Bazar ertəsi günü, 2 iyun 2025
     

USAİD bağlandı - Bayden hökumətinin ABŞ-ı hörmətdən salan layihəsi...

Image

Azər Həsrət: "Yəqin ki, USAİD-in ermənilərə qulluqçuluq edən rəhbər şəxsləri də daxil olmaqla bəziləri ciddi cəza alacaqlar"

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) uzun illərdir ki, dünyanın ayrı-ayrı bölgələrində qarışdırıcılıqla məşğul olub, müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə müdaxilə etməyə çalışıb. 

Samanta Pauerin rəhbərliyi ilə fəaliyyət göstərən USAİD yanlış və qərəzli siyasət yürüdüb, eyni zamanda müxtəlif ölkələrdə rəngli inqilablara sponsorluq edib. Gizlin deyil ki, bu qurum beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi göstərib, bununla da müstəqil siyasət yürüdən dövlətlər barədə "müstəqil araşdırmalar" sifariş verib və beynəlxalq dezinformasiya kampaniyaları təşkil edib.

Bundan əlavə, 1970-ci illərdə ABŞ-da dünyada media orqanlarının gücləndirilməsi və maliyyələşdirilməsi işi Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) USAİD-ə keçib və bugünə qədər bu təcrübə davam edir. USAİD müxtəlif yollarla hələ də ələ keçirdiyi mediaları saxlamaq və genişləndirmək üçün hər il milyardlarla pul xərcləyir. 

USAİD-də Nyu-Yorkun meri və prezident D.Trampın kibertəhülkəsizlik üzrə keçmiş müşaviri R.Culianiyə qarşı kompromatın tapılması üçün OCCRP-yə 20 mln dollar qonorar verməsi, bu qurumun Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi göstərməsi, 

Soros tərəfindən maliyyələşən prokurorlar qrupuna 27 mln. dollar ayırması, bu vəsaitlər müqabilində hansı vətəndaşlar və siyasətçilərin təqib olunmasına dair istiqamətlər verməsi, USAİD-in xarici hökumətləri devirmək üçün Latın Amerikasında QİÇS-in qarşısının alınması üzrə saxta seminarlar təşkil etməsi faktları aşkarlanıb. Eyni zamanda USAID-nin keçmiş rəhbəri C.Gilligan bəyan etmişdi ki, təşkilatın bütün bölmələrində və istiqamətlərində MKİ-nin agentləri fəaliyyət göstərir. 

USAİD-nin Misir, Ukraynada və s. inqilablarda rolunun olması, Gürcüstanda destruktiv fəaliyyət göstərməsi, onun  rəhbəri Samanta Pauerin R.Vardanyanla əməkdaşlığının olması, S.Pauerin və USAİD-nin faktiki Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərməsi, işğal dövründə Qarabağda minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərməsi faktdır.  

Onu da yada salaq ki, Prezident İlham Əliyev keçən il dekabrın ortasında Kiselyova müsahibəsində qeyd etmişdi ki, onun fikrincə, Tramp USAİD-i qadağan edə bilər. Heç bir ay keçmədi, Azərbaycan Prezidentinin proqnozu özünü doğrultdu. 

Müstəqil siyasət yeritdiyinə görə Azərbaycanın daim USAİD tərəfindən maliyyələşdirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları ilə üzləşməsi halları baş verib, bu təzyiqlər isə heç zaman Azərbaycanı müstəqil xarici siyasət yürütmək yolundan döndərməyib, dövlətimiz öz yolu ilə gedib. 

O da vurğulanmalıdır ki, USAİD adlı qurum Co Bayden administasiyası dövründə daha geniş qol-budaq atıb və uzantıları Cənubi Qafqaza qədər gəlib çatıb. Bizim ölkədə ziyanlı fəaliyyət göstərməyə çalışan və dövlətimizin daxili işlərinə qarışmaq niyyətində olan USAİD-ə imkan verilmədi, əli boşa çıxdığı üçün Azərbaycanla bağlı dezinformasiyalar yaymağa başladı. 

ABŞ-ın yeni hökuməti USAİD-in fəaliyyətini araşdırmağa başlayıb və qurumun fəaliyyəti dayandırılıb. Hətta USAİD-in  Vaşinqtonda yerləşən baş qərargahı administrasiyanın qərarı ilə bağlanıb. Agentliyin Vaşinqtondakı Ronald Reyqan binasında yerləşən baş qərargahından quruma aid lövhənin çıxarıldığı qeyd olunur.

Milyarder İlon Maskın rəhbərlik etdiyi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti (DOGE) agentliyin məxfi məlumatlarının olduğu bütün kompüter sistemlərini nəzarətə götürüb.

