəyərlərinə sosial medianın təsiri birmənalıdır, daha çoxdur. Çox yaxşı olar ki, sosial medianın fəaliyyətini tənzimləyən ayrıca qanun qəbul olsun. Bu qanun ailə dəyərlərini deqradasiyaya körükləyən paylaşımlara yol verilməsin və ailə dayanıqlılığı, Azərbaycan ailəsinin dəyərləri zədələnməsin. Ona görə biz bu istiqamətdə çalışmalıyıq".

Ü.Şəfiyevin sözlərinə görə, televizya verilişlərində də diqqətli olunmalıdır, Azərbaycan ailəsində deqradasiyaya getməsini körükləyən proqramların qarşısı alınmalıdır, eyni zamanda örnək ailələrdən bəhs edən portret verilişlər təqdim edilməlidir. Sosioloqun fikrincə, bir neçə nəsil örnək ailələr var ki, onlar gənclərə böhranlı vəziyyətlərdən çıxmaq üçün tövsiyələr verə, öz həyat təcrübələrini bölüşə bilərlər. "Bu baxımdan, iz bütün səyimizlə çalışmalıyıq ki, klassik Azərbaycan ailə dəyərlərini qoruya və sosial varisliklə gələcək nəsillərə ötürə bilək" - deyə Ü.Şəfiyev əlavə etdi. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910