ABŞ Konqresinin Tədqiqat Xidmətinin məlumatına görə, ötən il USAID təxminən 40 milyard dollar məbləğində vəsaitə sərəncam verib.

Qeyd edək ki, bundan əvvəl İ.Mask təşkilatın ləğvi prosesinin başlandığını bəyan edib.

Son məlumata görə, yoxlamalar, araşdırmalar başa çatana qədər USAID-in rəhbəri dəyişib, Samanta Pauer postundan uzaqlaşdırılıb. Yoxlama bitənə, nəticələr elan olunana qədər bu quruma rəhbərlik ABŞ-ın yeni dövlət katibi Marko Rubioya tapşırılıb. O, həm də bu quruma müvəqqəti rəhbərlik edəcək.

"USAİD adlı qurum Amerika vətəndaşlarının pulları hesabına dağıdıcı, zərərli fəlaiyyətlərlə məşğul olub"

Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dağıdıcı, pozucu fəaliyyəti barədə Azərbaycanda hamı bilir: "Yəni biz bu haqda kifayət qədər məlumatlıyıq. Özəlliklə də son dönəmlərdə USAİD-in rəhbəri olmuş Samanta Pauerin ayrıca ermənilərə rəğbəti və antiazərbaycan mövqeyi bizdə təəccüb doğurmurdu. Bu qurumun fəaliyyəti həqiqətən də ona yönəlmişdi ki, yeni demokratiyalar dünyada yavaş-yavaş öz yerini tumağa çalışan dövlətlərə mənfi təsirləri gücləndirsin. Bunun üçün ABŞ vətəndaşlarının vergi hesabına ödədiyi pulları öz çirkin məqsədləri üçün istifadə edirdilər. Bu məsələ ilə bağlı ABŞ prezidenti Donald Tramp zaman-zaman həyəcan təbili çalırdı. Yanvarın 20-də and içib vəzifəsinə başlamazdan əvvəl də artıq bu siqnalları verirdi. Hazırda Dövlət İdarəçiliyinin Effektivliyi Departamentinin rəhbəri vəzifəsində olan iş adamı İlon Mask araşdırmalara başlayıb. Maraqlıdır ki, onun araşdırmalarına ilk andan əngəllər törətmək üçün cəhdlər edilib. Bundan sonra Tramp dövlət katibi Mark Rubionu USAİD-in müvəqqəti rəhbəri təyin edərək araşdırmalara davam edib. Ortaya çıxan səhnə, görüntülər dəhşətlidir. Bəlli olur ki, birincisi,  bu qurum həqiqətən də maliyyə şəffaflığına malik deyil, ikincisi, pullar hara gəldi, necə gəldi, kimə gəldi xərclənib, üçüncüsu isə, USAİD adlı qurum Amerika vətəndaşlarının pulları hesabına dağıdıcı, zərərli fəlaiyyətlərlə məşğul olub". 

A.Həsrət qeyd etdi ki, Azərbaycanda biz bunu öz üzərimizdə hiss etmişik, dövlətimiz vaxtında onun qarşısını almaq üçün addımlar atıb, amma heç də bütün dövlətlər bizim kimi bu məsələdə şanslı deyillər. "Bir sıra ölkələrdə məhz bu USAİD-in də birbaşa iştirakı ilə inqilablar olub, daxili təlatümlərə rəvac verilib, xalqlar bədbəxtliyə sürüklənib. Belə örnəklər sırasında Gürcüstanı, Ukraynanı, "Ərəb baharına" tuş gəlmiş ərəb ölkələrini göstərə bilərik. Yəni USAİD digər bənzər qurumlarla birlikdə bu ölkələrdə daxili təlatümlərə rəvac verib. Halbuki, ABŞ-ın beynəlxalq inkişafa dəstəyinin məqsədi bu deyil. Bu həqiqətən də dəstək olmalı idi. Təəssüflər olsun ki, dəstək əvəzinə bu cür dağıdıcı fəlaiyyətlə məşğul olublar. Təbiidir ki, indiki mərhələdə proses davam edəcək. Yəqin ki, USAİD-in ermənilərə qulluqçuluq edən rəhbər şəxsləri də daxil olmaqla bəziləri ciddi cəza alacaqlar" - deyə A.Həsrət bildirdi.

İradə SARIYEVA 



VİDEO

SON XƏBƏRLƏR

02.06.2025 / 23:48
Rusiya İstanbulda Ukraynaya atəşkəs üçün iki variant təklif etdi...

02.06.2025 / 22:17
Gülər Əhmədovanın "Dəmir yumruq" rəsm əsəri nümayiş olundu...

02.06.2025 / 21:42
ABŞ Gürcüstanda oxuyan erməni tələbələrin pulunu kəsdi - ermənilər etiraza qalxdı...

02.06.2025 / 21:26
Sərdarabad döyüşündən(?) 600 il əvvəl - 1300-cü illərdə hansı erməni dövləti olub ki...?

02.06.2025 / 21:23
Türkiyə Metsamor Atom Elektrik Stansiyasının bağlanmasını tələb etdi

02.06.2025 / 21:22
ABŞ İranla bağlı İsraillə fikir ayrılıqlarının olduğunu etiraf etdi

02.06.2025 / 21:11
Ukrayna dronları Rusiyanın Murmansk, İrkutsk kimi dərin nöqtələrini necə vurur?...

02.06.2025 / 20:56
Azərbaycanla Avropanın arasında "2 milyard avro, 3 il vaxt"... Bolqarıstan da qoşulsa...

02.06.2025 / 20:52
Olivye Dekotini:- Bizim istəyimiz Ermənistanı dəstəkləmək üçün real rıçaqlar qurmaqdır

02.06.2025 / 20:51
Solovyov aerodromdan çəkilən videoya görə rusiyalı çağırışcının edam edilməsini istəyib

02.06.2025 / 20:50
Ukraynanın hücumu nəticəsində Rusiya nə qədər bombardmançı itirdi

02.06.2025 / 20:38
Ermənistandan Rusiyaya zərbə - Zəngəzurda nəzarət Fransaya verilir...

02.06.2025 / 20:25
Ukraynada azərbaycanlılarla eyni saydadırlar - ancaq müharibədə bircə erməni də ölməyib...

02.06.2025 / 20:12
ABŞ Bakı-İrəvan sülhü ilə bağlı qəti hərəkətə keçdi...

02.06.2025 / 20:07
Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki infrastrukturuna ziyan vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

02.06.2025 / 20:05
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisinin dünya çempionu olması münasibətilə paylaşım edilib - FOTO

02.06.2025 / 19:58
ABŞ İrana qarşı sərt sanksiyaları dayandırdı

02.06.2025 / 19:58
Baş Nazir Paşinyan katolikos II Qaregindən əl çəkənə oxşamır

02.06.2025 / 19:57
Medinski:-“Biz müəyyən ərazilərdə atəşkəs barədə razılığa gəldik”

02.06.2025 / 19:56
Türkiyə Xarici İşlər Nazirliyi: “Putin və Zelenski arasında görüş gözləyirik”

02.06.2025 / 19:53
Ərdoğan Putin, Zelenski və Trampla görüşü təşkil etməyə can atır

02.06.2025 / 19:47
Konstitusiya dəyişikliyi ərəfəsində Paşinyan-kilsə qarşıdurması dərinləşir...

02.06.2025 / 19:34
Putin Paşinyana qısa və məzmunsuz təbrik məktubu yazdı...

02.06.2025 / 19:21
Azərbaycan Mərkəzi Asiyadan Avropaya həm də "yaşıl körpü" salır...

02.06.2025 / 19:07
Azərbaycanda elmin inkişafı üzrə Dövlət proqramları necə icra olunur...

02.06.2025 / 18:53
Rusiya deputatı azərbaycanlılara qarşı açıq irqçiliyə keçdi...

02.06.2025 / 18:47
"Məqsəd azərbaycanlıları məhv etmək idi" - Vətən müharibəsi zamanı zərər çəkmiş mülki şəxs

02.06.2025 / 18:39
Məktəb direktorlarının təyinat mexanizmi özünü doğrultmur... Silsilə faktlar var...

02.06.2025 / 18:30
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatdı...

02.06.2025 / 18:26
Muğan taxılçıları taxıl əkməkdən imtina edirlər...

02.06.2025 / 18:12
"Putinin helikopterinə Kurskda kütləvi dron hücumu" - ssenarini qurmaq nəyə lazım idi...

02.06.2025 / 17:58
Rusiya erməniləri ittifaqı da Paşinyanın üstünə qaldırıldı...

02.06.2025 / 17:45
Universitet müəllimləri də MİQ imtahanlarından keçməli olacaq? - Dedi-qodular doğrulsa...

02.06.2025 / 17:32
"Match" telekanallarının Azərbaycanda yayımı dayandırıldı

02.06.2025 / 17:31
Diplomatlar kilsəni erməni xalqının əsas təmsilçisi kimi tanıdılar...

02.06.2025 / 17:18
Erməni kilsəsi Bakı ilə sülh danışıqlarını öz əlinə almaq iddiasındadır...

02.06.2025 / 17:09
Prezident: "Bu gün minifutbol milli komandasının sırf Azərbaycanda doğulub boya-başa çatmış gənclərdən ibarət olması xüsusi qürur hissi oyadır"

02.06.2025 / 17:05
"Biz həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında qələbə qazanan ölkəyik" - Prezident

02.06.2025 / 17:03
İstanbulda Rusiya-Ukrayna danışıqları başladı...

02.06.2025 / 16:55
Bakıda sinaqoqa terror hücumu hazırlayan İŞİD üzvü məhkəmə qarşısına çıxarıldı

02.06.2025 / 16:41
Valideyinlərindən biri məcburi köçkün olmayan şəxslərin “çörəkpulu” kəsiləcək? – Komitədən açıqlama...

02.06.2025 / 16:18
Nazir Vilayət Eyvazov Bərdədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO

02.06.2025 / 16:03
Xankəndidə özəl sektor tərəfindən yeni yaşayış binaları tikiləcək

02.06.2025 / 15:48
Vətən sevgisinin ilahi gücü

02.06.2025 / 15:27
Paytaxt sakininin avtomobilindən silah-sursat aşkarlandı

02.06.2025 / 14:53
Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

02.06.2025 / 14:44
Paşinyan Ermənistanın polis rəisini istefaya çağırdı

02.06.2025 / 14:30
Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib - FOTO/YENİLƏNDİ

02.06.2025 / 14:27
Küveyt Əmiri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

02.06.2025 / 14:23
Slovakiya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb

02.06.2025 / 14:21
Vasif Talıbovun oğlu vəzifəsindən uzaqlaşdırıldı...

02.06.2025 / 14:02
İranın Azərbaycandakı yeni səfiri seçildi

02.06.2025 / 13:54
Cəzaçəkmə müəssisəsinin dam örtüyü çökdü, bir məhkum öldü...

02.06.2025 / 13:36
Prezident İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib - FOTO/YENİLƏNDİ

02.06.2025 / 13:35
"Qlobal Cənub və Şərqin təhlükəsizlik təhdidlərindən təklikdə qorunmaq imkanı yoxdur" - Ramil Usubov

02.06.2025 / 13:22
Qurban bayramının namaz vaxtı açıqlandı

02.06.2025 / 13:17
"Bank kartları ilə əlaqəli naməlum zənglərə və mesajlara cavab verməyin!" - DİN xəbərdarlıq edir...

02.06.2025 / 13:10
Пашиняну 5+ надо ставить! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.06.2025 / 13:03
Prezident İlham Əliyev “Schlumberger Overseas S.A” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO/YENİLƏNDİ

02.06.2025 / 12:55
Prezident İlham Əliyev Pakistanın neft nazirini qəbul edib - FOTO/ YENİLƏNDİ

02.06.2025 / 12:33
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür...

02.06.2025 / 12:16
Prezident İlham Əliyev Səudiyyənin “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədrini qəbul edib - FOTO/YENİLƏNDİ

02.06.2025 / 12:12
"Azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı dayanıqlı enerji strategiyasının əsas istiqamətidir" - Prezident

02.06.2025 / 12:06
Prezident: “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu forum kimi tanınır"

02.06.2025 / 12:05
Şərurun bu kəndləri qazsız qalacaq - XƏBƏRDARLIQ

02.06.2025 / 12:04
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

02.06.2025 / 12:01
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb

02.06.2025 / 12:00
Pakistan səfirindən Azərbaycana TƏBRİK

02.06.2025 / 11:59
Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

02.06.2025 / 11:37
"Ancaq sui-istifadə edən qüvvələr var" - Fərid Şəfiyev

02.06.2025 / 11:25
"Güclü külək, leysan, sel və daşqın olacaq..." - FHN əhaliyə müraciət etdi

02.06.2025 / 11:11
2 gündə 30 kiloqrama yaxın narkotika aşkarlanıb - polis

02.06.2025 / 11:10
Prezident İlham Əliyev İtaliya Prezidentini təbrik edib

02.06.2025 / 11:05
"Azərbaycanın inkişafında bu Universitetin öz rolu olacaq" - nazir

02.06.2025 / 11:03
Ukrayna Rusiyanı biabırçı duruma saldı - CANLI

02.06.2025 / 11:01
"Azərbaycanda genişmiqyaslı islahatlar həyata keçirilir"- Prezident

02.06.2025 / 10:36
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi sabah dəfn olunacaq

02.06.2025 / 10:33
Prezident İlham Əliyev: "Bizim yaşıl enerji gündəliyimiz çox genişdir"

02.06.2025 / 10:30
Cüdoçu qızlarımız Avropa Kubokunda 4 medal qazanıblar

02.06.2025 / 10:22
Cinsi təcavüz, təhqir - milyarder barədə ŞOK FAKTLAR!

02.06.2025 / 10:17
“Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi” - İlham Əliyev

Azərbaycanda elmin inkişafı üzrə Dövlət proqramları necə icra olunur...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456